Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 23.02.17
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər
      Qeydiyyat  |  Daxil ol

Azərbaycanda vergi öhdəliklərinin əvvəlcədən müəyyənləşdirilməsi mexanizmi tətbiq ediləcək.

2016-12-25 | Vergi | Baxılıb: 363 dəfə

Bu barədə vegilər naziri Fazil Məmmədov MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin 14.12.2016 tarixində keçirilən iclasında məlumat vermişdir.

"Sahibkarlar tərəfindən vergi öhdəliklərinin hər hansı səbəbdən düzgün müəyyən edilməməsi vergi ödəyicilərinin əlavə maliyyə sanksiyalarına məruz qalması ilə nəticələnir. Bunun qarşısını almaq üçün vergi ödəyiciləri tərəfindən planlaşdırılan əməliyyatlar üzrə yaranacaq vergi öhdəliklərinin əvvəlcədən müəyyənləşdirilməsi mexanizminin hazırlanması vacibdir. Bu mexanizmin əsası iri məbləğli müqavilələr üzrə yaranacaq vergi öhdəliklərinin həmin müqavilədə nəzərdə tutulmuş əməliyyatlar aparılarkən müəyyən edilməsini özündə ifadə edir. Həmin vergi ödəyicilərinə sonradan əlavə vergilərin hesablanmaması və əlavə maliyyə sanksiyalarının tətbiq olunmaması ilə nəticələnəcək. Bu məqsədlə vergi öhdəliklərinin hüquqi nəticələr doğurmazdan əvvəl vergi orqanları ilə razılaşdırılması ilə bağlı müvafiq müddəalar müəyyən edilib", - deyə nazir qeyd etmişdir.

Hər bir belə əməliyyatın dəyəri 10 mln. manatdan az olmamalıdır və bununla bağlı qərar üçün dövlət rüsumu ödənilməlidir.

Vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərarın qəbul edilməsinə görə, dövlət rüsumunun məbləği "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişiklikliyə əsasən 01.01.2017 tarixindən 500 manat təşkil edəcək.

Mənbə:




Son Vergi xəbərləri

2017-02-21 | Hansı malların ƏDV-si qaytarılacaq?
2017-02-07 | Elektron ticarət qaydasında vergi tətbiq ediləcək iş və xidmətlərin - SİYAHISI
2017-01-27 | Sadələşdirilmiş vergi üzrə sabit verginin ödənilməsi haqqında ilk patent təqdim edilib
2017-01-25 | E-ticarət yolu ilə alınan mallardan vergi necə tutulacaq?-Rəsmi
2017-01-20 | Vergilər Nazirliyi bəyannamə formalarına dəyişiklik edib
2016-12-30 | Bu gün vergi amnistiyası olacaq
2016-12-29 | Nazir müavini: "Vergi qanunvericiliyində dəyişiklik zəruridir"
2016-12-25 | Azərbaycanda vergi öhdəliklərinin əvvəlcədən müəyyənləşdirilməsi mexanizmi tətbiq ediləcək.
2016-12-25 | Prezidentdən Vergilər Nazirliyinə tapşırıqlar
2016-12-24 | Vergi Məcəlləsinə qəbul edilən bütün dəyişikliklər.


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar

Yumor
Suyunun suyunun suyu

Bir gün, Molla Nəsrəddinin yanına uzaqdan qohumlarından biri qonaq gəlir və özü ilə, hədiyyə kimi, ördək gətirir. Molla çox sevinir və ördəyi bişirib qonağı ilə birlikdə yeyir. Bir neçə müddətdən sonra Mollanın yanına təzə qonaqlar gəlməyə başlayır, və özlərini "ördək gətirən adam"ın dostları və dostlarının dostları kimi təqdim edirlər. Amma heç birisi özü ilə heç nə gətirmir.
Axırda Molla özündən çıxır. Bu anda bir nəfər də qonaq gəlir, və deyir:"Mən sənə ördək gətirən adamın dostunun dostunun dostuyam". Və başqaları kimi süfrəyə əyləşib xörək gözləyir. Molla ona boşqabda isti su gətirir.
- Bu nədi? - qonaq söruşur.
- Bu mənim qohumum gətirdiyi ördəyin suyunun suyunun suyudur - Molla deyir.


Tax Manager
Accountant
Accountant
Accountant
Tax Accountant
Chief Accountant
Chief Accountant

 :: Forumda yeni mövzular
 :: Sual - Cavab
Lisenziyaların uçotu
Anti-virus proqramlarının uçotu.

Bütün suallar

Yeni kitablar

Əlaqə: admin@muhasib.az
2010-2016. Saytdakı materiallardar istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!