Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 27.09.17
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

     İşdən azad edilmə zamanı ödənişlər.


2017-07-15 | Kadr işi | Baxılıb: 2185 dəfə

Müəssisə işçini işdən azad edərkən onun ilə son haqq-hesab aparmalıdır. İşdən azad olunan işçiyə aşağıdakı ödənişlər edilməlidir:

  • işdən azad olan ayda faktiki işlənilən günlərin əmək haqqısı;
  • istifadə edilməmiş məziniyyətə görə kompensasiya;
Bundan başqa, bəzi hallarda işdən azad edilən işçilərə aşağıdakı ödənişlər edilməlidir:
  • orta əmək haqqından az olmamaqla işdənçıxarma müavinəti;
  • işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əmək haqqı;
  • orta aylıq əmək haqqının azı 2 misli miqdarında müavinət;
  • orta aylıq əmək haqqının azı 3 misli miqdarında müavinət.

Orta əmək haqqından az olmamaqla işdənçıxarma müavinəti və işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əmək haqqı aşağıdakı hallarda ödənilir:

  • müəssisə ləğv edildikdə;
  • işçilərin sayı və ya ştatları ixtisar edildikdə;

İkinci və üçüncü aylar üçün orta əmək haqqı AR Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyi tərəfindən işçiyə verilən müvafiq arayışlar əsasında ödənilir. Həmin arayış işdən çıxan gündən bir ay müddətində AR Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyində qeydiyyata alınan şəxslərə verilir. Bu ödəmələr işəgötürən, müəssisə ləğv edildikdə isə onun əmlakının yeni mülkiyyətçisi (əmlakın operativ idarəçiliyini həyata keçirən hüquqi, fiziki şəxs) tərəfindən ödənilməlidir.

İşəgötürən işçilərin sayı və ya ştatları ixtisar edilməsi və əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə müəyyən edilmiş 1 ay öncə xəbərdarlıq müddətləri əvəzinə işçiyə onun razılığı ilə azı 2 aylıq əmək haqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər.

Orta aylıq əmək haqqının azı 2 misli miqdarında müavinət aşağıdakı hallarda ödənilir:

  • əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; (AR Əmək Məcəlləsi, 68.2-c)
  • işçi hərbi və ya alternativ xidmətə çağırıldıqda;(AR Əmək Məcəlləsi, 74-a)
  • qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə;(AR Əmək Məcəlləsi, 74-c)

Orta aylıq əmək haqqının azı 3 misli miqdarında müavinət aşağıdakı hallarda ödənilir:

  • işçinin vəfatı ilə əlaqədar vəfat edənin vərəsələrinə; (AR Əmək Məcəlləsi, 77.7)
  • müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar;(AR Əmək Məcəlləsi, 68.2-ç)

İşdən azad olan zaman hesablanan ödənişlərin uçotu.

İşdən azad olan zaman hesablanan ödənişlər uçotda əsas əmək haqqının uçotu ilə eyni qaydada əks olunur.

Ödənişlərin hesablanması 533 "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" hesabının krediti üzrə əks olunur, onun ilə müxabirləşən hesab isə işçinin hansı bölmədə işləməsi və hansı işləri görməsi ilə bağlı olacaq.

İşdən azad olunana gədər işlənmiş günlərə görə hesablanan əmək haqqı, istrifadə edilməmiş məzuniyyət haqqı və işdənçıxma müavinəti əmək müqaviləsinə xitam verilən gün ödənilirlər.

Faktiki işlənmiş vaxta görə əmək haqqının hesablanması.

İşdən azad olunan işçiyə azad olunma ayında faktiki işlədiyi günlərə görə əmək haqqı ödənilməlidir. Əmək haqqı adi qayda ilə faktiki işlədiyi günlərə görə hesablanır. Aşağıdakı misala baxaq:

Misal. Faktiki işlənən günlərə görə əmək haqqının hesablanması

14.07.2017 tarixində müəssisənin işçisi öz xahişi ilə işdən azad olunur. İşçinin vəzifə maaşı - 1 687 manatdır.

2017-ci ilin İstehsalat Təqviminə əsasən 2017-ci ilin iyul ayında 21 iş günü var. Bunlardan 10 gününü o işləmişdir.

İşçi iyul 2017 üçün alacağı əmək haqqı olacaqdır: 1 687 man. / 21 gün * 10 gün = 803.33 man.

Hesablanan əmək haqqısından müvafiq tutulmalar olunacaqdır.

Mühasib aşağıdakı müxabirləşmələri edəcəkdir:

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 İşlənən günlər üçün əmək haqqının hesalanması 701-3 "İstehsal sahəsində çalışan işçilərin əmək haqqı xərcləri;" 533 "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" 803.33
2 Fiziki şəxslərin muzdlu işdən əldə olunan aylıq gəlirindən verginin hesablanması 533 "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" 521-2 "Vergi öhdəlikləri-Gəlir vergisi" 90.77
3 İşçilərin əmək haqqlarından tutulan sosial sığorta ödənişləri 533 "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" 522 "Sosial sığorta və təminat üzrə öhdəliklər" 27.10
4 Əmək haqqının ödənilməsi 533 "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" 223 "Bank hesablaşma hesabları" 688.46

İstifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın hesablanması.

Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.

Əmək münasibətlərinə xitam verilərkən əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə və əmək stajına görə əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir.

Kompensasiya işdən azad olunan gün ödənilir.

İşçi il ərzində ona düşən məzuniyyət günləri üçün tam işləməyibsə ona bu günlərə düşən kompensasiya ödənilmir. Misal üçün, il ərzində işçiyə 21 gün məzuniyyət günü düşür, lakin, işçi bu ili tam işləməyibsə, o zaman, işlədiyi aylara görə ona mütənasib məzuniyyət günləri hesablanır.

Belə olduqda, müəyyən iş ilinə görə məzuniyyətə çıxmış və həmin iş ili bitənədək işdən çıxdığı halda işçiyə ödənilmiş məzuniyyət haqqının müvafiq hissəsi işçidən tutula bilər.

İşçi bütün ili tam işləməlidir ki, tam bir ilə düşən məzuniyyət günləri hesablansın.

İş ili işçi tərəfindən tam işlənməyibsə məzuniyyət günləri işlədiyi aylara görə mütənasib hesablanır. Belə olduqda, ayın yarısında az olan artıq günlər nəzərə alınmır, ayın yarısından çox olan artıq günlər 1 aya gədər yuvarlaqlaşdırılır.

Misal. İstifadə edilməmiş məzuniyyət günlərinin hesablanması

İşçi cari ilin yanvar ayından iyul ayına kimi işləmişdir. 10 iyul tarixində o işdən azad edilmişdir. Belə olduqda, yalnız 6 ay nəzərdə tutulur (yanvar-iyun). İyul ayı nəzərə alınmır, çünki işçi ayın yarısından az hissəsini işləmişdir.

İşçinin illik 30 təqvim günü məzuniyyət götürmək haqqı vardır. İstifadə edilməmiş məzuniyyət günlərinin sayı aşağıdakı kimi hesablanacaq:

30 gün / 12 ay * 6 ay = 15 gün.

İşçinin yazılı müraciətinə əsasən istifadə edilməmiş məzuniyyət günləri onun işdən azad edilməsi ilə birlikdə işçi tərəfindən istifadə edilə bilər (işdən azad edilmə işçinin günahı əsasında olmayıbsa). Yanı, işçi əvvəl istifadə etmədiyi məzuniyyət günlərinə görə məzuniyyətə çıxır, ona məzuniyyət haqqı hesablanır, məzuniyyətin son günü isə işdən azad olma günü olur. Belə olduqda işdən azad edilmə günü məzuniyyətin sonuncu günü hesab ediləcəkdir. Başqa işə işçi yalnız məzuniyyət bitdikdən sonra düzələ bilər.

İşdən azad olma ilə əlaqədar bütün ödənişlər və əmək kitabçası işçiyə məzuniyyətə çıxmaqdan öncə verilir.

Bilmək lazımdır ki, sonrakı işdən azad olma ilə məzuniyyətə çıxdıqda, məzuniyyət vaxtı işçi xəstələnərsə, işçiyə əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar müavinət verilir. Lakin, ümumi qaydalardan fərqli olaraq, məzuniyyət günləri xəstəlik günləri qədər artırılmır.

İstifadə edilməmiş məzuniyyət günləri üçün kompensasiyadan ümumi qaydada gəlir vergisi və sosial tutulmalar çıxılır.

Misal. İstifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiyanın hesablanamsı

İşçi 08.02.2016 tarixindən müəssisədə işə başlamışdır. 02.12.2016 tarixindən o, öz xahişi ilə işdən azad edilir. İşçinin 30 gün əsas və 2 gün əmək stajına görə əlavə məzuniyyət götürmək hüququ vardır. İşçinin əmək haqqısı 2 000 mantdır.

İşçi iş ili ərzində tam 9 ay (mart-noyabr) və fevral aıyının yarısından çox hissəsini işləmişdir. Məzuniyyət günlərinin sayı olacaqdır:

30 gün / 12 ay * 10 ay = 25 gün.

Əmək münasibətlərinə xitam verilərkən istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiyanın hesablanması zamanı cari ilin fevral-noyabr ayları nəzərə alınır. Əmək stajına görə əlavə məzuniyyət günləri nəzərə alınmır.

İşçiyə istifadə edilməmiş məzuniyyət haqqını hesablayaq:

2017-ci ilin İstehsalat Təqviminə əsasən fevral 2016-da 21 iş günü vardır. İşçi 16 iş günü işləmişdir. Fevral ayının əmək haqqısı olacaqdır:

2 000 man. / 21 gün * 16 gün = 1 523.81 man.

Mart-Noyabr ayları üçün hesablanan əmək haqqı:

2 000 man. * 9 ay = 18 000 man.

Cəmi il ərzində hesablanan əmək haqqı = 1 523.81 man + 18 000 man. = 19 523.81 man.

Orta aylıq əmək haqqı = 19 523.81 man. / 10 ay = 1 952.38 man.

Bir günlük əmək haqqı = 1 952.38 man. / 30.4 = 64.22 manat

İstifadə edilməmiş məzuniyyətə görə kompensasiya = 25 gün * 64.22 = 1 605.57 manat

Dekabr ayında işçi cəmi 2 gün işləmişdir. Dekabr 2016-ci ildə 22 iş günü vardır. Dekabr ayında işlədiyi 2 günə görə işçi alacaqdır:

2 000 man. / 22 gün * 2 gün = 181.82 man.

Mühasib aşağıdakı müxabirləşmələri edəcəkdir:

N Əməliyyatın məzmunu Debet Kredit Məbləğ
1 Dekabr ayında işlənən 2 gün üçün əmək haqqının hesalanması 701-3 "İstehsal sahəsində çalışan işçilərin əmək haqqı xərcləri;" 533 "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" 181.82
2 İstifadə edilməmiş məzuniyyət haqqınına görə kompensasiyanın hesablanması 701-3 "İstehsal sahəsində çalışan işçilərin əmək haqqı xərcləri;" 533 "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" 1 605.57
3 Fiziki şəxslərin muzdlu işdən əldə olunan aylıq gəlirindən verginin hesablanması (181.82+1 605.57) 533 "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" 521-2 "Vergi öhdəlikləri-Gəlir vergisi" 228.53
4 İşçilərin əmək haqqlarından tutulan sosial sığorta ödənişləri 533 "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" 522 "Sosial sığorta və təminat üzrə öhdəliklər" 53.62
5 Əmək haqqının ödənilməsi 533 "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" 223 "Bank hesablaşma hesabları" 1 505.23

İşdənçıxarma müavinətinin hesablanması.

İşdənçıxarma müavinəti və işdən çıxarıldığı gündən yeni işə düzələn günədək 2-ci və 3-cü aylar üçün orta əmək haqqı aşağıdakı hallarda ödənilir:

  • müəssisə ləğv edildikdə;
  • işçilərin sayı və ya ştatları ixtisar edildikdə.
Orta əmək haqqından az olmamaqla işdənçıxarma müavinəti müəssisə tərəfindən ödənilir və bunun üçün sənəd tələb edilmir.

Lakin, 2-ci və 3-cü aylar üçün orta əmək haqqı AR Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyi tərəfindən işçiyə verilən müvafiq arayışlar əsasında ödənilir. Həmin arayış işdən çıxan gündən bir ay müddətində AR Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyində qeydiyyata alınan şəxslərə verilir. Ona görə, işçi işdən azad olunandan sonra 1 ay ərzində mütləq ərazi üzrə məşğulluq idarəsində işsiz kimi qeydiyyatda durmalıdır. Əgər 2-ci ay işçi hər hansı bir işlə təmin olunmazsa, onda məşğulluq idarəsi bu barədə arayış verir. Həmin arayış əsasında işçiyə köhnə iş yerindən əməkhaqqı ödənilir və bu proses 3-cü ay da tətbiq olunur.

İşdənçıxarma müavinəti orta əmək haqqından az olmamalıdır. Orta əmək haqqı AR Əmək Məcəlləsinin 177-ci maddəsi ilə müəyyən edilir.

Orta əmək haqqı ödənişdən əvvəlki 2 təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əmək haqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir.

2 aydan az işləmiş işçilər üçün orta aylıq əmək haqqı aşağıdakı qaydada hesablanır: işçinin faktik işlənmiş günlər ərzində qazandığı əmək haqqını həmin günlərə bölməklə bir günlük əmək haqqı müəyyən edilir, alınan məbləğ əmək haqqı saxlanılan iş günlərin sayına vurulur.

Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclər AR NK 126 N-li Qərarı ilə tərəfindən müəyyən edilir.

Misal. İşdənçıxarma müavinətinin hesablanması. 12.07.2017 tarixində işçi işçilərin sayı və ya ştatların ixtisar edilməsi səbəbi ilə işdən azad edilib. İşçinin aylıq əmək haqqısı 1 500 manatdır.

May və İyun 2017-ci ildə müvafiq olaraq 21 və 18 iş günü vardır.

Bir günlük əmək haqqı = (1 500 man. + 1 500 man.) / (21 gün + 18 gün) = 76.92 man.

2017-ci ilin İstehsalat Təqviminə əsasən 2017-ci ildə orta aylıq iş günlərinin sayı 20.08-dir.

Orta əmək haqqı = 20.08 gün * 76.92 man. = 1 544.55 man.

Beləliklə, işçiyə ödəniləcək işdənçıxarma müavinəti hesabladığımız orta əmək haqqından 1 544.55 manatdan az olmamalıdır.

Hesablanan 1 544.55 manat orta əmək haqqı sonradan işçi yeni işə düzələnə kimi 2-ci və 3-cü aylarda ona orta əmək haqqı kimi ödənilməlidir.

Nəzərə alın ki, AR Vergi Məcəlləsinin 102.1.4 maddəsinə əsasən işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə AR Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar (müavinət) gəlir vergisindən azaddır. Eyni zamanda, bu müavinətə məcburi dövlət sosial sığorta haqqı hesablanmır.

2-ci və 3-cü aylar üzrə ödənilən orta əmək haqqı isə işçinin əmək haqqısı sayılır və ümumi qaydada gəlir vergisinə cəlb edilir və ona məcburi dövlət sosial sığorta haqqı hesablanır.

Normativ-hüquqi aktlar.

AR Əmək Məcəlləsi, Maddələr: 56, 68, 70, 74, 77, 135, 144, 177

Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin müəyyən edilməsi barədə NK Qərarı N 126

Mənbə: https://www.muhasib.az



Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:



   Baş səhifə
   Mühasibat uçotu
   Vergilər
   İdarəetmə uçotu
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   İqtisadiyyat


   Bilirsinizmi?
Yer kürəsinin iqlimi geoloji dövr ərzində kəskin dəyişir. Tədqiqiatlar göstərir ki, son 900 min il ərzində 10 dəfə buzlaşma mərhələsi olmuşdur. Biz hal-hazırda iki buzlaşma mərhələsi arasındakı istiləşmə dövründə yaşayırıq.

Financial Department Manager
Mühasib
Бухгалтер
Бухгалтер ресторанной сети
Accountant (Female)
Mühasib
Kassir

 :: Sual - Cavab
Əmək haqqından tutulmalar
Lisenziyaların uçotu
Anti-virus proqramlarının uçotu.

Bütün suallar

Yeni kitablar
2010-2016. Saytdakı materiallardar istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!