Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 23.02.17
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər
      Qeydiyyat  |  Daxil ol

Tikintilərdən vergi necə tutulacaq? - İZAHAT

2015-12-15 | Vergi | Baxılıb: 796 dəfə

Vergi Məcəlləsinə edilən son dəyişikliklərdən əhəmiyyəti və mütərəqqiliyi baxımından fərqlənənlərdən biri də bina tikintisi fəaliyyəti ilə məşğul olanalara münasibətdə nəzərdə tutulanlardır. İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Qalib Toğrul köhnə-yeni vergitutma qaydalarını müqayisəli şəkildə şərh edir.

"TİKİNTİ ŞİRKƏTLƏRİ ƏVVƏLKİ VERGİTUTMA QAYDASI DAHA MÜRƏKKƏB İDİ"

Əvvəlcə oxucularımıza daha aydın olması üçün son dəyişikliklərə qədər bina tikintisi ilə məşğul olan fiziki və hüquqi şəxslərin vergi öhdəliklərini qısa da olsa, nəzərdən keçirək. 1 yanvar 2016-cı ilə qədər bina tikintisi fəaliyyətini həyata keçirən fiziki və hüquqi şəxslər dövriyyələrindən asılı olmayaraq həm ƏDV ödəyici, həm də sadələşdirilmiş vergi ödəyicisi sayılırlar. Bəri başdan deyim ki, köhnə vergitutma qaydası tikinti şirkətləri üçün sərfəli deyildi.

Dəyişikliklərə qədər tikinti ilə məşğul olanlar sadələşdirilmiş vergini hansı formada ödədiklərinə baxaq. Vergi ödəyicisi kimi adıçəkilən fəaliyyətlə məşğul olan şəxslər üçün vergitutma obyekti zirzəmilər, mərtəbələr və çardaqlar da daxil olmaqla, tikilən binanın ümumi sahəsi sayılırdı. Bu zaman binanın ümumi sahəsindəki dövlətə ayrılan hissə, dövlət büdcəsi, büdcədənkənar fondlar, dövlət zəmanəti və dövlətə ayrılan yardımlar hesabına tikilən yaşayış sahəsi, başqa tikintilərlə təmasda olmayan ayrıca tikilən fərdi və ya şəxsi yaşayış və ya bağ evlərinin, yaxud tikililərinin sahəsi vergitutma obyektinə daxil edilmirdi. Bu şəkildə müəyyənləşdirilən vergitutma obyektinin hər kvadratmetri üçün 10 manat ödəyən vergi ödəyiciləri üçün əlavə olaraq zonalar üzrə Nazirlər Kabinetinin müəyyənləşdirdiyi əmsalllar tətbiq olunurdu. Sadə şəkildə desək, istisnalar nəzərə alınmaqla binanın ümumi sahəsi əvvəlcə 10-a, daha sonra tikintinin aparıldığı yerdən asılı olaraq müəyyənləşdirilən müvafiq əmsala vurularaq sadələşdirilmiş verginin məbləği hesablanırdı.

- Zonalar və əmsalları kim müəyyənləşdirmişdi?

- Nazirlər Kabinetinin 25 sentyabr 2007-ci il tarixli, 140 saylı "Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ödənilməli olan sadələşdirilmiş verginin hesablanması üçün ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə əmsalları"nın təsdiq edilməsi barədə Qərarı ilə əmsallar, qərarın əlavəsində isə Bakı şəhəri üzrə müəyyən edilən 12 zona və onların sərhədləri təsdiq edilmişdi.

- Hesablanan sadələşdirilmiş vergi hansı qaydada ödənilirdi?

- Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər hər bir tikinti sahəsi üçün hesabladıqları sadələşdirilmiş vergini Məcəllənin 221.5-ci maddəsinə uyğun olaraq bərabər hissələrlə 12,5 faiz həcmində hər rübdən sonrakı ayın 20-dən gec olmayaraq öhdəlik tam yerinə yetirilənədək dövlət büdcəsinə ödəyirdilər. Bu da o deməkdir ki, təməli atılmış binanın gələcəkdə tikilib-tikilməməsindən asılı olmayaraq vergi ödəyicisi verginin bərabər şəkildə 8 rüb ərzində ödəməsini həyata keçirirdi. Bununla da sadələşdirilmiş verginin ödənilməsi prosesi yekunlaşırdı.

- Bəs, tikinti fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər ƏDV-ni necə ödəyirdilər?

- Dediyim ki, tikinti fəaliyyəti ilə məşğul olanlar Vergi Məcəlləsinin 154.6-cı maddəsinə uyğun olaraq ƏDV-nin ödəyiciləri sayılırdı. Dəyişikliklərə qədər bu fəaliyyətlə məşğul olanlar ƏDV-nin məqsədləri üçün qeydiyyat üçün ərizə verməsələr belə, vergi orqanı Məcəllənin 157.5-ci maddəsinə əsasən, öz təşəbbüsü ilə onları qeydiyyata alır və müvafiq qeydiyyat bildirişi göndərirdi. Tikinti fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ƏDV-nin məqsədləri üçün vergi tutulan minimum dövriyyə vergitutma obyektinin hər kvadrat metri üçün 225 manat müəyyənləşdirilmişdi. Həmin məbləğə Nazirlər Kabinetinin "Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ƏDV-nin məqsədləri üçün vergi tutulan minimum dövriyyənin hesablanması üçün ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə əmsalları nın təsdiq edilməsi barədə” 29 fevral 2008-ci il tarixli, 62 saylı qərarındamüəyyən etdiyi əmsallar tətbiq edilməklə ƏDV hesablanır və yaşayış və qeyri-yaşayış sahələri satıldıqca aybaay ƏDV büdcəyə ödənilirdi.

"TİKİNTİ FƏALİYYƏTİ İLƏ MƏŞĞUL OLANLARA MÜNASİBƏTDƏ VERGİTUTMA QAYDASI SADƏLƏŞDİRİLİB, ONLARA SEÇİM HÜQUQU VERİLİB"

- Son dəyişikliklər tikinti ilə məşğul olan hüquqi və fiziki şəxslərə nə vəd edir?

- Son dəyişikliklərdən sonra artıq tikinti şirkətləri vergi ödəmə metodu kimi ya sadələşdirilmiş vergini, ya da digər vergi ödəmə metodunu seçməli olacaqlar. Gələn ilin yanvarından onlar üçün belə imkan yaradılıb. Sadələşdirilmiş vergini seçən tikinti ilə məşğul olan hüquqi və fiziki şəxslər tikəcəkləri binanın yaşayış sahəsinin hər kvadratmetrini əvvəlcə 45 manata, daha sonra Bakı şəhəri və onun qəsəbə və kəndləri və respublikanın digər şəhər və rayonları üçün müəyyənləşdirilmiş əmsallardan uyğun gələninə vuraraq yaşayış sahəsi üçün sadələşdirilmiş vergini hesablayacaqlar. Qeyri-yaşayış sahəsi üzrə vergi cəmi qeyri-yaşayış sahəsinin əvvəlcə 45-ə, daha sonra zonalardan asılı olmayaraq 1.5 əmsalına vurulması ilə hesablanılır. Hesablanılmış sadələşdirilmiş vergi məbləği bərabər hissələrlə 10% həcmində 10 rüb ərzində büdcəyə ödənilməlidir.

- Sadələşdirilmiş vergini hesablamaq üçün tətbiq olunacaq əmsallar Nazirlər Kabinetinin bayaq adını çəkdiyiniz qərarındakı köhnə əmsallardırmı?

- Xeyr, son dəyişikliklərin bir üstünlüyü də ondan ibarətdir ki, sadələşdirilmiş vergi hesablanması üçün əmsallar artıq Vergi Məcəlləsinə salınıb və sadələşdirilmiş verginin hesablanması üçün əvvəllər istifadə olunan əmsallardan fərqlidir. Bakı şəhəri və onun qəsəbə və kəndləri üçün Prezidentin tapşırığı əsasında Nazirlər Kabineti tərəfindən bir ay müddətində müəyyənləşdiriləcək 12 zona üçün əmsallar belədir. Birinci zona üçün 4.0, ikinci zona üçün 3.0, üçüncü və dördüncü zonalar üçün 2.2, Beşinci və altıncı zonalar üçün 1.8, yeddinci, səkkizinci və doqquzuncu zonalar üçün 1.5, onuncu, onbirinci və onikinci zonalar üçün 1.2.

Tikilən bina Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində yerləşdikdə, sadələşdirilmiş vergi məbləğinə - 1.5, Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində yerləşdikdə – 1.2, digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) yerləşdikdə, - 0.5 əmsalları tətbiq olunacaq.

Bir məsələni də qeyd edim ki, bu əmsallar şəxsi daşınmaz əmlakını satan fiziki çəxslər üçün də keçərlidir.

Ümumiyyətlə, bina tikənlər üçün sadələşdirilmiş vergi əmsallarının Məcəllədə əks etdirilməsini alqışlayıram. Bu, vergi qanunvericiliyinin və vergi inzibatçılığının təkmilləşdirilməsi baxımından çox əhəmiyyətlidir.

- Dəyişikliklərdən sonra tikinti şirkətlərinin vergitutma obyekti ilə bağlı dəyişiklik olubmu?

- Bəli. İlk dəyişiklik kimi yaşayış və qeyri-yaşayış sahələrinin fərqli şəkildə vergiyə cəlb olunmasından danışdıq. Bundan əlavə, Vergi Məcəlləsinin bina tikintisi ilə məşğul olanlar üçün vergitutma obyektini müəyyən edən 219.3-cü maddə yeni redaksiyada verilib. Yeni redaksiyada deyilir: bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergiyə cəlb olunur.

Göründüyü kimi, mövcud qaydalardan fərqli olaraq artıq yanvarın 1-dən satış üçün tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri də vergiyə cəlb olunacaq

- Dediniz ki, tikinti şirkəti vergiyə cəlb olunma metodunu özü könüllü seçməlidir. Bu proses necə tənzimlənəcək?

- Bina tikintisi ilə məşğul olanlar tikinti-quraşdırma işlərinə başladığı andan 30 gün müddətində vergi orqanına seçdiyi vergitutma metodu barədə yazılı formada məlumat təqdim etməlidir. Bu halda şəxsin seçdiyi vergitutma metodunu həmin tikinti-quraşdırma işləri başa çatanadək dəyişdirmək hüququ yoxdur.

Sadələşdirilmiş vergini seçmiş tikinti ilə məşğul olan vergi ödəyiciləri əgər ƏDV ödəyicisi olmaq istəslələr, hər il aprel ayının 20-dən gec olmayaraq, müvafiq bəyannaməni və ya sadələşdirilmiş vergi ödəyicisi olmaq hüquqlardan istifadə etməyəcəyi barədə yazılı məlumatı uçotda olduğu vergi orqanına təqdim etməlidirlər. Vergi ödəyicisinin təqvim ilinin sonunadək seçdiyi metodu dəyişdirmək hüququ yoxdur. Vergi ödəyicisi qeyd olunan müddətdə bəyannaməni və ya yazılı məlumatı təqdim etmədikdə, vergi orqanı vergi ödəyicisinin əvvəlki vergi ilində seçdiyi metodu tətbiq edir.

İl ərzində yeni fəaliyyətə başlayan vergi ödəyicisi isə vergi uçotuna durmaq üçün ərizədə qeyd etdiyi metodu tətbiq etməlidir.

- Tikinti şirkətləri sadələşdirilmiş vergi ödəyicisi olmaq istəməsə, hansı vergiləri ödəyəcəklər?

- Yanvarın 1-dən, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmağa qərar verəcəklərsə, tikinti-quraşdırma işlərinə başlandığı rübdə bayaq dediyim qaydada hesablanmış sadələşdirilmiş vergini dövlət büdcəsinə ödəməlidir. Bu halda hüquqi şəxslər ƏDV, mənfəət vergisi və əmlak vergisi, fiziki şəxslər isə ƏDV və gəlir vergisi ödəməyəcəklər. Yox, əgər tikinti fəaliyyəti ilə məşğul olanlar sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etməyəcəklərsə, o halda sadalanan vergiləri ödəməlidirlər.

Dəyişikliklər ona da imkan verir ki, 1 yanvar 2016-cı ilədək tikinti obyektinin tikinti-quraşdırma işlərinə başlamış şəxs öz seçiminə uyğun vergiləri həmin tarixdən əvvəl mövcud olan qaydada da ödəsin. Tikinti obyektinin tikinti-quraşdırma işlərinə başlamış şəxs gələn ilin 1 yanvarından sonrakı 30 gün müddətində vergi orqanına öz seçimi barədə yazılı formada məlumatı təqdim etməlidir. Həmin müddətdə yazılı formada məlumatı təqdim etməyən şəxsə sadələşdirilmiş vergi yeni qaydada qaydada hesablanacaq. Yeni dəyişikliklər qüvvəyə minənədək tikinti obyektinin tikinti-quraşdırma işlərinə və vergi ödəməyə başlamış şəxs yeni qayda ilə sadələşdirilmiş vergini ödədiyi zaman köhnə qayda ilə ödədiyi ƏDV və sadələşdirilmiş vergi nəzərə alınacaq. Prezidentin tapşırığı ilə Vergilər Nazirliyi ödənilmiş ƏDV-nin və sadələşdirilmiş verginin nəzərə alınması qaydasını bir ay müddətində müəyyən etməlidir.

Bir məsələni də qeyd edim ki, Vergi Məcəlləsinin bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üşün ƏDV-nin məqsədləri üçün vergi tutulan minimum dövriyyəni (hər kvadrat metr üçün 225 manat) müəyyən edən 159.9-cu maddəsi də yanvarın 1-dən ləğv olunur. Yanvarın 1-dən tikinti fəaliyyəti ilə məşğul olanlar üçün ƏDV hesablanan zaman hər kvadrat metr üçün minimum qiymət tələbi olmayacaq.

- Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərlə bağlı başqa əlavə etmək istədiyiniz nəsə qaldımı?

- Mən həm ticarət , ictimai iaşə, həm də bina tikintisi fəaliyyəti ilə məşğul olanlar üçün müəyyən olunmuş tələblər çərçivəsində sadələşdirilmiş vergi ödəyicisi olmaq imkanının yaradılmasını sahibkarlar üçün onların xeyrinə atılmış addım kimi qiymətləndirirəm.

Sonda onu da qeyd edim ki, fiziki şəxslər fərdi mənzillərini, evlərini, qeyri-yaşayış sahələrini satan zaman notariuslar tərəfindən müvafiq vergi tutularaq büdcəyə ödəniləcək. Ancaq bina tikintisi ilə məşğul olanlar satdıqları mənsilləri, yaşayış və qeyri-yaşayış sahələrini notarius vasitəsi ilə satarkən onlardan kvadratına 15 manat vergi və əmsalların tətbiqi yolu ilə vergi tutlmayacaq. Çünki onlar artıq həmin sahələrə görə vergini Məcəllədə nəzərdə tutulan digər qaydada hesablayır (kvadratında görə 45 manat və əmsalların tətbiqi yolu ilə) və dövlət büdcəsinə ödəyirlər. Əks halda bu təkrar vergitutma olduğundan Məcəllənin tələbləri pozulardı.

Mənbə: http://fins.az/emlak/892702/Tikintilerden_vergi_nece_tutulacaq___IZAHAT.html




Son Vergi xəbərləri

2017-02-21 | Hansı malların ƏDV-si qaytarılacaq?
2017-02-07 | Elektron ticarət qaydasında vergi tətbiq ediləcək iş və xidmətlərin - SİYAHISI
2017-01-27 | Sadələşdirilmiş vergi üzrə sabit verginin ödənilməsi haqqında ilk patent təqdim edilib
2017-01-25 | E-ticarət yolu ilə alınan mallardan vergi necə tutulacaq?-Rəsmi
2017-01-20 | Vergilər Nazirliyi bəyannamə formalarına dəyişiklik edib
2016-12-30 | Bu gün vergi amnistiyası olacaq
2016-12-29 | Nazir müavini: "Vergi qanunvericiliyində dəyişiklik zəruridir"
2016-12-25 | Azərbaycanda vergi öhdəliklərinin əvvəlcədən müəyyənləşdirilməsi mexanizmi tətbiq ediləcək.
2016-12-25 | Prezidentdən Vergilər Nazirliyinə tapşırıqlar
2016-12-24 | Vergi Məcəlləsinə qəbul edilən bütün dəyişikliklər.


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar

Yumor
Diş ağrısı.

Deyirlər ki, Mollanın çox tez-tez dişi ağrıyarmış. Həftələrlə üzünü-gözünü sarıyıb ufuldaya-ufuldaya gəzərmiş, amma qorxudan gedib çəkdirməzmiş.
Bir gün yenə də üzünü böyük bir dəsmalla bağlayıb gedirmiş, dostlarından birisi görüb deyir:
- Ay Molla, bir diş çəkdirmək nədi ki, sən belə qorxursan? Əgər sənin o dişin mənim ağzımda olsaydı, mən elə bu saat gedib çəkdirərdim.
Molla deyir:
- Sənin ağzında olsaydı, elə mən də çəkdirərdim. Dərd orasındadı ki, mənim öz ağzımdadı.


Tax Manager
Accountant
Accountant
Accountant
Tax Accountant
Chief Accountant
Chief Accountant

 :: Forumda yeni mövzular
 :: Sual - Cavab
Lisenziyaların uçotu
Anti-virus proqramlarının uçotu.

Bütün suallar

Yeni kitablar

Əlaqə: admin@muhasib.az
2010-2016. Saytdakı materiallardar istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!