Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 22.02.17
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər
      Qeydiyyat  |  Daxil ol

Kommersiya obyektlərinin satışının vergiyə cəlb edilməsi

2015-12-16 | Vergi | Baxılıb: 612 dəfə

Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən 2016-cı ildən etibarən qeyri-yaşayış sahələrinin təkrar bazarda satışının vergiyə cəlb edilməsi qaydalarında dəyişikliklər edilmişdir.

Qanundakı dəyişikliyə əsasən bundan sonra qeyri-yaşayış təyinatlı sahələri satan şəxslər əmlakın sahəsinə uyğun olaraq sadələşdirilmiş vergi ödəyəcəklər.

Vergi necə hesablanacaq...

Təkrar bazarda yaşayış və qeyri-yaşayış sahələrinin satışı üzrə 1 kv.m. üçün hesablanacaq verginin məbləği şərti olaraq olaraq 15 manat müəyyən edilib. Bu məbləğ, yəni 1 kv.m. üçün 15 manat yaşayış sahələri üzrə baza məbləği kimi çıxış edəcək. Yaşayış sahələrindən fərqli olaraq qeyri-yaşayış sahələri üçün bu məbləğə 1,5 əmsalı tətbiq ediləcək və nəticədə ölkə üzrə qeyri-yaşayış sahələri baza məbləği 22,5 manat (15 manatx1,5əmsalına) təşkil edəcək.

Baza məbləği satılan əmlakın yerləşməsindən asılı olaraq zona əmsallarına uyğun olaraq dəyişəcək. Bakı şəhəri üzrə əvvəllər müəyyən edilmiş 12 zona üzrə 6 növ əmsal tətbiq ediləcək. 1-ci zona üzrə - 4,0 əmsalı (hər kv.m. üçün 90 manat), 2-ci zona üzrə - 3,0 əmsalı (hər kv.m. üçün 67.5 manat), 3 və 4-cü zonalar üzrə - 2,2 əmsalı (hər kv.m. üçün 49.5 manat), 5 və 6-cı zonalar üzrə - 1,8 əmsalı (hər kv.m. üçün 40,5 manat), 7, 8 və 9-cu zonalar üzrə - 1,5 əmsalı (hər kv.m. üçün 33,75 manat), 10, 11 və 12-ci zonalar üzrə - 1,2 əmsalı (hər kv.m. üçün 27 manat) tətbiq olunacaq.

Ölkənin digər ərazilərində - Gəncə, Sumqayıt və Xırdalan şəhərləri üzrə 1,5 əmsalı (hər kv.m. üçün 33,75 manat) , Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərləri üzrə 1,2 əmsalı (hər kv.m. üçün 27 manat), digər rayon (şəhər) və qəsəbələr (kəndlər) üzrə 0,5 əmsalı (hər kv.m. üçün 11,25 manat) tətbiq olunacaq.

Vergi güzəşti...

Yaşayış təyinatlı mənzil və evlərdən fərqli olaraq qeyri-yaşayış sahələrinin satışı üzrə heç bir güzəştlər nəzərdə tutulmayıb.

Vergi necə ödəniləcək...

Qanundakı yeni dəyişikliklərə görə vergi notarius tərəfindən hesablanacaq və 1 (bir) bank günü ərzində dövlət büdcəsinə ödəniləcək. Bi sözlə desək notarius vasitəsilə aparılan əməliyyatlar üzrə verginin hesablanması və verginin dövlət büdcəsinə ödənilməsinə görə məsuliyyəti notarius daşıyacaq. Notarius vergi məbləğini birbaşa olaraq əməliyyat zamanı satıcıdan tutulacaq.

Yeniliyin müsbət və mənfi cəhətləri...

Yaşayış təyinatlı sahələrindən fərqli olaraq qeyri-yaşayış sahələrinin satışı üzrə tətbiq ediləcək yeni vergoqoyma qaydaları demək olar ki ancaq müsbət dəyişikliklərdən ibarətdir.

Müsbət cəhətlər aşağıdakılardi:

- Bu ilin yanvarında daşınmaz əmlak bazarında əməliyyatlara vergi nəzarətinin gücləndirilməsi kommersiya obyektlərinin investisiya cəlbediciliyini tam olaraq "məhv" etmişdir. Hazırki dəyişiklik isə onların investisiya cəlbediciliyini bərpa edir;

- alqı-satqı əməliyyatları üzrə dövrüyyənin gizlədilməsi artıq əhəmiyyətsiz olacaq. Bu isə sahibkarlıq mühütində şəffaflığı artıracaq. Çünki sahibkarlar artıq daşınmaz əmlak satışınından əldə etdikləri sərvətlərinin mənbəyini gizlətməyə ehtiyacı olmayacaq.

- vergi orqanı üçün bu üsulla vergi yığmaq asan olacaq. Əvvəllər vergi orqanı minlərlə satıcıya nəzarət etməyə çalışırdı. İndi isə verginin hesablanması və ödənilməsini notariuslar həyata keçirəcək.

- əksər obyektlər üzrə satiş üzrə vergi xərcləri dəfələrlə azalacaq.

Mənfi cəhətlərdə mövcuddur

Hazırki vergiqoyma yanaşması ancaq əmlakın texniki parametrlərinə, yəni sahəsinə bağlı olacaq. Bu cür yanaşma ilə qeyri-yaşayış sahəsinin neçəyə satılmasının və nəticədə nə qədər qazanılacağının heç bir əhəmiyyəti olmur. Obyekt zərərlə və mənfəətlə satan mülkiyyətçilər eyni vergi ödənişi edəcəklər. Əvvəlki qaydalarda isə zərərlə (baha alıb ücüz satan) mənzil satan satıcılar vergi ödəmirdilər.

Bunu açıq aydır hiss etmək üçün bazar məlumatlarına nəzər yetirmək kifayətdir. Məsələn, 1-ci mərtəbədəki mağaza ilə 2-ci mərtəbədəki ofisin hər kv.m. qiymətləri arasında orta hesab 2 dəfədən çox fərq var (orta göstəricidi, bu fərq 1,5-dən 5 dəfəyə kimi təşkil edə bilər). Zirzəmi ilə 1-ci mərtəbədəki obyektin 1 kv.m. qiymətlərində fərq orta hesabla 3 dəfədən çox olur (orta göstəricidi, bu fərq 2-dən 8 dəfəyə kimi təşkil edə bilər). Hətta eyni binada olan qeyri-yaşayış sahələrinin 1 kv.m. qiymətlərində dəfələrlə fərq olmasına baxmayaraq, onların satışı zanamı hər kv.m. üçün eyni vergi məbləği ödəniləcək. Əgər bir bina üzrə fərq belədirsə təsəvvür edin potensial olaraq bir zona daxilində necədir.

Bütün bunlara baxmayaraq, yeni vergiqoyma qaydaları əvvəlki qaydalardan müqayisə edilməz dərəcədə (bəzi istisna halları olmaqla) əlverişlidir.

Ehtiyyatlı olun...

Vergi Məcəlləsində təkrar bazar üzrə vergi dərəcələri yaşayış və qeyri-yaşayış sahələri üçün müəyyən edilib. Yəni vergiqoyma məqsədləri üçün sahə ya yaşayış, ya da qeyri-yaşayış ola bilər. Yaşayış sahəsi kriteriyasına uyğun gəlməyən bütün sahələr qeyri-yaşayış sahələri hesab ediləcək. Qeyri-yaşayış dedikdə çoxları gəlir gətirən obyektləri (ofis, mağazalar və s.) nəzərdə tutur. Ancaq bu yanlış fikirdi və qarşımıza digər qeyri-standart hallar çıxa bilər.

P.S.: Vergi qanunvericiliyinin daşınmaz əmlak bazarına təsiri ilə başlı təhlil növbəti yazıda veriləcək.

Rəşad Əliyev

Value and Sources Konsaltinq şirkəti

Mənbə: http://www.marja.az/financial/news/budget-taxes/item/191187-kommersiya-obyektl%C9%99rinin-sat%C4%B1%C5%9F%C4%B1n%C4%B1n-vergiy%C9%




Son Vergi xəbərləri

2017-02-21 | Hansı malların ƏDV-si qaytarılacaq?
2017-02-07 | Elektron ticarət qaydasında vergi tətbiq ediləcək iş və xidmətlərin - SİYAHISI
2017-01-27 | Sadələşdirilmiş vergi üzrə sabit verginin ödənilməsi haqqında ilk patent təqdim edilib
2017-01-25 | E-ticarət yolu ilə alınan mallardan vergi necə tutulacaq?-Rəsmi
2017-01-20 | Vergilər Nazirliyi bəyannamə formalarına dəyişiklik edib
2016-12-30 | Bu gün vergi amnistiyası olacaq
2016-12-29 | Nazir müavini: "Vergi qanunvericiliyində dəyişiklik zəruridir"
2016-12-25 | Azərbaycanda vergi öhdəliklərinin əvvəlcədən müəyyənləşdirilməsi mexanizmi tətbiq ediləcək.
2016-12-25 | Prezidentdən Vergilər Nazirliyinə tapşırıqlar
2016-12-24 | Vergi Məcəlləsinə qəbul edilən bütün dəyişikliklər.


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar

Yumor
Dava yorğan davasıymış.

Gecələrin birində Mollanın evinin qabağında dava düşür. Molla səsə yuxudan oyanır, yorğanı çiyninə salıb çıxır ki, görsün nə olub. Kimsə elə o saat yorğanı onun çiynindən götürür. Qaranlıq olduğu üçün Molla yorğanı götürəni görmür. Ora yorğan, bura yorğan, bir də baxır ki, səs-səmir də kəsildi. Savaşanlar elə bil ki, Mollanı gözləyirmişlər. Küçədə heç kəs qalmadı. Molla soyuqdan titrəyə-titrəyə evə qayıdır. Arvadı soruşur:
- A kişi, dava nə üstündə idi?
Molla deyir:
- Başa düşmədim. Deyəsən, bizim yorğanın üstündə imiş. Yorğanı apardılar, dava da qurtardı.


Tax Manager
Accountant
Accountant
Accountant
Tax Accountant
Chief Accountant
Chief Accountant

 :: Forumda yeni mövzular
 :: Sual - Cavab
Lisenziyaların uçotu
Anti-virus proqramlarının uçotu.

Bütün suallar

Yeni kitablar

Əlaqə: admin@muhasib.az
2010-2016. Saytdakı materiallardar istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!