Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 20.04.24
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

     Mərhələli metod ilə istehsala məsrəflərin uçotu.


2017-08-24 | Mühasibat uçotu | Baxılıb: 7182 dəfə

Mərhələli metodunda əsas istehsal məsrəflərinin uçotu müəssisədə 2 üsul ilə aparıla bilər: yarımfabrikat və yarımfabrikatsız.

Məhsul istehsalının texnoloji prosesi müxtəlif mərhələlərə bölünə bilər. Belə olduqda, hər bir mərhələnin nəticəsi növbəti texnoloji mərhələdə istifadə və emal edilməlidir. Bu məhsullara yarımfabrikatlar deyilir.

Bеlə müəssisələrdə nəinki hazır məhsul, həm də ilkin və aralıq yarımfabrikatlar kalkulyasiya еtmənin оbyеkti hеsab оlunur. Mərhələ mеtоdunda məsrəflərin əksər hissəsi əvvəlcə sехlər yaхud mərhələ üzrə, sоnra isə оnların daхilində məhsul növləri üzrə uçоta alınıb sistеmləşdirilir.

Yarımfabrikat üsulunda isə müxtəlif mərhələlərdə istehsal edilən məhsullar xüsusi anbarda toplanır, və sonra oradan növbəti mərhələlərdə son məhsulun istehsalı üçün müvafiq bölmələrə göndərilirlər.

Yarımfabrikatsız üsulda texnoloji prosesin müxtəlif mərhələlərində istehsal edilən məhsullar ayrı hesabda yarımfabrikat kimi uçota alınmırlar. Onlar bitməmiş istehsal kimi 202-ci hesabda uçota alınırlar.

Öz istеhsalının yarımfabrikatları təkcə istеhsalın növləri mərhələlərində istifadə оlunmur, həmçinin məmulat və yarımfabrikat kimi kənar müəssisələrə satıla bilər. Tохuculuq, gön-dəri, kimya, qara mеtallurgiya, ağac emalı, tikinti matеrialları istеhsal еdən sahələrdə bu üsul gеniş istifadə оlunur.

Bu əməliyyatlar aşağıdakı müxabirləşmələr ilə uçota alınır:

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Hazırlanmış yarımfabrikatlar anbara verilir 201 "Material ehtiyatları" 202 "İstehsalat (iş və xidmət) məsrəfləri" -
2 Yarımfabrikatlar anbardan istehsala verilir verilir 202 "İstehsalat (iş və xidmət) məsrəfləri" 201 "Material ehtiyatları" -
3 Kənara satılan yarımfabrikatların dəyəri silinir 701-3 "Satılmış malların (hazır məhsulun) balans dəyəri" 201 "Material ehtiyatları" -

Yarımfabrikatları anbara mədaxil etmək üçün onların dəyəri müəyyən ediməlidir. Bunun üçün hər mərhələnin sonunda onların maya dəyərini müəyyən etmək lazımdır. Lakin, yarımfabrikatlrın istehsalı çoxlu mərhələlərdən keçirsə bu çox mürəkkbəb və çətin bir prosesə çevrilir. Yarımfabrikatların maya dəyərinin müəyyən ediməsi üçün bitməmiş istehsalın qiymətləndirilməsinin müxtəlif metodlarından istifadə etmək olar:

  • xammal, material və yarımfabrikatların dəyəri ilə;
  • müstəqim (birbaşa) xərc maddələri ilə;
  • faktiki istehsal maya dəyəri ilə;
  • normativ istehsal maya dəyəri ilə.
Misal.

Müəssisədə məhsulun istehsalı 2 texnoloji mərhələdən ibarətdir. 1 N-li sexdə emal edildikdən sonra məhsullar yarımfabrikat şəklində uçota alınır və anbara mədaxil edilir. Sonra bu yarımfabrikatlar 2 N-li sexə son emal üçün anbardan verilir.

Cari ayda 1 N-li sexin xərcləri təşkil etmişdir: istehsala verilmiş materialların dəyəri - 8 000 AZN; istehsalatda istifadə edilmiş materiallar 7 500 AZN; hesablanmış əmək haqqı – 3 000 AZN; hesablanmış sosial sığorta ödənişləri – 660 AZN; əsas vəsaitlərin amortizasiyası - 150 AZN; elektrin enerjisi - 250 AZN, köməkçi istehsalın xərcləri - 350 AZN

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 İstehsala verilmiş materialların silinməsi 202-1 "İstehsalatda (işdə və xidmətdə) istifadə olunmuş xammal və materiallar" 201 "Material ehtiyatları" 8 000
2 Əmək haqqının hesablanması 202-2 "İstehsalatla (işlə və xidmətlə) məşğul olan işçi heyəti ilə bağlı məsrəflər" 533 "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" 3 000
3 Hesablanan işçilərin əmək haqqısına görə sosial sığorta ayırmaları 202-3 "İstehsalatla (işlə və xidmətlə) məşğul olan işçi heyəti ilə bağlı məsrəflərə görə hesabalanılan sosial sığorta ayırmaları" 522 "Sosial sığorta və təminat üzrə öhdəliklər" 660
4 İstehsal avadanlığının amortizasiyası 202-4 "İstehsalat (iş və xidmət) aktivlərinin amortizasiya məsrəfləri" 112 "Torpaq, tikili və avadanlıqlar - Amortizasiya" 150
6 Elektrik enerjisi xərcləri 202-5 "İstehsalatla (işlə və xidmətlə) bağlı sair məsrəflər" 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" 250
7 Sair məsrəflər 202-5 "İstehsalatla (işlə və xidmətlə) bağlı sair məsrəflər" 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları" 350

İstehsal edilmiş yarımfabrikatların maya dəyərini müxtəlif metodlar ilə müəyyən edək.

Xammal, material və yarımfabrikatların dəyəri ilə

Cari ayda yarımfabrikatların istehsalı üçün sərf edilən materialların dəyəri 7 500 AZN olmuşdur. Beləliklə yarımfabrikatlar anbara mədaxil edilərkən onların maya dəyəri 7 500 AZN olacaqdır.

Müstəqim (birbaşa) xərc maddələri ilə.

Bu metodda yarımfabrikatların maya dəyərinə istehsala sərf edilən faktiki materialların dəyəri daxil edilir, qalan birbaşa məsrəflər isə hazır yarımfabrikatların və bitməmiş istehsalın arasında bölünür.

Birbaşa məsrəflərin cəmi məbləği. Materiallardan başqa olmuşdur: 3 000 + 660 = 3 660 AZN

Hazır yarımfabrikatların payına düşən birbaşa məsrəflərin məbləği olacaqdır:

(3 660 / 8000) * 7500 = 3 431 AZN

Yarımfabrikatların payına düşən cəmi birbaşa məsrəflər olacaqdır:

7 500 + 3 431 = 10 931 AZN

Faktiki məsrəflərin cəmi əsasında

Bu metodda yarımfabrikatların dəyərinə onların payına düşən birbaşa məsrəflərin məbləği, və dolayısı məsrəflərin bir hissəsi (birbaşa məsrfələrə mütənasib olaraq) daxil edilir.

Dolayısı məsrəflərin məbləği: 150 + 250 + 350 = 750 AZN

Birbaşa məsrəflər: 8 000 + 3 000 + 660 = 11 660 AZN

Hazır olan yarımfabrikatların payına düşən birbaşa məsrəflər: 10 931 AZN

Hazır olan yarımfabrikatların payına düşən dolayı məsrəflərin payı:

(750 / 11 660) * 10 931 = 703 AZN

Hazır olan yarımfabrikatların payına düşən ümumi məsrəflər (birbaşa + dolayı):

10 931 + 703 = 11 634 AZN

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Yarımfabrikatların dəyəri xammal, material və yarımfabrikatların dəyəri ilə ölçüldükdə 201 "Material ehtiyatları" 202 "İstehsalat (iş və xidmət) məsrəfləri" 7 500
2 Yarımfabrikatların dəyəri müstəqim (birbaşa) xərc maddələri ilə ölçüldükdə 201 "Material ehtiyatları" 202 "İstehsalat (iş və xidmət) məsrəfləri" 10 931
3 Yarımfabrikatların dəyəri faktiki məsrəflərin cəmi əsasında ölçüldükdə 201 "Material ehtiyatları" 202 "İstehsalat (iş və xidmət) məsrəfləri" 11 634

Yarımfabrikat metodunun əsas çatışmamazlıqları hər bir mərhələdə yarımfabrikatların maya dəyərinin hesablanmasının mürəkkəb olması və hesablamalar aparmaq üçün çox vaxt sərf edilməsidir. Bundan başqa, bu metoddan istifadə edilərkən 202-ci hesabın dövriyyəsi artır. Beləki, texnoloji prosesin mərhələlərinin sayının çox olması nəticəsində növbəti mərhələlərin yarımfabrikatlarının maya dəyəri carı mərhələnin xərcləri və öncəki mərhələnin yarımfabrikatları dəyəri əsasında formalaşır. Və nəticədə eyni məsrəflər 202-ci hesabın dövriyyəsini artırır.

Mənbə: www.muhasib.az



Şərhlər
Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

   Baş səhifə
   Mühasibat uçotu
   Vergilər
   İdarəetmə uçotu
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   İqtisadiyyat
2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!