Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 23.01.17
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər
      Qeydiyyat  |  Daxil ol

Maliyyə hesabatlılığına görə məsuliyyəti idarə heyəti daşımalıdır.

2016-12-05 | Mühasibat uçotu | Baxılıb: 333 dəfə

Dünya Bankının ekspert qrupu Azərbaycanda maliyyə hesabatlılığına görə məsuliyyəti adi menecerlərin deyil, idarə heyətinin daşımasını təklif edir. Bu barədə çağırışlar "Mühasiblər Forumu-2016"da səsləndi. Fins.az tədbirin təşkilatçısı olan ARPA-nın Direktorlar Şurasının sədri Rüfət Mahmudun bu və tədbirdə səslənən digər təkliflərlə bağlı mövqeyini təqdim edir.

- Forumun nəticələrini necə qiymətləndirisiniz? Azərbaycanda mühasibatlılıq, hesabatlılıq sahəsində hansı problemlər var?

- Forum çox önəmli məsələlərə toxundu. Beynəlxalq təcrübə göstərir ki, yerli qanunvericilik aktları beynəlxalq standartlara cavab verməlidir. Beynəlxalq mühasib təşkilatlarının tələblərinə uyğun sertifikasiya sistemi qurulmalıdır. Amma hər bir məsələ mütəxəssislərdən başlayır. Yəni, şəffaf hesabatlılığın təmin olunması üçün peşəkar mütəxəssislərin sayı artmalıdır. Əks halda, hətta ideal qanunun yaradılmasının belə heç bir faydası olmayacaq. Təsəvvür edin ki, 4 milyon əhalisi olan Yeni Zelandiyada 33 min mühasib "Peşəkar mühasib təşkilatı"nın üzvüdür. Düşünürsünüzmü, bu nə deməkdir. Peşəkar mühasibin olması ilk növbədə hesabatların düzgün hazırlanması, korrupsiya hallarının qarşısının alınması, həmçinin biznesin inkişafından tutmuş bir çox sahəyə müsbət təsir göstərəcək. Bizim təşkilatın əsas məqsədi də mühasiblik peşəsinin statusunu qaldırmaq və biznes təfəkkrünü inkişaf etdirmək üçün mühasiblərin karyera inkişafını təmin etməkdir.

- Rüfət müəllim, Dünya Bankının nümayəndələri belə bir təklif irəli sürürlər ki, Azərbaycanda kiçik və orta sahibkarlıq subyektləri maliyyə hesabatlığından azad olunsun. Buna münasibətiniz necədir?

- Əslində, Azərbaycan qanunvericiliyinə görə, kiçik və orta sahibkarlardan maliyyə hesabatlarının verilməsi tələb olunmur. Yəni, mühasibat uçotu aparılmalıdır, ancaq qanunda maliyyə hesabatı ilə bağlı xüsusi tələb yoxdur. Hər bir halda, bu, bir beynəlxalq təcrübədir və kiçik-orta sahibkarlığın inkişafına müsbət təsir göstərir.

- Xarici ekspertlərin daha bir təklifi hesabatlılığa məsul şəxslərlə bağlı idi. Yəni, hesabata görə sıravi menecerlər yox, idarə heyəti məsuliyyət daşımalıdır. Sizcə, bu normal yanaşma deyilmi?

- Gəlin bundan başlayaq ki, bu nə verir? İlk növbədə idarə heyətinin məsuliyyətini artırır ki, hesabatlılığın daha şəffaf və beynəlxalq standartlarla aparılmasını təmin etsin. Eyni zamanda, hesabatlılıq idarə heyətinin peşəkarlıq qabiliyyətini, işlərin icrası səviyyəsini üzə çıxaracaq. Üstəlik, əgər idarə heyəti öz maliyyə hesabatını düzgün və şəffaf qursa, investisiya maraqları artacaq. Nəticədə şirkətə etimadın yaranmasına və yeni partnyorların cəlb olunmasına səbəb olacaq. Xüsusən də xarici investisiya qoyuluşlarında hesabatlılıq ən mühüm faktordur.

- "Banklar haqqında" yeni qanun hazırlanır. ARPA-nın bu məsələdə hər hansı iştirakı varmı?

- Hələ yoxdur, amma ümüd edirik ki, bizim də ekspert kimi fikrimiz öyrəniləcək.

- Təklif olaraq nəsə hazırlamısınızmı?

- Yox, çünki hələ qanun lahiyəsini görməmişik. Bildiyimizə görə, yeni layihə Maliyyə Nazirliyi tərəfindən hazırlanıb və qiymətləndirmə üçün Dünya Bankına təqdim olunub.

- Azərbaycanın bank sektorunda risklər böyükdür. Bu riskləri qiymətləndirmək üçün ekspertlər stress-testlərin keçirilməsini təklif edir. Sizcə, Azərbaycanda hesabatlılığın mövcud səviyyəsi imkan verirmi ki, bu testlər reallığı əks etdirsin?

- Banklarda stress testlərin keçirilməsi beynəlxalq təcrübədə geni istifadə olunur. Banklarda bu testlərin tətbiqi məqsədilə xüsusi modellər var. Stress-testlərin məqsədi ondan ibarətdir ki, hansısa çətin bir dövrdə bank vəziyyətə necə reaksiya verəcək. Bugünkü vəziyyət onu göstərir ki, doğrudan da banklar üçün çox önəmli məsələdir.

Mənbə: http://fins.az/bank/911407/buna-gore-de-mesuliyyeti-idare-heyeti-dasimalidir-musahiba.html




Son Mühasibat uçotu xəbərləri

2016-01-17 | Maliyyə Nazirliyi və ARPA arasında Anlaşma Memorandumu imzalandı
2016-12-05 | Maliyyə hesabatlılığına görə məsuliyyəti idarə heyəti daşımalıdır.
2016-11-25 | Mühasiblər İşçi Qrupunun ilk görüşü keçirildi
2016-11-13 | "Mühasib peşəsində şəffaflığın və özünüidarəçilik səviyyəsinin yüksəldilməsi" mövzusunda ilk Mühasiblər Forumu uğurla başa çatdı
2016-10-22 | AR Vergi Məcəlləsində və "Mühasibat uçotu haqqında" Qanununda dəyişikliklər edilib.
2016-10-22 | Azərbaycanda kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının tərkibi dəyişib
2016-09-05 | Bakıda "Mühasiblər Forumu–2016"
2016-05-26 | Nazir: "Fiziki şəxslər və torpaq sahibləri hesabatdan azad olunacaq"
2016-04-18 | Maliyyə Nazirliyindən kommersiya təşkilatlarına xəbərdarlıq
2016-04-02 | Maliyyə Nazirliyindən xəbərdarlıq


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:


   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar

   Maraqlı şəkillər

Mühasib
Baş Mühasib
Mühasib
MALİYYƏ MENECERİNİN KÖMƏKÇİSİ
1C OPERATOR
Chief Accountant
ФИНАНСОВЫЙ МЕНЕДЖЕР

 :: Forumda yeni mövzular
 :: Sual - Cavab
Lisenziyaların uçotu
Anti-virus proqramlarının uçotu.

Bütün suallar

Yeni kitablar

Əlaqə: admin@muhasib.az
2010-2016. Saytdakı materiallardar istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!