Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 21.01.17
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər
      Qeydiyyat  |  Daxil ol

Azərbaycanda 20-dən artıq lisenziya növü ləğv edilib - SİYAHI

2015-12-25 | İqtisadiyyat | Baxılıb: 578 dəfə

Azərbaycanda lisenziya tələb olunan sahibkarlıq fəaliyyəti növlərinin sayı 37-dək azaldılıb. İqtisadiyyat və Sənaye Nazirliyindən bildirilib ki, dekabrın 21-də Prezident İlham Əliyevin imzaladığı fərman əsasında Azərbaycanda qüvvədə olan 22 lisenziya növü ləğv edilib.

Lisenziyalaşdırılan fəaliyyət növləri ilə bağlı qaydalar aşağıdakı üstünlükləri də nəzərdə tutur: lisenziyalar müddətsiz oldu (bu, Azərbaycan Prezidentinin imzaladığı 21 dekabr tarixli "Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında" fərmanadək qüvvədə olan daha əvvəl verilmiş lisenziyalara da şamil edilir); lisenziya almağa görə dövlət rüsumunun həcmi 2 dəfə azaldılıb; lisenziyaların verilmə müddəti 15 iş günündən 10-dək azaldılıb. Həmçinin lisenziyaların verilməsi şərtləri sadələşdirilib.

Bundan sonra Azərbaycanda aşağıdakı sahibkarlıq fəaliyyəti növləri üzrə lisenziya tələb olunmur:

  • etil (yeyinti) spirtinin və alkoqollu içkilərin (şərabın, konyakın, arağın və siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər alkoqollu içkilərin) satışı, idxalı, istehsalı;
  • tütün məmulatının satışı, idxalı, istehsalı;
  • avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması;
  • qiymətli metalların və qiymətli daşların istehsalı, istifadəsi, emalı, dövriyyəsi;
  • mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyəti;
  • neft məhsullarının satışı;
  • turizm fəaliyyəti;
  • auditor fəaliyyəti;
  • qaz məhsullarının satışı;
  • kartoqrafiya fəaliyyəti;
  • ciddi hesabat blanklarının hazırlanması;
  • əlvan metal, tərkibində qiymətli metallar və daşlar olan sənaye və istehsalat tullantılarının tədarükü, emalı və satışı;
  • gömrük brokeri, gömrük daşıyıcısı fəaliyyəti;
  • ticarət gəmiçiliyi sahəsində: su nəqliyyatı ilə yük daşınması, su nəqliyyatı ilə sərnişin daşınması;
  • əmtəə birjasının fəaliyyəti;
  • hava nəqliyyatı ilə yük və sərnişin daşınması;
  • xarici ölkələrdə Azərbaycan vətəndaşlarının işə düzəldilməsi zamanı fiziki şəxslərin vasitəçilik fəaliyyəti;
  • enerji obyektlərinin quraşdırılması, təmiri və sazlanması;
  • qeyri-dövlət pensiya fondlarının fəaliyyəti;
  • gömrük anbarlarının və müvəqqəti saxlanma anbarlarının təsis edilməsi;
  • yanğından mühafizə məkanlarının, binaların və qurğuların tikintisi, yenidən qurulması və təmiri;
  • qeyri-dövlət fitosanitar xidmətləri, o cümlədən bitkilərin mühafizəsi vasitələri və aqrokimyəvi maddələr (satış və saxlanılması).
Bununla da 19 mindən çox lisenziya və ya lisenziyalaşdırılmış fəaliyyət növlərinin təqribən 75 faizi ləğv edilib, lisenziyaların 25 faizi isə müddətsiz olub.

Nazirlikdən qeyd ediblər ki, qüvvədə olan lisenziyaların sahiblərinin müraciətləri əsasında onlara müddətsiz lisenziyaların verilməsi təmin ediləcək.

Mənbə: http://fins.az/biznes/893163/Azerbaycanda_20_den_artiq_lisenziya_novu_legv_edilib___SIYAHI.html




Son İqtisadiyyat xəbərləri

2016-12-27 | Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı artırılıb
2016-12-24 | Prezident "Nağdsız hesablaşmalar haqqında" qanunu imzaladı
2016-12-24 | "Elektron ticarət haqqında" qanuna dəyişikliklər qəbul olundu
2016-12-24 | Muflis olanların siyahısı acıqlanacaq
2016-12-23 | Nağdsız hesablaşmalar haqqında qanun layihəsi
2016-12-01 | Yaşayış minimumu 19 manat artırılır
2016-10-26 | Vergilər Nazirliyinə yeni səlahiyyət verildi
2016-10-02 | 2017-də büdcə-vergi siyasəti üzrə bu tədbirlər görüləcək
2016-07-08 | Kiçik və orta sahibkar meyarları dəyişib
2016-06-24 | Azərbaycanda borc vermək qaydası dəyişir


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:


   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar

   Maraqlı şəkillər

Mühasib
Financial Analyst
Accounting Manager
Mühasib
Auditor
Mühasib (regionlar üzrə)
Accounting Manager

 :: Forumda yeni mövzular
 :: Sual - Cavab
Lisenziyaların uçotu
Anti-virus proqramlarının uçotu.

Bütün suallar

Yeni kitablar

Əlaqə: admin@muhasib.az
2010-2016. Saytdakı materiallardar istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!