Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 27.09.17
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

     Dolayı vergilərin birbaşa məsrəfləri


2017-08-29 | Vergilər | Baxılıb: 211 dəfə

Məqalənin əsli - International Accountant N94 (iyul-avqust 2017)

Müəllif – Mayk Stelli (Mike Stalley), FCA, FiscalReps – icraçı direktor

Dolayı vergilərin idarəedilməsində edilən səhvlər müəssisələrin maliyyə nəticələrinə birbaşa təsir edə bilərlər.

Son illər Böyük Britaniyada sığorta haqqı vergisi - insurance premium tax (IPT) gələcək vergitutma ilə bağlı davam edən siyasi müzakirələrin mərkəzinə çevrilmişdir. Eyni zamanda, dünyada bir çox ölkə ilk dəfə olaraq əlavə dəyər vergisinin tətbiqinə başlamışdır. Qeyd etmək lazımdır ki, dünya miqyasında dolayı vergitutma səviyyəsi getdikcə artır.

Mənfəətin marjasının azalması

Sığorta sahəsini götürsək, İPT və ya ƏDV kimi dolayı vergilər mənfəət vergisinə çox cuzi təsir göstərirlər. Bütün Avropa Birliyində sığorta əmliyyatları ƏDV-dən azaddır. Bu o deməkdir ki, ƏDV sığrotalananlara təqdim edilən sığorta haqqlarına əlavə edilmir. Eyni zamanda, bu o deməkdir ki, siğortaçılar ƏDV üzrə çəkdikləri itkiləri tam olaraq əvəzləşdirə bilmirlər.

İPT sığorta haqqlarına yenədə əlavə edilir, və, bu səbəbdən də, sığorta haqqının dəyəri artır. Müəssisənin əldə etdiyi qazancdan hesablanan korporativ vergilərdən fərqli olaraq, ƏDVİPT kimi dolayı vergilər bu biznesin gəlirliyinə birbaşa təsir edə bilər. Bu bir növ “satış nöqtəsində olan vergilər” (“point of sale” ingilis dilindən) düzgün idarə edilməsə müəssisənin maliyyə nəticələrinə çox ciddi mənfi təsir göstərə bilərlər. Gəlirlər azalırsa, hesablanan korporativ vergilərin mütənasib azalması baş verəcəkdir. Lakin, gəlirlər eynidirsə, və ödəniləcək dolayı vergilərin həcmi dəyişmirsə, mənfəət marjası azala bilər.

Riskli biznes

Dolayı vergilərin idarə edilməsi müəssisənin bölmələrinin daha çox və yaxından cəlb ediləsini tələb edir: məhsulların satışı ilə bağlı onların gəbul etdiyi qərarlar dolayı vergilərin, və təbii ki səhvlərin, həcminə birbaşa təsir göstərir. Və bu risk, mal və xidmət satarkən, vergi məsələlərinə xüsusi diqqət yetirən global bazarda daha yüksəkdir. Əgər misal kimi, həmən sığorta sahəsini götürsək, sığorta məhsullarının satışı, və bundan sonra vergi mütəxəssislərinin “sığorta haqqı vergisinin” hesablanması çox təhlükəli vəziyyət yaradır. Vergiləri nəzərə almayaraq, məhsullara qiymətqoyma il bağlı qərarlar ciddi vergi səhvlərinə gətirib çıxardır. Əməliyyat bitmədən bu səhvlər tapılmasa və müvafiq düzəlişlər edilməsə vergi səhvləri siğortaçı üçün böyük problemə çevrilə bilər.

Müştərilərinin qlobal risklərini sığortalamaq üçün, bir çox iri sığorta şirkətləri beynəlxalq sığorta proqramları hazırlayırlar. Bu proqramları hazırlayarkən, sığorta şirkətləri müxtəlif ölkələrdə olab sığorta haqqı vergilərini, ƏDV və sair dolayı vergiləri nəzərə almalıdırıar. Səhv etmə riski ərazı böyüdükcə hər dəfə artır – çünki məlumatları təhlil edərkən və gərarlar gəbul edərkən başqa ölkələrin vergi qanunvericiliyini öyrənmək lazım gəlir. Bir çox hallarda, başqa ölkədə olan sığorta şirkətini almaq ilə bağlı düzgün gərar gəbul etmək üçün, vaxt məhdud olur.

Bir çox hallarda, sığorta haqqı vergisinin hesablanması, sığortaçılara təqdim edilməsi, vergilərin yığılması və, sonda, vergi orqanları ilə hesablaşmaların aparılması ilə bağlı məsuliyyət sığortaçının üzərinə düşür. Beləliklə, düzgün hesabatların hazırlanması bu sahədə çox vacibdir, çünki vergi ilə bağlı hətta cüzi səhvlər, sığorta şirkəti üçün ciddi maliyyə itkiləri ilə nəticələnə bilər.

Səhvin qiyməti

Son illər britaniyanın sığorta bazarı kombinə edilmiş koeffisientinin 95% çatıbdır. Bu o deməkdir ki, sığorta gəlirinin hər £100 sığortaçı £5 mənfəət əldə edir. Nəzərə almaq lazımdır ki, İPT vergisinin Britaniyada dərəcəsi bu gün 12%, Avropada isə orta olaraq 15% təşkil edir. Almaniyada bu 19%, Hollandiyada – 21%, İtaliyada isə 21.25%-dir. Beləliklə, burdan görsənir ki, bu vergi dərəcələri mənfəət marjasından çoxdurlar. Sığorta şirkəti bütün Avropa üzrə £500 mln premiya əldə edir və təxmini olaraq £75 mln (15% İPT orta dərəcə götürülsə) sığorta haqqı vergisi odəyə bilər. Əgər hər şey düzgün hesablanıbsa risk burada sıfırdır. Lakin, cüzi vergi səhvləri sığortaçının mənfəətinə çox ciddi təsir göstərir. Misal üçün, 10%-lik səhv, və ya £7.5 mln., sığortaçının illik mənfəətinin 30% təşkil edir. Səhv bir neçə il ərzində müəyyən edilməyibsə, onun müəyyən edilmə dövründə mənfi təsiri, cərimələri nəzərə alsaq daha böyük olacaq. Avropada vergi orqanlarında vergi-hüquq pozmalarınına görə iddia müddəti 4-6 ildir.

Əgər menecerlərin bonusları, səhmlərin və səhmlərə olan opsionlar qiymətləri mənfəətdən asılıdırsa, kim şirkətin idarə heyyətinə vergi səhvi barədə bəd xəbər çatdıran maliyyə derektorunun yerində olmaq istəyər? Düşünürük ki, siğortaçılar üçün bu daha çətindir, çünki sığorta sahəsində son illərdə investisiyaların gəlirliyi çox aşağıdır (əsas səbəb faiz dərəcəsinin aşağı olmasıdır). Həmdə ki, siğortaçılar daha aşağı riskli aktivlərə yatırım etməyə məcburdurlar (qanunvericiliyin kapitala və bu tip müəssisələrə daha sərt tələblərinə görə). Adi halda, əgər investisiyaların gəlirliyi yaxşıdırsa, sığorta zərərlərini idarə etmək olar, lakin invetisiyaların gəlirliyi pisdirsə, sığorta zərərləri olduqda sığorta şirkətlərinin bazarda qalması çətin bir sınağa çevrilir. Sığortaçıların ənənəvi problemini - ƏDV-nin əvəzləşdirə bilməməsini də bura daxil edin - və bu müəssisələrin gəlirlərinin marjası daha az olacaqdır.

Sığorta haqqı vergisinin risklərinin idarəedilməsi.

Bəs nə etmək olar? Sığorta haqqı vergisi və bu kimi vergilər olan ölkələrdə bu vergilərdən olan riskləri idarə etmək üçün bir sıra addımlar atmaq olar.

  1. Öz biznesinizi dərindən tanıyın

    Sığorta haqqı vergisi olan vergi rejimlərində bir çox hallarda müxtəlif vergi dərəcələri tətbiq edilir. Belə ki, avtomobil sığortasındakı sığorta haqqı vergisinin dərəcəsi, əmlak sığortasında kı vergi dərəcəsindən fərqli olacaqdır. Bu səbəbdən də, riskləri aydın başa düşmək lazımdır ki, düzgün vergi dərəcələrini müəyyən etmək lazımdır. Mürəkkəb beynəlxalq sığorta proqramlarında bu çox çətin bir işə çevrilə bilər, bu səbəbdə də, sığortaçılar və mühasiblər bir-birilkəri ilə sıx işləməlidirlər ki, bu cür riskləri aradan qaldırsınlar.

  2. Riskin olduğu yeri müəyyən edin

    Riskin olduğu yerin müəyyən edilməsi – başqa sözlə, ölkələr, harda kı, sığorta haqqına vergi hesablanır. Sizin sığorta siyasətiniz beynəlxalq xarakter daşıyırsa, risk bir çox ölkədə ola bilər. Riskin ölkələr üzrə paylanılması çox vacib məsələdir, nəzərə alsanız ki, bəzən ikili vergitutma halları baş verə bilər.

  3. Böyük zərərlər adətən cüzi, ciddi gəbul etmədiyiniz məsələlərdən yaranır.

    ƏDV kimi, sığorta haqqı vergisinin hesablanması çətin məsələ deyil. Lakin, çoxlu sayda vergilərin, vergi dərəcələrinin, million istisnaların olması və beynəlxalq harmonizasiyanın çatışmamazlığı müxtəlif qaydaların istifadəsini çətinləşdirir, bu da ki səhv vergi dərəcələrinin seçilməsinə gətirib çıxardır. Bundan başqa, vergi qanunvericiliyində, bildiyiniz kimi, tez-tez dəyişikliklər baş verir. Böyük Britaniya buna gözəl nümunədir: son 2 il ərzində 3 dəfə vergi dərəcələri dəyişmişdir. Səhvlərin ehtimalının aşağı salınması üçün, vergi qanunvericiliyində dəyişiklliklərin izlənilməsi çox vacib məsələdir

  4. Əməliyyatın baş vermə anı - əsəs məsələdir

    ƏDV-də olduğu kimi, sığorta haqqı vergisini də “satış nöqtəsində vergi” (“POS taxes”) adlandırmaq olar. Bu o deməkdir ki, əməliyyatın baş vermə tarixi vergilərin hesablanma tarixi sayılır. Birbaşa vergilərdən fərqli olaraq, dolayı vergilər üzrə hesablama rüb əsasında aparılır (bəzən aylıq olur), bu səbəbdən dolayı vergilərin hesablanması və ödənilməsi düzgün hesabat dövründə olmalıdır. Sığorta haqqı verginin qaydalrında beynəlxalq hamonizasiyanın olmadığını nəzərə alsaq, vergi öhdəliklərinin düzgün icra edilməsi üçün əməliyyatlar üzrə düzgün və lazımi məlumatların vaxtında alınması çox vacibdir.

  5. Əməkdaşlıq

    Bu məqalənin müəllifinin sığortaçılar ilə son 15 il ərzidə ünsiyyət təcrübəsi onu göstərir ki, sığortaçılar vergilərin düzgün və vaxtında ödəməyə çalışırlar. Lakin, istər-istəməz öz işlərində və proseslərində nəzərə alınmayan boşluqlara görə səhvlər olur. Problem necə var, elədə qalır, çünki dolayı xərclərin idarəedilməsində “təsadüfi” səhvlər müəssisənin maliyyə nəticələrinə ciddi təsir göstərə bilər. Az miqdarda pul vəsaitlərinin və vaxtın investisiyası, onlar düzgün idarəedilərsə, biznesin ümumi maliyyə nəticələrində müsbət təsiri olacaq.

Mənbə: http://www.gaap.ru



Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:



   Baş səhifə
   Mühasibat uçotu
   Vergilər
   İdarəetmə uçotu
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   İqtisadiyyat


   Bilirsinizmi?
Dünyada ilk dəfə Aptek Bağdad şəhərində təxminən eramızdan 1000 il əvvəl açılıb.

Financial Department Manager
Mühasib
Бухгалтер
Бухгалтер ресторанной сети
Accountant (Female)
Mühasib
Kassir

 :: Sual - Cavab
Əmək haqqından tutulmalar
Lisenziyaların uçotu
Anti-virus proqramlarının uçotu.

Bütün suallar

Yeni kitablar
2010-2016. Saytdakı materiallardar istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!