Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 23.02.17
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər
      Qeydiyyat  |  Daxil ol

Universitetlərdə mühasibatlıqla məşğul olan şəxslərin hazırlığı yoxdur

2014-08-17 | Mühasibat uçotu | Baxılıb: 501 dəfə

Bunu maliyyə naziri Samir Şərifov Bakıda "Ali təhsil müəssisələrində yeni maliyyələşdirmə mexanizminin ilkin nəticələri və təhsil sistemində FARABİ layihəsinin tətbiqinin vəziyyəti və perspektivləri" mövzusunda keçirilən təqdimat mərasimində deyib.

Onun sözlərinə görə, büdcədən maliyyələşmə ali təhsil müəssisələri qarşısında yeni vəzifələr qoyub və səlahiyyətlər artdıqca onların məsuliyyəti daha da artıb:

"Ali təhsil müəssisələrinin rəhbərliyinin sərəncamında böyük vəsaitlər mövcuddur. Bu vəsaitlər üzərində əvvəllər olduğu kimi dövlət xəzinədarlığı tərəfindən nəzarət yoxdur. Beləliklə, bu nəzarət məhz bu ali təhsil müəssisələri tərəfindən həyata keçirilməlidir. Burada metodoloji, mənəvi, kadr məsələləri baxımından həm Təhsil Nazirliyi, həm də Maliyyə Nazirliyi tərəfindən dəstəyə ehtiyac duyulur. Hesab edirik ki, bir çox ali təhsil müəssisələrində mühasibatlıqla məşğul olan şəxslərin kifayət qədər hazırlığı yoxdur. Yeni sistemdə onlar özlərini o qədər də yaxşı hiss etmirlər. Maliyyə Nazirliyi tərəfindən bu mütəxəssislər üçün yenidənhazırlama kursları təşkil edilməlidir. Maliyyə Nazirliyində mühasibatlıq üzrə xüsusi mərkəz fəaliyyət göstərir. Bu sahədə çalışanlar yenidənhazırlanmadan sonra xüsusi imtahan verib, attestat alıb sonra bu fəaliyyətlə məşğul olmalıdırlar. Çünki söhbət böyük vəsaitlərin idarə olunmasından gedir".

Nazir qeyd edib ki, büdcəsi böyük olan ali təhsil müəssisələrində təkcə baş mühasib vəzifəsi deyil, eyni zamanda maliyyə məsələləri üzrə yüksək vəzifəli inzibati işçi olmalıdır:

"Prorektor səviyyəsində buna ehtiyac duyulur. Çünki söhbət xərclərdən getmir, eyni zamanda daha çox gəlirlərin əldə edilməsindən gedir".

Mənbə: http://www.apa.az




Son Mühasibat uçotu xəbərləri

2017-02-03 | Maliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarına xəbərdarlıq edib
2016-01-17 | Maliyyə Nazirliyi və ARPA arasında Anlaşma Memorandumu imzalandı
2016-12-05 | Maliyyə hesabatlılığına görə məsuliyyəti idarə heyəti daşımalıdır.
2016-11-25 | Mühasiblər İşçi Qrupunun ilk görüşü keçirildi
2016-11-13 | "Mühasib peşəsində şəffaflığın və özünüidarəçilik səviyyəsinin yüksəldilməsi" mövzusunda ilk Mühasiblər Forumu uğurla başa çatdı
2016-10-22 | AR Vergi Məcəlləsində və "Mühasibat uçotu haqqında" Qanununda dəyişikliklər edilib.
2016-10-22 | Azərbaycanda kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının tərkibi dəyişib
2016-09-05 | Bakıda "Mühasiblər Forumu–2016"
2016-05-26 | Nazir: "Fiziki şəxslər və torpaq sahibləri hesabatdan azad olunacaq"
2016-04-18 | Maliyyə Nazirliyindən kommersiya təşkilatlarına xəbərdarlıq


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:


   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar

   Maraqlı şəkillər

Tax Manager
Accountant
Accountant
Accountant
Tax Accountant
Chief Accountant
Chief Accountant

 :: Forumda yeni mövzular
 :: Sual - Cavab
Lisenziyaların uçotu
Anti-virus proqramlarının uçotu.

Bütün suallar

Yeni kitablar

Əlaqə: admin@muhasib.az
2010-2016. Saytdakı materiallardar istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!