Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 20.01.17
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər
      Qeydiyyat  |  Daxil ol

İcbari tibbi sığortanın tətbiqinə 2015-ci ildən başlanılacaq

2014-02-28 | Kadr işi | Baxılıb: 228 dəfə

"Səhiyyənin maliyyələşməsi kökündən dəyişəcək, həkimlərin əmək haqları kəskin artırılacaq"

Azərbaycanda icbari tibbi sığortanın tətbiqinə 2015-ci ildən başlanılacaq.

"Marja" xəbər verir ki, bunu yerli televiziya kanallarından birinə Milli Məclisin Sosial Siyasət Komitəsinin sədir Hadı Rəcəbli bildirib.

"Bu məsələyə nəhayət start verildi. Baxmayaraq ki, uzun müddət bundan əvvəl qanun qəbul edilib. Bu qanunun 3 il gecikməsinin səbəblərindən biri, bütövlükdə səhiyyənin maliyyələşməsi və müəyyən dəyişikliklərin olmasıdır. Səhiyyənin maliyyələşməsi kökündən dəyişəcək",- o deyib.

Hadı Rəcəbli qeyd edib ki, sözün əsl mənasında bu addıımı atmağa cəsarət edən adamlar tapılmırdı: "Bir az burada bürokratik əngəllər vardı, bir az da tənbəllik əlamətləri vardı. Bunlar hamısı aradan qaldırılıb. Düşünürəm ki, bu addımı atandan sonra həkimlərin əmək haqlarını kəskin sürətdə qaldıracağıq".

Qeyd edək ki, 1999-cu ildə qəbul edilmiş "Tibbi Sığorta haqqında" qanuna görə, Tibbi sığorta icbari və könüllü formada həyata keçirilir. İcbari tibbi sığorta dövlət sosial sığortasının tərkib hissəsi olmaqla, icbari tibbi sığorta proqramına müvafiq həcmdə əhalinin tibbi və dərman yardımı almasını təmin edir.

Qanuna görə, icbari tibbi sığorta sistemində işləməyən vətəndaşların icbari tibbi sığortalanmasını müvafiq icra hakimiyyəti orqanları və müvafiq sosial proqramlar çərçivəsində yerli özünüidarə orqanları, işləyən vətəndaşları isə çalışdığı şirkət (hüquqi və fiziki şəxslər) təmin etməlidir.

Xatırladaq ki, Fevralın 21-də Nazirlər Kabinetində Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədovun sədrliyi ilə səhiyyənin maliyyələşdirilməsinin təkmilləşdirilməsi və icbari sığortanın tətbiq edilməsi məsələsinə dair geniş müşavirə keçirilmişdir.

Müzakirələrdə çıxış edən səhiyyə naziri Oqtay Şirəliyev, maliyyə naziri Samir Şərifov, ədliyyə naziri Fikrət Məmmədov, Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev və digər müvafiq qurumların məsul şəxsləri "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun müəyyənləşdirdiyi vəzifələrin yerinə yetirilməsi üçün görülən işlərdən danışmışlar.

Geniş fikir mübadiləsindən sonra müşavirəyə yekun vuran Baş nazirin müavini Əli Əhmədov ölkədə səhiyyə islahatlarının daha da inkişaf etdirilməsini nəzərdə tutan icbari tibbi sığortanın tətbiq edilməsi sahəsində işlərin daha da sürətləndirilməsinin zəruri olduğunu vurğulayaraq, aidiyyəti qurumlara müvafiq tapşırıqlar vermişdir.

Müşavirədə müzakirə olunan məsələ ilə əlaqədar təkliflər nəzərə alınmaqla xüsusi işçi qrupunun yaradılması qərara alınmışdır.

Mənbə: http://www.marja.az




Son Kadr işi xəbərləri

2016-12-16 | Azərbaycanda 2017-ci il üçün yaşayış minimumu və ehtiyac meyarı artırılır.
2016-12-16 | 2017-ci ilin iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib
2016-07-03 | İstehsalatda bədbəxt hadisələr zamanı işçilərə hansı halda kompensasiyanın ödənildiyi açıqlanıb
2016-06-16 | İşsizlərə sığorta ödənişi veriləcək.
2016-05-27 | Uşaqlarını təkbaşına böyüdən valideynlərə şad xəbər
2016-04-22 | Azərbaycanda Baş Kollektiv Saziş
2016-03-02 | Uşağını təkbaşına böyüdən işçilərin əmək müqaviləsinin ləğv edilməsi qadağan edilir
2015-12-30 | 2016-ci ilin istehsalat təqvimi və iş vaxtı norması
2015-12-14 | Orta aylıq əmək haqqı nə qədərdir?
2015-12-07 | 2016-cı il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi müəyyən olundu.


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:


   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar

   Maraqlı şəkillər

Mühasib
Financial Analyst
Accounting Manager
Mühasib
Auditor
Mühasib (regionlar üzrə)
Accounting Manager

 :: Forumda yeni mövzular
 :: Sual - Cavab
Lisenziyaların uçotu
Anti-virus proqramlarının uçotu.

Bütün suallar

Yeni kitablar

Əlaqə: admin@muhasib.az
2010-2016. Saytdakı materiallardar istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!