Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 21.01.17
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər
      Qeydiyyat  |  Daxil ol

Vergi ödəmək istəmirsinizsə, sizi filial elan edək

2014-09-04 | İqtisadiyyat | Baxılıb: 199 dəfə

Yüksək Texnologiyalar Parkının (YKT Park) Bakının Pirallahı rayonunda yaradılmasına baxmayaraq, Azərbaycanın bütün ərazisində yüksək texnologiyalar üzrə layihələr gerçəkləşdirən şirkətlər vergi və gömrük azadolmalarından faydalana bilərlər.

"Marja" xəbər verir ki, bunu Bakıda keçirilən "Azərbaycan rabitə və yüksək texnologiyalar sektoru üçün yaradılmış işgüzar mühit" adlı konfransda çıxışı zamanı rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.

Nazir deyib ki, bu, texnoparkların filiallarının yaradılması yolu ilə baş verə bilər.

"Texnoparklar üçün əsasnamədə buna əlavə yollar açılıbdır. Texnoparkların filialları deyilən bir termin var. Əgər layihənizi Azərbaycanın hansısa bir ərazisində yerinə yetirmək istəyirsinizsə, biz həmin ərazini texnoparkların filial elan edə bilərik. Yəqin ki, Mingəçevirdəki Kür zavodu, Yüksək Texnologiyalar Parkının filialı elan ediləcəkdir. Gəncədə yerləşən "Billiur" zavodunun təklifləri qəbul olunsa, oranı da YKT Parkının filial elan edəcəyik. Universitlərin də daxilində texnoparkların yaradılması üzrə təşəbbüslər olur. Biz onları da filial elan edə bilərik. Bu, həmin filiallarda işləyən şirkətlərə texnoparklara verilən vergi və gömrük azadolmalarından faydalanmaq imkanı verəcəkdir".

Qeyd edək ki, Yüksək Texnologiyalar Parkı Bakının Pirallahı rayonunda inşa ediləcək. Bunun üçün Pirallahı rayonunda 50 hektar torpaq sahəsi ayrılıb. YTP-də fəaliyyət göstərən rezidentlərin idxal etdiyi infrastruktur və texnoloji avadanlıqlar ƏDV-dən, eyni zamanda onlar 7 il müddətində mənfəət, torpaq və əmlak vergisindən azad edilir.

Mənbə: http://www.marja.az




Son İqtisadiyyat xəbərləri

2016-12-27 | Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı artırılıb
2016-12-24 | Prezident "Nağdsız hesablaşmalar haqqında" qanunu imzaladı
2016-12-24 | "Elektron ticarət haqqında" qanuna dəyişikliklər qəbul olundu
2016-12-24 | Muflis olanların siyahısı acıqlanacaq
2016-12-23 | Nağdsız hesablaşmalar haqqında qanun layihəsi
2016-12-01 | Yaşayış minimumu 19 manat artırılır
2016-10-26 | Vergilər Nazirliyinə yeni səlahiyyət verildi
2016-10-02 | 2017-də büdcə-vergi siyasəti üzrə bu tədbirlər görüləcək
2016-07-08 | Kiçik və orta sahibkar meyarları dəyişib
2016-06-24 | Azərbaycanda borc vermək qaydası dəyişir


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:


   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar

   Maraqlı şəkillər

Mühasib
Financial Analyst
Accounting Manager
Mühasib
Auditor
Mühasib (regionlar üzrə)
Accounting Manager

 :: Forumda yeni mövzular
 :: Sual - Cavab
Lisenziyaların uçotu
Anti-virus proqramlarının uçotu.

Bütün suallar

Yeni kitablar

Əlaqə: admin@muhasib.az
2010-2016. Saytdakı materiallardar istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!