Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 21.01.17
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər
      Qeydiyyat  |  Daxil ol

İş adamları təfəfindən verilən bəzi vergi təklifləri qəbul olunacaq.

2016-03-14 | Vergi | Baxılıb: 422 dəfə

Azərbaycan sahibkarları Vergilər Nazirliyinə müraciət edərək bəzi vergi növləri üzrə dəyişikliklərin edilməsini təklif ediblər. Bu barədə fins.az-ın sorğusuna cavab olaraq Vergilər Nazirliyindən bildirilib. Nazirlikdən bildirilib ki, təkcə fevral ayında yerli iş adamlarından nazirliyə 26 təklif daxil olub, bu təkliflərin hamısı vergi qanunvericiliyinin tətbiqi ilə bağlıdır.

"İcarədən vergi yeni qaydada tutulsun"

Məsələn, Bakı şəhərindən Valeh Məmmədov bina tikintisi fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərə tətbiq olunmuş yeni qaydaların daşınmaz əmlakın icarəsindən vergi tutulmasına da şamil olunmasını təklif edib. Belə ki, o hesab edir ki, icarəyə verilmiş sahələrin qruplar üzrə a) ticarət təyinatlı; b) ofis təyinatlı; c) anbar təyinatlı; d) istehsal təyinatlı və s. təsnifləşdirilməsi və obyektin təyinatına uyğun olaraq sahənin hər kv. metrinə baza məbləği və zona əmsalı tətbiq edilməsi bu sahədə şəffaflığı təmin edəcək və ortaya çıxan bəzi anlaşılmazlıqları aradan qaldıracaq.

"Elektron fakturaya keçilsin"

Xırdalan şəhərindən vətəndaş Orxan Məmmədov Vergi Məcəlləsinin şərhlərinin dərc olunması və elektron qaimə-faktura sisteminin tətbiq olunmasını təklif edib. "Tax Free"yə başlansın" "Sinteks" MMC-nin direktoru Samir Hacıyev ölkəmizdə "Tax Free" mexanizminin tətbiq olunmasını təklif edir. O hesab edir ki, "Tax Free" mexanizminin tətbiqi xarici turistlərin ölkəmizə səyahətləri zamanı mağazalarda alış-veriş etdikdən sonra müvafiq sənədləri dolduraraq, ölkənin sərhədlərini tərk edən zaman həmin sənədləri təqdim edərək ödədikləri ƏDV-ni geri almasına və Azərbaycana turist axınının artmasına kömək edəcək.

"Broyler fabriklərinə ƏDV güzəşti verilsin"

"Göyçay Broyler" MMC-nin rəhbərliyi isə təklif edib ki, toyuq məhsullarının ixracını təşkil edən müəssisələrə icazə verilsin ki, ixrac etdikləri məhsulun məbləği dəyərində gömrük rüsumu və ƏDV almadan öz istehsalı üçün zəruri olan xammal və materiallar idxal edə bilsin. Bundan başqa, broyler şirkəti təklif edir ki, quşçuluq sənayesi üçün idxal olunan yem komponentləri, qatqılar, dərman preparatları, vaksinlərə tətbiq olunan gömrük rüsumu və ƏDV ləğv edilsin, habelə market və satış obyektlərinin toyuq əti satışından ödədiyi ƏDV də aradan qaldırılsın.

"Bəzi təkliflər qəbul olunacaq"

Vergilər Nazirliyi sahibkarlardan gələn təkliflərə diqqətlə yanaşır. Nazirlikdən bildirilib ki, sadalanan təkliflərin bir hissəsinin mövcud qanunvericiliyin təkmilləşdirilməsi prosesində istifadə olunacağı nəzərdə tutulur. Digər təkliflər barədə isə iş adamlarına müvafiq izahatlar (çox güman ki, onların qəbul olunmayacağı və bunun səbəbləri ilə bağlı

Mənbə: http://fins.az/budce/896957/Is_adamlarindan_vergi_teklifleri___BAZILARI_QABUL_OLUNACAQ.html




Son Vergi xəbərləri

2017-01-20 | Vergilər Nazirliyi bəyannamə formalarına dəyişiklik edib
2016-12-30 | Bu gün vergi amnistiyası olacaq
2016-12-29 | Nazir müavini: "Vergi qanunvericiliyində dəyişiklik zəruridir"
2016-12-25 | Azərbaycanda vergi öhdəliklərinin əvvəlcədən müəyyənləşdirilməsi mexanizmi tətbiq ediləcək.
2016-12-25 | Prezidentdən Vergilər Nazirliyinə tapşırıqlar
2016-12-24 | Vergi Məcəlləsinə qəbul edilən bütün dəyişikliklər.
2016-12-23 | Yanvarın 1-dən istifadəsiz torpaqlara görə yeni vergi dərəcəsi tətbiq ediləcək
2016-12-20 | Azərbaycanda vergi amnistiyası elan oluna bilər
2016-12-16 | Parlament Vergi Məcəlləsinə 200-dən çox dəyişikliyi qəbul edib
2016-11-10 | Vergilər Qanunsuz sahibkarlıq fəaliyyətinə qarşı mübarizə şöbəsi yaradıb


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:


   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar


   Hikməti-nur
Qüvvət elmdədir, başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz.

Nizami Gəncəvi


Mühasib
Financial Analyst
Accounting Manager
Mühasib
Auditor
Mühasib (regionlar üzrə)
Accounting Manager

 :: Forumda yeni mövzular
 :: Sual - Cavab
Lisenziyaların uçotu
Anti-virus proqramlarının uçotu.

Bütün suallar

Yeni kitablar

Əlaqə: admin@muhasib.az
2010-2016. Saytdakı materiallardar istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!