Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 24.01.17
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər
      Qeydiyyat  |  Daxil ol

İstehsalatda bədbəxt hadisələr zamanı işçilərə hansı halda kompensasiyanın ödənildiyi açıqlanıb

2016-07-03 | Kadr işi | Baxılıb: 550 dəfə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi istehsalatda baş verən bədbəxt hadisələr zamanı işçilərə hansı halda kompensasiyanın ödənildiyini açıqlayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) Əməyin mühafizəsi məsələlərinə nəzarət və istehsalatda baş vermiş bədbəxt hadisələrin tədqiqi sektorunun müdiri İlqar Məmmədov Trend-ə bildirib ki, "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanuna uyğun olaraq, sığortalanmış işçilərə dəymiş zərərin əvəzi sığorta şirkətləri tərəfindən ödənilir: "Hamısında olmasa da, əksər müəssisələrdə buna əməl edilir və dəymiş zərərin əvəzi sığorta şirkətləri tərəfindən ödənilir. Əməl olunmadığı və müəssisə təqsirli hesab olunduğu halda isə müəssisə tərəfindən həmin dəymiş zərər, yəni kompensasiya Nazirlər Kabinetinin müvafiq qərarı ilə ödənilir".

Xidmət rəsmisi əlavə edib ki, bədbəxt hadisə nəticəsində xəsarət almış işçilərə dəymiş zərərin əvəzi onun əmək qabiliyyətini itirilməsi faizinə görə ödənilir: "Əgər işçinin maaşı 300 manatdırsa, əmək qabiliyyətinin 60-70 faizini itiribsə, o, həmin 300 manatın 70 faizi miqdarında hər ay məvacib alacaq. Ölüm hadisəsində isə ödəniş 100 faiz edilir. Sığorta şirkəti tərəfindən də müəyyən düstur mövcuddur. Bu düstura görə, işçinin ailə tərkibi də, məvacibi də hesablanır. Buna görə də ödənişin məbləği fərqli olur. Bu, işəgötürənlə sığorta şirkəti arasında bağlanmış müqavilə əsasında aparılır".

İ.Məmmədovun sözlərinə görə, işçi əmək qabiliyyətini itirdiyi və əlilllik dərəcəsi aldığı təqdirdə ödəniş edilir: "İşçi bir neçə aya sağalacaqsa, öz iş yerində işini davam etdirəcəksə, heç bir kompensasiyadan söhbət gedə bilməz. İşçi əmək qabiliyyətini itirmirsə, ona heç bir kompensasiya ödənilmir. Yalnız xəstəxanada olduğu müddətdə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müəssisə tərəfindən ona məvacib ödənilir".

"Baku Steel Company" zavodundakı partlayış zamanı xəsarət alaraq xəstəxanaya yerləşdirilən 3 nəfərə kompensasiyanın verilib-verilməyəcəyinə gəldikdə, İ.Məmmədov deyib ki, bunu hələ müəyyən etmək olmaz: "Bunu yalnız həkimlər müəyyən edə bilər. Onlar həkim nəzarəti altında olacaqlar. Əgər əmək qabiliyyətini itirəcəklərsə, itirdikləri əmək qabiliyyətinə görə dəymiş zərərin əvəzi onlara ödəniləcək. Amma qayıdıb işləyəcəklərsə, onlara heç bir ödəniş olmayacaq. "Baku Steel Company" zavodunun işçilərinin əksəriyyəti sığortalanıb. Sadəcə olaraq, "Baku Steel Company"də yalnız onun özü deyil, digər müəssisələr, yəni subpodratçı təşkilatlar fəaliyyət göstərir. Ola bilər ki, onların birində sığorta olmasın. Bunu da araşdırma zamanı üzə çıxarıb müəyyən etmək olar".

Mənbə: http://az.trend.az/azerbaijan/society/2552993.html




Son Kadr işi xəbərləri

2016-12-16 | Azərbaycanda 2017-ci il üçün yaşayış minimumu və ehtiyac meyarı artırılır.
2016-12-16 | 2017-ci ilin iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib
2016-07-03 | İstehsalatda bədbəxt hadisələr zamanı işçilərə hansı halda kompensasiyanın ödənildiyi açıqlanıb
2016-06-16 | İşsizlərə sığorta ödənişi veriləcək.
2016-05-27 | Uşaqlarını təkbaşına böyüdən valideynlərə şad xəbər
2016-04-22 | Azərbaycanda Baş Kollektiv Saziş
2016-03-02 | Uşağını təkbaşına böyüdən işçilərin əmək müqaviləsinin ləğv edilməsi qadağan edilir
2015-12-30 | 2016-ci ilin istehsalat təqvimi və iş vaxtı norması
2015-12-14 | Orta aylıq əmək haqqı nə qədərdir?
2015-12-07 | 2016-cı il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi müəyyən olundu.


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:



   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar


   Bilirsinizmi?
Dünyada ən uzun ömürlü İslam dövləti Şirvanşahlar dövləti olmuşdur.

Mühasib
Baş Mühasib
Mühasib
MALİYYƏ MENECERİNİN KÖMƏKÇİSİ
1C OPERATOR
Chief Accountant
ФИНАНСОВЫЙ МЕНЕДЖЕР

 :: Forumda yeni mövzular
 :: Sual - Cavab
Lisenziyaların uçotu
Anti-virus proqramlarının uçotu.

Bütün suallar

Yeni kitablar

Əlaqə: admin@muhasib.az
2010-2016. Saytdakı materiallardar istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!