Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 21.01.17
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər
      Qeydiyyat  |  Daxil ol

Vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədilə normativ hüquqi aktlar təsdiq edildi (SİYAHI)

2016-10-03 | Vergi | Baxılıb: 240 dəfə

“2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri"nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında" Azərbaycan Prezidentinin 2016-cı il 4 avqust tarixli 2257 nömrəli sərəncamı ilə verilmiş tapşırıqların icrasının təmin edilməsi məqsədilə Vergilər Nazirliyinin Kollegiyası tərəfindən vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədilə bir sıra normativ hüquqi aktlar təsdiq edilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, bu normativ hüquqi aktlara daxildir:

"Bəyannamələrin kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalar";

"Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları";

"Nümunəvi vergi ödəyicisinin müəyyən edilməsi və imtiyazların verilməsi Qaydaları";

"Elektron auditin keçirilməsi Qaydaları";

"Vergilər Nazirliyinin Çağrı Mərkəzi tərəfindən əlaqə yaradılaraq vergi ödəyicilərinin məlumatlandırılması (Outbound Call Centre) Qaydaları";

"Təsərrüfat obyektləri və fəaliyyət sahələri üzrə risklərin qiymətləndirilməsi Metodologiyası";

"Borclu vergi ödəyiciləri üzrə risk qruplarının müəyyən edilməsi və borcların, faizlərin və maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması sahəsində vergi ödəyicilərinin maarifləndirilməsi Qaydaları"

Bundan başqa, bir sıra elektron xidmətlərin, o cümlədən fiziki və hüquqi şəxslərin fəaliyyətinin onlayn dayandırılması, eləcə də fiziki və hüquqi şəxslərin fəaliyyətinin onlayn bərpası üzrə inzibati reqlamentlər yeni redaksiyada təsdiq edilib.

Qəbul edilmiş normativ hüquqi aktlar artıq Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.

Bütün normativ hüquqi sənədlər qanuni qüvvəyə minib, yalnız "Elektron auditin keçirilməsi Qaydaları" 2017-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Mənbə: http://az.trend.az/business/economy/2667837.html




Son Vergi xəbərləri

2017-01-20 | Vergilər Nazirliyi bəyannamə formalarına dəyişiklik edib
2016-12-30 | Bu gün vergi amnistiyası olacaq
2016-12-29 | Nazir müavini: "Vergi qanunvericiliyində dəyişiklik zəruridir"
2016-12-25 | Azərbaycanda vergi öhdəliklərinin əvvəlcədən müəyyənləşdirilməsi mexanizmi tətbiq ediləcək.
2016-12-25 | Prezidentdən Vergilər Nazirliyinə tapşırıqlar
2016-12-24 | Vergi Məcəlləsinə qəbul edilən bütün dəyişikliklər.
2016-12-23 | Yanvarın 1-dən istifadəsiz torpaqlara görə yeni vergi dərəcəsi tətbiq ediləcək
2016-12-20 | Azərbaycanda vergi amnistiyası elan oluna bilər
2016-12-16 | Parlament Vergi Məcəlləsinə 200-dən çox dəyişikliyi qəbul edib
2016-11-10 | Vergilər Qanunsuz sahibkarlıq fəaliyyətinə qarşı mübarizə şöbəsi yaradıb


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:


   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar

   Maraqlı şəkillər

Mühasib
Financial Analyst
Accounting Manager
Mühasib
Auditor
Mühasib (regionlar üzrə)
Accounting Manager

 :: Forumda yeni mövzular
 :: Sual - Cavab
Lisenziyaların uçotu
Anti-virus proqramlarının uçotu.

Bütün suallar

Yeni kitablar

Əlaqə: admin@muhasib.az
2010-2016. Saytdakı materiallardar istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!