Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 28.03.24
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

     Məzuniyyət və iş günlərinin hesablanması


2015-11-28 | Accountsoft | Baxılıb: 12129 dəfə

Excel proqramında məzuniyyət günlərinin hesablanması üçün NETWORKDAYS.INTL() (rus versiyasında ЧИСТРАБДНИ.МЕЖД())funksiyası mövcuddur. Funksiya bayram və istirahət günlərini nəzərə alaraq iki tarixlər arasında iş günlərinin sayını hesablayır. İstirahət və bayram günləri iş günü sayılmır.

Funksiyanın strukturu aşağıdakı kimidir:

NETWORKDAYS.INTL( start_date, end_date, [weekend], [holidays] )

ЧИСТРАБДНИ.МЕЖД(нач_дата; кон_дата; [выходной]; [праздники])

Argumentlər bunlardır:

start_date - mütləq arqumentdir, dövrün əvvəlini göstərir;

end_date - mütləq arqumentdir, dövrün sonunu göstərir;

[weekend] - mütləq deyil, dövrün əvvəlindən sonuna kimi olan istirahət günlərini göstərir. Nömrə və ya sətir ilə istirahət günlərini göstərmək olar Nömrələr aşağıdakı günləri göstərir:

İstirahət gününün nömrəsi
1 və ya boş - şənbə, bazar
2 - bazar, bazar ertəsi
3 - bazar ertəsi, çərşənbə axşamı
4 - çərşənbə axşamı, çərşənbə
5 - çərşənbə, cümə axşamı
6 - çümə axşamı, cümə
7 - cümə, şənbə
11 - yalnız bazar
12 - yalnız bazar ertəsi
13 - yalnız çərşənbə axşamı
14 - yalnız çərşənbə
15 - yalnız cümə axşamı
16 - yalnız cümə
17 - yalnız şənbə

Xəttli rəqəmlərdən də istifadə etmək olar. Belə olduqda, 7 ədəd 0 rəqəmi istifadə edilir - "0000000". Əgər istirahət günü Şənbə-Bazar-dırsa, son iki rəqəm 1 olacaq, bu zaman, rəqəm olacaq "0000011". İstirahət günü Cümə günüdürsə, o zaman, olacaq "0000100"

[holidays] - mütləq deyil, iş günləri təqviminə daxil edilməməli bir və ya bir-neçə tarixdır. "holidays" arqumenti bayram tarixlərini əks etdirən xanaların diapazonu olmalıdır;

Misal üçün, işçinin məzuniyyət günlərini hesablamaq və ekrana gətirmək olar. Bunun üçün xanaya aşağıdakı formulu daxil etmək lazımdır:

=ЧИСТРАБДНИ.МЕЖД
(A1,A2,"0000000",D1:D5)

və ya Excel-in ingilis versiyasında:
=NETWORKDAYS.INTL(A1,A2,"0000000",D1:D5)

burada A1 xanası məzuniyyətin əvvəli A2 xanası məzuniyyətin sonudur, D1:D5 - bayram tarixləridir.

Faylı yükləyin

Mənbə: www.muhasib.az



Şərhlər
Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

   Baş səhifə
   Mühasibat uçotu
   Vergilər
   İdarəetmə uçotu
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   İqtisadiyyat
2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!