Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 21.01.17
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər
      Qeydiyyat  |  Daxil ol

Musiqi və əyləncə xidmətləri göstərən şəxslərin qeydiyyat kitabı

2015-12-28 | Vergi | Baxılıb: 349 dəfə

Vergilər Nazirliyində ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə qanunvericilikdə edilmiş dəyişikliklərlə bağlı görüş keçirilib.

Nazirliyin Analitik-informasiya şöbəsindən "APA-Economics"ə verilən məlumata görə, görüşdə qurumun Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi Natiq Şirinov Vergi Məcəlləsinə dəyişikliklər barədə məlumat verib. Bildirilib ki, 2016-cı ilin yanvarın 1-dən qüvvəyə minəcək dəyişikliklərə əsasən, ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə dövriyyəsindən asılı olmayaraq sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ veriləcək.

Ticarət dövriyyəsi 200 000 manatdan artıq olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etmədikləri halda isə Vergi Məcəlləsi ilə müəyyən edilmiş ümumi qaydada ƏDV ödəyicisi kimi qeydiyyata alınaraq ƏDV, ilin yekunlarına əsasən mənfəət və əmlak vergilərini dövlət büdcəsinə ödəməlidirlər.

Bildirilib ki, sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnun verilməsi vergi inzibatçılığını sadələşdirməklə yanaşı, vergi ödəyicilərinin vergi yükünün azaldılması, ticarət dövriyyələrinin şəffaflaşması və vergitutma obyektinin genişlənməsi ilə nəticələnəcək.

Görüşdə musiqi, əyləncə və digər xidmət fəaliyyəti ilə məşğul olan şəxslərin əldə etdikləri gəlirlərin uçotuna nəzarətin həyata keçirilməsi ilə də bağlı təlimatlar verilib. İctimai iaşə obyektlərinin sahiblərinə musiqi, əyləncə və digər xidmət fəaliyyəti ilə məşğul olan şəxslərin əldə etdikləri gəlirlərin qeydiyyata alınması, onlarla əməkdaşlığı qanunun tələblərinə uyğun formada qurmaqla bağlı tövsiyələr verilib və onlara bu obyektlərdə musiqi, əyləncə və digər xidmətlər göstərən şəxslərin qeydiyyat kitabı təqdim edilib. Şadlıq sarayları, restoranlar və bu kimi digər obyektlərdə musiqi, əyləncə və digər xidmətlər göstərən şəxslər hər dəfə bu kitabda özləri barədə tələb olunan məlumatları, o cümlədən vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN), çıxış etdiyi tarixi, çıxışa başladığı və çıxışını qurtardığı vaxtı, göstərdiyi xidmət müqabilində aldığı məbləği qeyd etməli və bunlar həm xidmətin göstərildiyi obyektin nümayəndəsi, həm də xidmət göstərən tərəfindən həmin şəxslərin imzaları ilə təsdiqlənməlidir.

Vurğulanıb ki, qeydiyyat kitablarının tətbiqi bu sahədə mövcud olan boşluqların aradan qaldırılması, musiqi, əyləncə və digər bu kimi fəaliyyətlə məşğul olan şəxslərin vergiyə cəlb olunması ilə bağlı problemlərin aradan qaldırılmasına kömək edəcək.

Daha sonra sahibkarların çoxsaylı sualları cavablandırılıb və qaldırılan məsələlərlə bağlı onlara müvafiq izahatlar verilib.

Mənbə: http://az.apa.az/news/409792




Son Vergi xəbərləri

2017-01-20 | Vergilər Nazirliyi bəyannamə formalarına dəyişiklik edib
2016-12-30 | Bu gün vergi amnistiyası olacaq
2016-12-29 | Nazir müavini: "Vergi qanunvericiliyində dəyişiklik zəruridir"
2016-12-25 | Azərbaycanda vergi öhdəliklərinin əvvəlcədən müəyyənləşdirilməsi mexanizmi tətbiq ediləcək.
2016-12-25 | Prezidentdən Vergilər Nazirliyinə tapşırıqlar
2016-12-24 | Vergi Məcəlləsinə qəbul edilən bütün dəyişikliklər.
2016-12-23 | Yanvarın 1-dən istifadəsiz torpaqlara görə yeni vergi dərəcəsi tətbiq ediləcək
2016-12-20 | Azərbaycanda vergi amnistiyası elan oluna bilər
2016-12-16 | Parlament Vergi Məcəlləsinə 200-dən çox dəyişikliyi qəbul edib
2016-11-10 | Vergilər Qanunsuz sahibkarlıq fəaliyyətinə qarşı mübarizə şöbəsi yaradıb


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar

Yumor
Qaçaqmalçı Molla.

Molla hər gün çör-çöplə yüklü eşşəklə sərhəddi keçirdi. Hamı bilirdi ki, Molla qaçaqmalçılıqla məşğuldur. Ona görə sərhədçilərv o qayıdanda onu başdan-ayağa kimi yoxlayırdılar, amma bir şey tapa bilmirdilər. Molla Nəsrəddinin vəziyyəti isə günü-gündən yaxşılaşırdı.
Axırda o işi buraxıb başqa ölkəyə yaşamağa köçür. Bir neçə il keçmişdir ki, sərhədçilərdən biri Mollaya rast gəlir. O suruşur: "Ay Molla, indi ki qizlətməyə bir səbəb yoxdur, de görüm, sən sərhəddən nə keçirirdin?."
- Eşşəkləri - deyib, Molla yoluna davam edir.


Mühasib
Financial Analyst
Accounting Manager
Mühasib
Auditor
Mühasib (regionlar üzrə)
Accounting Manager

 :: Forumda yeni mövzular
 :: Sual - Cavab
Lisenziyaların uçotu
Anti-virus proqramlarının uçotu.

Bütün suallar

Yeni kitablar

Əlaqə: admin@muhasib.az
2010-2016. Saytdakı materiallardar istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!