Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 20.01.17
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər
      Qeydiyyat  |  Daxil ol

Uşağını təkbaşına böyüdən işçilərin əmək müqaviləsinin ləğv edilməsi qadağan edilir

2016-03-02 | Kadr işi | Baxılıb: 592 dəfə

Konstitusiya Məhkəməsi müəyyən kateqoriyalı vətəndaşların əmək hüquqlarının müdafiəsi ilə bağlı müvafiq qərardad qəbul edib.

Bu barədə Konstitusiya Məhkəməsindən məlumat verilib.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatası 2016-cı il fevralın 17-də Xətai Rayon Məhkəməsinin müraciətinə dair Qərardad qəbul edərək, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70 "ç", 72-ci və 79-cu maddələrində təsbit edilmiş normalar arasında güman edilən ziddiyyətlərə aydınlıq gətirib.

Qərardadda qeyd edilib ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

Məlumatda bildirilir ki, Əmək Məcəlləsinin 72-ci maddəsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən halları nəzərdə tutur. Həmin maddənin "ç" bəndinə görə işçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.

Əmək Məcəlləsinin 79-cu maddəsində əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar göstərilib. Həmin maddənin 1-ci hissəsinə görə hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin, yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərə qarşı işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi qadağan edilir. Həmçinin Konstitusiya Məhkəməsinin Palatası Qərardadda göstərib ki, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi dövlət olmaqla yanaşı, həm də sosial yönümlü dövlətdir və xalqın, hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.

Konstitusiya Məhkəməsinin Palatası göstərilənlərə əsasən belə nəticəyə gəlib ki, hamilə və öhdəsində 3 yaşınadək uşağı olan qadınlarla əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsi ilə xitam verilməsinə qadağanın qoyulması Əmək Məcəlləsinin hər hansı bir maddəsinə zidd kimi təfsir edilə bilməz.

Belə ki, qanunverici bu güzəştli normanı müəyyən edərkən ana və uşağın sağlamlığının mühafizəsi, hüquqlarının müdafiəsi, onların maddi və sosial təminatlarının gücləndirilməsi, eləcə də, bəzi kateqoriya işçilərin sağlamlığının qorunması və ailələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi mövqeyindən çıxış edib.

Konstitusiya Məhkəməsinin Palatası qərara alıb ki, müraciətdə göstərilən məsələnin həll edilməsi zamanı məhkəmələr Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş və dövlət tərəfindən təmin edilən sosial yönümlü dəyərləri nəzərə almaqla müvafiq nəticə müəyyən edilə bilərlər. Konstitusiya Məhkəməsi Palatasının Qərardadında əks olunan hüquqi mövqe analoji işlərin həllində digər məhkəmələr üçün istiqamət müəyyən edə bilər.

Mənbə: http://marja.az/marjaplus/sosial/item/194482-u%C5%9Fa%C4%9F%C4%B1n%C4%B1-t%C9%99kba%C5%9F%C4%B1na-b%C3%B6y%C3%BCd%C9%99n-i%C5%9F%C




Son Kadr işi xəbərləri

2016-12-16 | Azərbaycanda 2017-ci il üçün yaşayış minimumu və ehtiyac meyarı artırılır.
2016-12-16 | 2017-ci ilin iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib
2016-07-03 | İstehsalatda bədbəxt hadisələr zamanı işçilərə hansı halda kompensasiyanın ödənildiyi açıqlanıb
2016-06-16 | İşsizlərə sığorta ödənişi veriləcək.
2016-05-27 | Uşaqlarını təkbaşına böyüdən valideynlərə şad xəbər
2016-04-22 | Azərbaycanda Baş Kollektiv Saziş
2016-03-02 | Uşağını təkbaşına böyüdən işçilərin əmək müqaviləsinin ləğv edilməsi qadağan edilir
2015-12-30 | 2016-ci ilin istehsalat təqvimi və iş vaxtı norması
2015-12-14 | Orta aylıq əmək haqqı nə qədərdir?
2015-12-07 | 2016-cı il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi müəyyən olundu.


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:


   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar


   Hikməti-nur
Ölçüdə və çəkidə düz olun. İnsanların heç bir şeydə haqqını əskiltməyin. Yer üzündə gəzib fitnə-fəsad törətməyin

(Quran, Hud, 84-85)


Mühasib
Financial Analyst
Accounting Manager
Mühasib
Auditor
Mühasib (regionlar üzrə)
Accounting Manager

 :: Forumda yeni mövzular
 :: Sual - Cavab
Lisenziyaların uçotu
Anti-virus proqramlarının uçotu.

Bütün suallar

Yeni kitablar

Əlaqə: admin@muhasib.az
2010-2016. Saytdakı materiallardar istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!