Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 23.02.17
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər
      Qeydiyyat  |  Daxil ol

Azərbaycanda kənar auditorlara dair tələblər müəyyənləşib

2015-11-14 | Audit | Baxılıb: 505 dəfə

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin kənar auditorlarına dair tələblər haqqında Qaydalar"ı təsdiqləyib.

APA-nın məlumatına görə, Qaydalar noyabr ayından qüvvəyə minib.

Bu, investisiya şirkətinin, fond birjasının, klirinq təşkilatının və investisiya fondunun depozitarının kənar auditorlarına dair tələbləri müəyyən edir. Kənar auditor investisiya şirkətində, fond birjasında, klirinq təşkilatında və investisiya fondunun depozitarında kənar auditi həyata keçirən auditor təşkilatıdır.

Audit subyektlərinin kənar auditoru auditor fəaliyyətinin həyata keçirilməsi üzrə xüsusi razılığa (lisenziyaya) malik olmalı, audit subyektlərinin aidiyyəti şəxsi olmamalı, ən azı iki mütəxəssisi beynəlxalq mühasiblik dərəcəsinə və audit fəaliyyəti üzrə azı 3 il iş təcrübəsinə malik olmalıdır. Kənar auditor öz yoxlamasını audit subyektlərindən və onların səhmdarlarından asılı olmadan müstəqil aparmalıdır. Kənar auditorun müstəqilliyi onun mütəxəssislərinin müstəqil fikrinə və müstəqil görüntüsünə əsaslanmalıdır.

Kənar auditorun müstəqilliyi aşağıdakı təhlükələrin ona mühüm dərəcədə təsir göstərdiyi təqdirdə və bu təhlükələri qəbul oluna biləcək səviyyəyə endirmək mümkün olmadığı hallarda itirilmiş hesab olunur:

  • şəxsi mənafeyi güdmə təhlükəsi – kənar auditorun audit subyektlərində maliyyə maraqlarından və ya həmin audit subyektlərinin maraqlarına zidd olmasından faydalana biləcəyi təqdirdə əmələ gəlir;
  • özünü yoxlama təhlükəsi – audit yoxlamasının nəticələrini əldə etmək üçün əvvəlki nəticələri və mülahizələri yenidən qiymətləndirmək lazım gəldikdə və ya mütəxəssisin keçmişdə audit subyektlərinin məsul işçisi olduğu təqdirdə yaranır;
  • təşviq etmə təhlükəsi – audit subyektlərinə qarşı mövqeyin və ya həmin audit subyektləri haqqında rəyin obyektivliyini təhlükə qarşısında qoyan kənar auditorun təşviqedici fəaliyyəti nəticəsində yaranır;
  • yaxınlıq təhlükəsi – audit subyektləri, onun aidiyyəti şəxsləri və ya işçiləri ilə yaranmış yaxın münasibətlər maraqlar münaqişəsinə səbəb olduqda yaranır;
  • hədələnmə təhlükəsi – audit subyektlərinin aidiyyəti şəxsləri və ya işçiləri tərəfindən kənar auditor hədə-qorxulara məruz qaldıqda və ya məruz qalacağı güman edildikdə onun obyektivliyinin itirilməsinə səbəb olacağı təqdirdə yaranır.
Kənar auditor auditi həyata keçirərkən audit subyekti haqqında əldə etdiyi kommersiya sirri və qanunla mühafizə edilən digər məlumatları qorumalıdır. Audit subyektləri kənar auditoru seçməkdə sərbəstdirlər. Audit subyektlərinin fəaliyyəti müddətində audit yoxlamasını həyata keçirmək üçün seçilmiş kənar auditorun dəyişdirilməsi maliyyə ilinin bitməsinə ən geci bir ay qalmış həyata keçirilir.

Mənbə: http://az.apa.az/news/404722




Son Audit xəbərləri

2017-02-15 | Palata bu subyektlərdən müstəqil audit rəyi tələb edəcək
2015-12-11 | Nəhəng auditor "Azərkosmos" ilə müqavilə imzaladı
2015-11-14 | Azərbaycanda kənar auditorlara dair tələblər müəyyənləşib
2015-11-02 | Auditorlara şad xəbər
2015-10-16 | ABŞ-ın beynəlxalq konsaltinq şirkəti Azərbaycanda
2015-01-23 | Auditorlar and içəcək
2015-01-12 | Auditorların reytinqi hazırlanacaq
2014-12-25 | Maliyyə hesabatlarını dərc etdirmək məcburiyyətini qoydu
2014-09-22 | Turqay Teymurov: EY şirkətinin əsas nailiyyəti bütün işçilərə bərabər imkanlar yaradılmasıdır
2014-01-25 | Məcburi auditdən yayınanlara qarşı sanksiya tətbiq ediləcək


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar

Yumor
Dava yorğan davasıymış.

Gecələrin birində Mollanın evinin qabağında dava düşür. Molla səsə yuxudan oyanır, yorğanı çiyninə salıb çıxır ki, görsün nə olub. Kimsə elə o saat yorğanı onun çiynindən götürür. Qaranlıq olduğu üçün Molla yorğanı götürəni görmür. Ora yorğan, bura yorğan, bir də baxır ki, səs-səmir də kəsildi. Savaşanlar elə bil ki, Mollanı gözləyirmişlər. Küçədə heç kəs qalmadı. Molla soyuqdan titrəyə-titrəyə evə qayıdır. Arvadı soruşur:
- A kişi, dava nə üstündə idi?
Molla deyir:
- Başa düşmədim. Deyəsən, bizim yorğanın üstündə imiş. Yorğanı apardılar, dava da qurtardı.


Tax Manager
Accountant
Accountant
Accountant
Tax Accountant
Chief Accountant
Chief Accountant

 :: Forumda yeni mövzular
 :: Sual - Cavab
Lisenziyaların uçotu
Anti-virus proqramlarının uçotu.

Bütün suallar

Yeni kitablar

Əlaqə: admin@muhasib.az
2010-2016. Saytdakı materiallardar istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!