Kreditlər uzadılacaq, maaşları dövlət ödəyəcək, vergi tətili olacaq - BİZNESƏ DƏSTƏK TƏDBİRLƏRİ

2020-03-30 | İqtisadiyyat | 2772

Koronavirus və onun gətirdiyi qadağaların biznesə təsirini azaltmaq üçün hökumətin müzakirə etdiyi bəzi tədbirlər məlum olub.

FED.az xəbər verir ki, bunlar kreditlərin vaxtının uzadılması, ana borcun saxlanaraq, faizlərin subsidiyalaşması və sairdir: «Sahibkarların xeyrinə olan ən yaxşı təcrübələr nəzərdən keçirilir. Ən yaxşı təcrübələr tətbiq ediləcək və yaxşı mühit yaradılacaq. Bütün məsələlər araşdırılıb, çoxsaylı görüşlər keçirilib və onların əsasında bu günkü situsiyanı da nəzərə almaqla ən yaxşı yumşaldıcı təkliflər nəzərə alınacaq»-deyə bildirilir.

Bundan başqa, bildirilir ki, hazırda işçilərin maaşlarının dövlət tərəfindən ödənilməsi ilə bağlı məsələyə baxılır, bu məsələ Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin rəhbərliyi ilə işçi qrupunda da müzakirə edilir.

Bununla yanaşı, rəsmilər bildirir ki, dəstək tədbirləri zamanı ilk növbədə şəffaf işləyənlərə üstünlük veriləcək: «Mart ayı üzrə hesabatlar təhlil olunacaq və bu mexanizmlər ilk növbədə vicdanlı vergi ödəyiciləri, vergini yaxşı ödəyənlərə münasibətdə tətbiq ediləcək. Qanuna dəyişiklik, vergi tətilləri, kredit şərtlərinin yumşaldılması və dövlət satınalmalarında yerli şirkətlərə üstünlüklər müzakirə olunur».

Xüsusi vurğulanır ki, dövlət bu dövrdə vətəndaşları işsiz qoymayan sahibkarlara dəstək olacaq.

Vergi hesabatlarının gecikməsinə görə cərimələrə gəlincə, rəsmilər bildirib ki, vergilərlə bağlı sanksiyalardan söhbət gedə bilməz. Yeri gəlmişkən, artıq Vergilər Nazirliyi vergi bəyannatmələrinin verilməsi və vergi ödənişi müddətini martın 31-dən aprelin 6-dək uzaldıb.

Bundan başqa, bildirilib ki, sosial ödəmələrlə bağlı yükün azaldılması da müzakirə edilir, xüsusilə mikro və sabit qəbzlə işləyənlər üçün.

Mənbə: https://www.fed.az/az/biznes/kreditler-uzadilacaq-maaslari-dovlet-odeyecek-vergi-tetili-olacaq-biznese-destek-tedbirleri-76707

İqtisadiyyat bölümünün son xəbərləri

2024-12-05 | İcarəyə verilən kiçik elektrik nəqliyyat vasitələrinə dair məlumatların siyahısı təsdiqlənib
2024-11-28 | Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi
2024-11-25 | Kartdan karta işləyən 150 sahibkara maliyyə sanksiyası tətbiq edilib
2024-11-24 | Dövlət Vergi Xidmətinin rəisi: Sahibkarların qanunsuz və uçotsuz fəaliyyətinin qarşısı alınacaq
2024-03-19 | Nicat İmanov: Əsas hədəfimiz etibarlı vergi qurumuna çevrilməkdir
2023-11-07 | 2024-cü ildə Azərbaycanda yaşayış minimumunun məbləği məlum oldu
2023-11-03 | Qiymətli daşların və qiymətli metalların alışı hansı halda nağdsız qaydada həyata keçirilməlidir.
2023-10-27 | Mərkəzi Bankın səlahiyyəti artırılır
2022-11-02 | Arzu Hacıyeva: Yol xəritəsinin özəl sektor üçün geniş imkanlar yaradacağına inanıram
2022-10-21 | Azərbaycanın yeni iqtisadi inkişaf strategiyası və vergi islahatları

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!