- 1 -
Korporativ informasiya sistemləri (KİS) müəssisədə biznes-proseslərin və eyni zamanda operativ və idarəetmə uçotunun avtomatlaşdırılmasını nəzərdə tutur.
KİS-lər avtomatlaşdırılacaq biznes-proseslərin miqyas və mürəkkəbliyindən asılı olaraq müxtəlif ola bilərlər. Hazırda müxtəlif KİS sistemləri mövcuddur: MRP, MRP II, ERP, CSRP. Bu sistemlər əslində iqtisadi münasibətlərin mürəkəbləşməsi ilə əlaqədar yeni proseslərin avtomatlaşdırılması ehtiyacının nəticəsi olaraq əvvəlkilərə yeni bölmələrin (modulların) əlavə edilməsi şəklində inkişaf etmişdir.
MRP (Material Requirements Planning - Resurslara olan Tələbatın Planlaşdırılması) - İstehsalda material resurslarının hərəkətinin idarə edilməsinə imkan verir (70-ci illər).
MRP II (Manufacturing Resource Planning - İstehsal Resurslarının Planlaşdırılması) - MRP sisteminə maliyyə planlaşdırılması, əks əlaqə və biznes-proseslərin modelləşdirilməsi elementləri əlavə edilmişdir (80-ci illər)
ERP (Enterprise Resource Planning - Müəssisənin Resurslarının Planlaşdırılması) - MRP II sisteminə maliyyə planlaşdırılması modulu əlavə edilmişdir(90-cı illər).
CSRP (Customer Synchronized Resource Planning - İstehlakçılara istiqamətlənərək Resurslarının Planlaşdırılması) - ERP sisteminin bütün imkanlarına malikdir və eyni zamanda müştərilərlə geniş münasibətləri əhatə edir: sifarişlərin sənədləşdirilməsi, texninki tapşırıqlar, sifarişçinin yerindəcə dəstəklənməsi (90-cu illərin sonu).
Hazırda inkişaf edən ölkələrdə MRP II və ERP sistemlərinin tətbiqi daha geniş yayılmışdır. Bu onunla bağlıdır ki, bu ölkələrdə hələ daxili biznes proseslər avtomatlaşdırılmamışdır.
KİS-lərin tətbiqi imkanları genişdir. Onlar müxtəlif sahələrdə-K/t, nəqliyyat, bank, tıcarət, istehsal və s. müvəffəqiyyətlə tətbiq olunur.
KİS-lərin tətbiqi müəssisələrə aşağıdakı nəticələrin əldə olunmasına səbəb olur:
- - İdarəetmə qərarlarının verilməsi üçün lazım olacaq informasiyaların operativ və daha dəqiq əldə edilməsi imkanı
- - Dəqiq planlaşdırmanın aparılması və faktiki nəticələrə daha yaxın olan büdcələrin qurulması və yerinə yetirilməsinin izlənilməsi
- - İstehsal tsiklinin 30-40 % aşağı salınması
- - Anbar sahələrinin 25-30 % azaldılması
- - Əmtəə-material ehtiyatlarının dövriliyinin 60-70 % artırılması
- - Məhsulun çatdırılması ilə bağlı olan gecikmələrin 40-50 % aşagı salınması
- - Sığorta ehtiyyatlarının 30-40 % azaldılması
- - İdarəetmə xərclərinin 25-30 % aşağı salınması və s.
- 2 -
KİS-lərin
tətbiq edilməsi müəssisəyə həmçinin əməliyyatların şəffaf olunması
baxımından da çox əhəmiyyətlidir. Qeyd etmək lazımdır ki, KİS-lər
müxtəlif proseslərin avtomatlaşdırılması üçün müstəqil modullara
malikdir. Onun üçün də müəssisə tam avtomatlaşdırmanı hissə-hissə
həyata keçirə bilər. Məsələn: İstehsal müəssisəsi əvvəlcə lojistika,
istehsal və planlaşdırma bölmələrini, daha sonra isə digər bölmələri
avtomatlaşdıra bilər.
Lakin KİS-lərin müəssisədə
tətbiq edilməsi müəyyən çətinliklərlə bağlıdır. Nəzərə almaq lazımdır
ki, KİS-lərin tətbiq edilməsi bəzən kulli miqdarda vəsaitin xərclənməsinə
səbəb olur. Buna görə
də KİS-lərin tətbiq edilməsi ayrıca bir
investisiya layihəsi kimi nəzərdə tutulmalıdır. Qeyd etmək lazımdır ki,
KİS-lərin tətbiqi əsasən 3 mərhələdə həyata keçirilir:
1-ci Mərhələ: Lazımi
KİS-in seçilməsi
2-ci Mərhələ: KİS-in
istismarı
3-cü Mərhələ: Nəticənin
məqsədə uyğunluğunun yoxlanılması.
Hər üç mərhələdə həyata
keçirilən proseslərin düzgünlüyünün yoxlanılması üçün aparılan
əməliyyatların auditi lazımdır. Adətən bu cür lahiyələrin auditi iki
şəkildə həyata keçirilir:
1. Birdəfəlik audit
2. Kompleks audit
Birdəfəlik audit əsasən
3-cü mərhələdə aparılır. Auditor həyata keçirilən avtomatlaşdırmanın
firmanın istəyinə nə qədər uyğun olub-olmadığını yoxlayır. Lakin bü cür
auditdə risk çoxdur. Belə auditin ancaq əvvəlki iki mərhələnin daxili
imkanlar hesabına yoxlanılması mümkün olan müəssisələrdə aparılması
məqsədə uyğundur.
Kompleks audit isə hər üç
mərhələni əhatə edir. Kompleks audit zamanı auditorlar layihənin bütün
mərhələlərində ya başdan sona qədər iştirak edir, ya da müəyyən müddətdən
bir yerinə yetirilmiş işlərin nəticəsini yoxlayırlar.
- 3 -
Mərhələlərdə həyata
keçirilən audit əsasən aşağıdakıları əhatə etməlidir.
1-ci Mərhələ:
- Müəssisədəki biznes
proseslərin ardıcıllığının hazırlanması
- Müəssisənin
avtomatlaşdırmasına ehtiyacı olduğu bölmələrin müəyyənləşdirilməsi
- Müvafiq KİS-in
seçilməsi və s.
2-ci Mərhələ:
- Avtomatlaşdırma
prosesinin layihəyə uygunluğunun yoxlanılması
- Müxtəlif testlərin
aparılmasının yoxlanılması
- Personalın tətbiq
edilən KİS-in mənimsənilməsinin öyrənilməsi
- Mövcud informasiyanın
yeni KİS-ə daxil edilməsinin təqib edilməsi və s.
3-cü Mərhələ:
- Təhvil-təslim aktının
analizi
- Rəsmi olaraq
layihənin
yerinə yetirilməsinin təsdiq edilməsi
- Layihənin
qiymətləndirilməsi və yekun rəy
Qeyd etmək lazımdır ki,
KİS-in tətbiq edilməsi ayrıca bir layihə kimi nəzərdə tutulduğu üçün
həmin layihənin effektivliyinin qiymətləndirilməsi lazımdır. KİS-in
effektivliyinin qiymətləndirilməsi üçün aşağıdakı ğöstəricilərdən
istifadə edilir:
- İnvestisiyaların
qayıtması göstəriciləri (ROİ)
- Əldə etmənin ümumi
dəyəri (TCO)
- Xərclərin faydalılığı
analizi (CBA)
İlkin olaraq Əldə etmənin
ümumi dəyəri göstəricisinin hesablanması məqsədə uyğundur. Bu göstərici
KİS-in tətbiqi və istismar dövründəki xərclərin cəmindən ibarətdir.
Bu göstəricinin
çatışmamazlığı ondan ibarətdir ki, ancaq xərclər haqqda məlumatı
ümumiləşdirir. Onun üçün də
layihənin faydalılığının müəyyən edilməsi
lazımdır. Bunun üçün İnvestisiyaların qayıtması göstəricilərindən (ROİ)
istifadə edilməlidir.
ROİ=(Sistemin tətbiqindən
əldə edilən fayda-TCO) /TCO x100%
Lakin bəzən belə
göstəricinin hesablanması çox böyük çətinliklə bağlıdır. Çünki
layihənin başlanğıc mərhələsində sistem tətbiqinin faydasını hesablamaq
çətindir. Bunun üçün bəzən uzun müddət lazım olur.
Belə vəziyyətdə Xərclərin
faydalılığı analizinin (CBA) aparılması daha məqsədə uyğundur.
Xərclərin faydalılığı analizinin (CBA) əsası alternativ iki variantın
müqayisəsidir. Burda nəzərdə tutulur ki,
layihə tətbiq edilməsə hansı
mümkün itkilər ola bilər. Burda həm kəmiyyət göstəriciləri (Əmək
məhsuldarlığının artması, ehtiyatların dövriliyinin sürətlənməsi və s. )
həm də keyfiyyət göstəriciləri (Müştərilərə məhsul göndərişindəki
gecikmələrin aradan qaldırılması hesabına onların loyallığının
artırılması) nəzərə alınması lazımdır. Həmçinin dıgər belə KİS-lərin
tətbiqini həyata keçirən şirkətlərin əldə etdiyi nəticələrin analiz
edilməsi lazımdır.
Hazırda bir çoxmüəssisələrin rəqabət qabiliyyətliliyinin artırılması yollarından biri də
KİS-lərin tətbiqidir. Bu cür layihələr çox risklidir və bahalıdır. Ona
görədə bu sahədə mütəxəssislərin sayı artırılmalıdır.
Mənbə: http://www.azinka.az
|