MUHASIB.AZ         

    Muhasibat ucotu     Vergiler     Idareetme ucotu     Huquq     IFRS     Audit     Accountsoft     Maliyyə menecmenti     Sertifikasiyalar     Financial English
    Xəbərlər     Qanunvericilik     Kitabxana     Məqalələr     Onlayn Tədris     Referatlar     Forum     İş elanları        İstirahət     Linklər

   

2014-ci ilin istehsalat təqvimi və iş vaxtı norması təsdiq edildi.

2013-12-27
Mənbə: www.mlspp.gov.az target=_new>www.mlspp.gov.az
2014-ci ilin istehsalat təqvimi və iş vaxtı norması təsdiq edildi.

AZƏRBAYCAN RESPUBLİKASININ

ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİ

11/34-932     "23" "dekabr" 2013- cü il

Mülkiyyət və təşkilatı-hüquqi formasından asılı

olmayaraq müəssisə, idarə və təşkilatlara

2014-cü ilin

İŞ VAXTI NORMASI

    Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq 2014-cü il üçün işçilərin iş vaxtı normasının düzgün hesablanması və tətbiq edilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakıları bildirir.

    Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin "2014-cü ildə Novruz, Ramazan, Qurban bayramları haqqında" 17 dekabr 2013-cü il tarixli 341 nömrəli qərarına əsasən 2014-cü ildə aşağıdakı günlər iş günü hesab edilmir:

1-2 yanvar - Yeni il bayramı;
20 yanvar- Ümumxalq hüzn günü;
8 mart- Qadınlar günü;
20, 21 , 22, 23, 24 mart - Novruz bayramı;
9 may- Faşizm üzərində qələbə günü;
28 may- Respublika günü;
15 iyun- Azərbaycan xalqının milli qurtuluş günü;
26 iyun- Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü;
28-29 iyul- Ramazan bayramı;
4-5oktyabr- Qurban bayramı;
9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı günü
31 dekabr - Dünya azərbaycanlılarının həmrəyliyi günü.

    Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin "2014-cü ildə Novruz, Ramazan, Qurban bayramları haqqında" 17 dekabr 2013-cü il tarixli 341 nömrəli qərarına əsasən 2014-cü ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 10, 25, 26 mart, 16 iyun, 6, 7 oktyabr və 10 noyabr tarixləri, altıgünlük iş həftəsində isə 25 mart, 16 iyun, 6 oktyabr və 10 noyabr tarixləri istirahət günləridir.

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin "İş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında" 11 dekabr 2013-cü il tarixli 339 nömrəli qərarına əsasən iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə Əmək Məcəlləsinin 105-ci maddəsinin 7-ci hissəsi rəhbər tutularaq 2013-cü ilin 28 və 29 dekabr istirahət günləri ilə 2014-cü ilin 3 və 6 yanvar iş günlətinin yeri dəyişdirilmişdir.

    2014-cü ilin fevral ayı 28 təqvim günündən, il isə 365 təqvim günündən ibarətdir.

    2014-cü ildə beşgünlük iş həftəsində 240 iş günü (onlardan, 7-si bayramqabağı iş günləridir), iş günü hesab edilməyən 113 istirahət günü (onlardan, 7-si iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşən həftələrarası istirahət günlərinin əvəzinə verilən istirahət günləri, 2-si isə iş günü ilə yeri dəyişdirilmiş istirahət günləridir), iş günü hesab edilməyən 18 bayram (7-si istirahət günləri ilə üst-üstə düşən) və 1 Ümumxalq hüzn günü vardır (240+113+18+1-7 = 365).

    Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 89-cu və 90-cı maddələrinə əsasən Azərbaycan Respublikasında gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz və bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq ola bilməz.

    2014-cü ilin iş vaxtı norması 40 saatlıq beşgünlük iş həftəsi üzrə 8 saatlıq iş günü hesabından müəyyən edilir və bu zaman Azərbaycan Respublikası Əmək Məcəlləsinin 108-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq iş günü hesab edilməyən bayramqabağı, səsvermə, habelə Ümumxalq hüzn günü qabağı iş günlərində həftəlik iş günlərinin müddəti bir saat qısaldılır.

    Qanunvericiliyə uyğun olaraq 2014-cü il üçün 40 saatlıq iş həftəsində illik iş vaxtının norması 1913 saat təşkil edir (233 x 8 + 7 x 7 = 1913 saat).

    İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq tətbiq edilən bir istirahət günü olan altıgünlük iş həftəsi və müəyyən qeydiyyat (uçot) dövrü üçün növbə cədvəlləri beşgünlük iş həftəsinin həmin dövr üzrə iş vaxtı normasına riayət edilməklə tərtib olunur. Əmək Məcəlləsinin 90-cı və 108-ci maddələrinə əsasən altıgünlük iş həftəsi tətbiq edilərkən həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan və bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti isə 6 saatdan çox ola bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qalan iş yerlərində səsvermə, bu Məcəllənin 105-ci maddəsində göstərilən iş günü hesab edilməyən bayram günləri və Ümumxalq hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır. Altıgünlük iş həftəsi olan müəssisə və təşkilatlarda 40 saatlıq iş həftəsində çalışan işçilər üçün 2014-cü ildə beşgünlük iş həftəsi üzrə hesablanmış 1913 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir.

    İş vaxtının qeydiyyat (uçot) dövründə və ya təqvim ili ərzində iş vaxtı saatları iş vaxtı normasına uyğun gəlirsə, ayrı-ayrı aylarda iş vaxtının normal iş vaxtından az və ya çox işlənilməsi halları altıgünlük iş həftəsi cədvəlinə yenidən baxılması üçün əsas ola bilməz.

    İş vaxtının illik normasına görə altıgünlük iş həftəsi cədvəlinə il ərzində düzəliş edilməsi ilə bağlı konkret məsələlər istehsalat və digər yerli şərait nəzərə alınmaqla bilavasitə müəssisənin kollektiv müqaviləsində nəzərdə tutulmaqla həll olunur.



Şərhlər
Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

 
   Xəbərlər
   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   İdarəetmə uçotu
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar
   Kargüzarlıq
   Bilirsinizmi?
Yer kürəsinin iqlimi geoloji dövr ərzində kəskin dəyişir. Tədqiqiatlar göstərir ki, son 900 min il ərzində 10 dəfə buzlaşma mərhələsi olmuşdur. Biz hal-hazırda iki buzlaşma mərhələsi arasındakı istiləşmə dövründə yaşayırıq.
Filialının müdiri
Biznes kredit assistenti
Biznes kredit işçisi
Mühasib
Accountant
Mühasib köməkçisi
1С оператор
Yeni kitablar


Əlaqə: admin@muhasib.az
Copyright @ 2014. All rights reserved.