Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 21.01.17
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər
      Qeydiyyat  |  Daxil ol

"Elektron ticarət haqqında" qanuna dəyişikliklər qəbul olundu

2016-12-24 | İqtisadiyyat | Baxılıb: 197 dəfə

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. "Elektron ticarət haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, N 7, maddə 567) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.0.1-ci maddədə "xidmətlərin göstərilməsi və işlərin görülməsi" sözlərindən sonra "(o cümlədən, İnternet şəbəkəsi vasitəsi ilə elektron kitabların, musiqinin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi, digər analoji iş və xidmətlər)" sözləri əlavə edilsin.

1.2. 1.0.6-cı maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.0.7 – 1.0.9-cu maddələr əlavə edilsin:

"1.0.7. POS-terminal – ödəniş kartları vasitəsilə əməliyyatların aparılması, habelə nağd pul vəsaitinin əldə edilməsi üçün nəzərdə tutulmuş avadanlıq;

1.0.8. kart təşkilatı – kartlar vasitəsilə aparılan əməliyyatlar haqqında məlumatların ötürülməsi, toplanması, emalı və klirinqi, həmçinin kartların emissiyasına və ekvayrinqinə texniki xidmət göstərən mərkəz (prosessinq fəaliyyətini həyata keçirən banklar və digər hüquqi şəxslər) və ya beynəlxalq kart təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyi, filialı və ya digər bölməsi;

1.0.9. elektron pul kisəsi – fiziki və hüquqi şəxslər tərəfindən köçürülmüş pul vəsaitlərini saxlamağa və onların tapşırığı ilə elektron ödənişləri həyata keçirməyə imkan verən, bank və ya kredit təşkilatı sayılmayan proqram təminatı.”;

1.3. 5.3.6-cı maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 5.3.7-ci maddə əlavə edilsin:

"5.3.7. ödənişlərin POS-terminal, İnternet şəbəkəsi və elektron pul kisəsi vasitəsi ilə aparılması barədə məlumatlar.".

1.4. Aşağıdakı məzmunda 5.6-cı və 5.7-ci maddələr əlavə edilsin:

"5.6. Satıcı (təchizatçı) elektron ticarət çərçivəsində malların (işlərin, xidmətlərin) təqdim edilməsini İnternet şəbəkəsi vasitəsilə ödəmək imkanı verən ödəniş proqramının təminatçısı ilə bağlanmış müqavilə əsasında həyata keçirir.

5.7. Satıcı özü barəsində bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan məlumatları alıcıların (sifarişçilərin) və səlahiyyətli dövlət orqanlarının tanış olmasına imkan yaratmadıqda, onun ölkə ərazisində fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən məhdudlaşdırılır.".

Maddə 2. Bu Qanun 2017-ci il 1 yanvar tarixindən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 dekabr 2016-cı il.

Mənbə: http://president.az/articles/22239




Son İqtisadiyyat xəbərləri

2016-12-27 | Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı artırılıb
2016-12-24 | Prezident "Nağdsız hesablaşmalar haqqında" qanunu imzaladı
2016-12-24 | "Elektron ticarət haqqında" qanuna dəyişikliklər qəbul olundu
2016-12-24 | Muflis olanların siyahısı acıqlanacaq
2016-12-23 | Nağdsız hesablaşmalar haqqında qanun layihəsi
2016-12-01 | Yaşayış minimumu 19 manat artırılır
2016-10-26 | Vergilər Nazirliyinə yeni səlahiyyət verildi
2016-10-02 | 2017-də büdcə-vergi siyasəti üzrə bu tədbirlər görüləcək
2016-07-08 | Kiçik və orta sahibkar meyarları dəyişib
2016-06-24 | Azərbaycanda borc vermək qaydası dəyişir


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar

Yumor
Suyunun suyunun suyu

Bir gün, Molla Nəsrəddinin yanına uzaqdan qohumlarından biri qonaq gəlir və özü ilə, hədiyyə kimi, ördək gətirir. Molla çox sevinir və ördəyi bişirib qonağı ilə birlikdə yeyir. Bir neçə müddətdən sonra Mollanın yanına təzə qonaqlar gəlməyə başlayır, və özlərini "ördək gətirən adam"ın dostları və dostlarının dostları kimi təqdim edirlər. Amma heç birisi özü ilə heç nə gətirmir.
Axırda Molla özündən çıxır. Bu anda bir nəfər də qonaq gəlir, və deyir:"Mən sənə ördək gətirən adamın dostunun dostunun dostuyam". Və başqaları kimi süfrəyə əyləşib xörək gözləyir. Molla ona boşqabda isti su gətirir.
- Bu nədi? - qonaq söruşur.
- Bu mənim qohumum gətirdiyi ördəyin suyunun suyunun suyudur - Molla deyir.


Mühasib
Financial Analyst
Accounting Manager
Mühasib
Auditor
Mühasib (regionlar üzrə)
Accounting Manager

 :: Forumda yeni mövzular
 :: Sual - Cavab
Lisenziyaların uçotu
Anti-virus proqramlarının uçotu.

Bütün suallar

Yeni kitablar

Əlaqə: admin@muhasib.az
2010-2016. Saytdakı materiallardar istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!