Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 21.01.17
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər
      Qeydiyyat  |  Daxil ol

Vergi Məcəlləsinə dəyişikliklər təsdiqləndi.

2016-05-27 | Vergi | Baxılıb: 1012 dəfə

Prezident İlham Əliyev Vergi Məcəlləsinə dəyişikliklərin təsdiqlənməsi barədə fərman imzalayıb. Dəyişikliklərə əsasən, məcəlləyə aşağıdakı məzmunda 212.6-cı maddə əlavə edilib:

"212.6. Xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada 2016-cı ilin iyun ayının 1-dən etibarən 3 (üç) il müddətinə yol vergisindən azaddır:

212.6.1. dəmir yolu ilə nəql edilən yüklər Azərbaycan Respublikası ərazisindəki müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi son dəmiryolu stansiyasında xarici dövlətlərin yük avtomobillərinə, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinə aşırılaraq ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə digər dövlətə daşındıqda;

212.6.2. xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri ilə yüklər digər dövlətin ərazisindən Azərbaycan Respublikası ərazisindəki müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ilk dəmir yolu stansiyasına ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə daşındıqda".

Fərmanda Nazirlər Kabinetinə tapşırılır ki, digər qanunların, Azərbaycan Prezidentinin aktlarının və digər sənədlərin bu dəyişikliklərə uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb təqdim etsin.

Eləcə də Nazirlər Kabineti Vergi Məcəllsinə əlavə edilən yeni maddəyə uyğun olaraq, xarici dövlətlərin yük avtomobillərinin, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin yol vergisindən azad olunması qaydasını iki ay müddətində Azərbaycan Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin.

Mənbə: http://fins.az/budce/900499/Vergi_Mecellesi_deyisdirildi___PREZIDENTDAN_FARMAN.html




Son Vergi xəbərləri

2017-01-20 | Vergilər Nazirliyi bəyannamə formalarına dəyişiklik edib
2016-12-30 | Bu gün vergi amnistiyası olacaq
2016-12-29 | Nazir müavini: "Vergi qanunvericiliyində dəyişiklik zəruridir"
2016-12-25 | Azərbaycanda vergi öhdəliklərinin əvvəlcədən müəyyənləşdirilməsi mexanizmi tətbiq ediləcək.
2016-12-25 | Prezidentdən Vergilər Nazirliyinə tapşırıqlar
2016-12-24 | Vergi Məcəlləsinə qəbul edilən bütün dəyişikliklər.
2016-12-23 | Yanvarın 1-dən istifadəsiz torpaqlara görə yeni vergi dərəcəsi tətbiq ediləcək
2016-12-20 | Azərbaycanda vergi amnistiyası elan oluna bilər
2016-12-16 | Parlament Vergi Məcəlləsinə 200-dən çox dəyişikliyi qəbul edib
2016-11-10 | Vergilər Qanunsuz sahibkarlıq fəaliyyətinə qarşı mübarizə şöbəsi yaradıb


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:



   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar


   Bilirsinizmi?
Dünyada ilk dəfə Aptek Bağdad şəhərində təxminən eramızdan 1000 il əvvəl açılıb.

Mühasib
Financial Analyst
Accounting Manager
Mühasib
Auditor
Mühasib (regionlar üzrə)
Accounting Manager

 :: Forumda yeni mövzular
 :: Sual - Cavab
Lisenziyaların uçotu
Anti-virus proqramlarının uçotu.

Bütün suallar

Yeni kitablar

Əlaqə: admin@muhasib.az
2010-2016. Saytdakı materiallardar istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!