Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 23.02.17
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər
      Qeydiyyat  |  Daxil ol

Vergilər Nazirliyi bəzi səyyar yoxlamaları dayandırır

2015-10-25 | Vergi | Baxılıb: 254 dəfə

Bu, 70 minə yaxın vergi ödəyicisini əhatə edəcək

Vergilər Nazirliyində Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayında sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrlə bağlı iclasında adıçəkilən nazirliyin qarşısında qoyulmuş tapşırıqlara həsr olunmuş kollegiya iclası keçirilib.

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, iclasda çıxış edən vergilər naziri Fazil Məmmədov bildirib ki, 2015-ci ilin 9 ayında Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 5 milyard 94,2 milyon manat vəsaitin toplanması təmin edilməklə müəyyən edilmiş proqnoza 100,5% əməl edilib. "Ölkədə neft-qaz gəlirlərindən asılılığın ilbəil azaldılması məqsədilə iqtisadiyyatın şaxələndirilməsi nəticəsində qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları 3 milyard 488 milyon manat təşkil etmişdir ki, bu da proqnozun 100,8% icra edilməsi ilə yanaşı ötən ilin müvafiq dövrü ilə müqayisədə 358 milyon manat və ya 11,4% artıq vəsaitin dövlət büdcəsinə səfərbər edilməsi deməkdir", - deyə F. Məmmədov qeyd edib.

Vergi orqanlarında həyata keçirilən islahatlara toxunan nazir cari ildə vergi qanunvericiliyi və inzibatçılığının təkmilləşdirilməsi, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, elektron xidmətlərin genişləndirilməsi istiqamətində tədbirlərin davam etdirildiyini, vergi daxilolmaları üzrə proqnozların uğurla icra olunduğunu bildirib.

F. Məmmədov bildirib ki, dövlət başçısı ölkədə yaranmış yeni iqtisadi vəziyyətdə vergi orqanlarının əsas vəzifələri kimi onların daha şəffaf və səmərəli işləməsini, əlverişli biznes mühitinin formalaşdırılmasını, dövlət büdcəsinin gəlirlərinin artırılmasının təmin edilməsi üçün vergi potensialının düzgün müəyyənləşdirilməsini və yeni mənbələrin aşkar edilərək, vergi bazasının genişləndirilməsini, vergilərin tam həcmdə və vaxtında ödənilməsini, büdcənin cari xərclərinin vergi və gömrük orqanlarının xətti ilə daxilolmalar hesabına təmin olunmasını müəyyən edib: "Ölkə başçısının da qeyd etdiyi kimi, ölkə iqtisadiyyatının gələcək inkişafı qeyri-neft sektorunun, o cümlədən kiçik və orta biznesin inkişafından asılı olacaqdır".

Vergilərin ödənilməsinin hər kəsin konstitusion vəzifəsi olduğunu, sahibkarlıq subyektlərinin öz vergi öhdəliklərini vaxtında və tam həcmdə yerinə yetirməsinin vacibliyini vurğulayan nazir, vergi orqanlarının sərt nəzarət sistemi ilə sahibkarların fəaliyyətinə yersiz müdaxilələr arasında sərhəd müəyyənləşdirilməsinin zəruriliyini qeyd edib. Hər bir vergi ödəyicisinin dövlət büdcəsinin təmin edilməsində rol oynadığını bildirən vergilər naziri, ilk növbədə, lüzumsuz yoxlamaların aparılmasına yol verilməməsini, kiçik və orta biznesin fəaliyyətinə müdaxilələrin minimuma endirilməsini və yaxın gələcəkdə tamamilə aradan qaldırılmasını, bütün yoxlamaların risk meyarlarına əsaslanmasını, yoxlamaların yalnız ciddi nəticələr gözlənilən vergi ödəyicilərində aparılmasının vacibliyini və əsassız tələblərin irəli sürülməsinin yolverilməzliyini iclas iştirakçılarının nəzərinə çatdırıb.

"İlk növbədə, yoxlamadan əvvəlki hazırlıq işlərinə xüsusi diqqət yetirilməli, vergidən yayınma risklərinin səviyyəsinin və hüquqpozuntularının mövcudluğu faktları dəqiq araşdırıldıqdan sonra vergi yoxlamalarının təyin edilməsi barədə qərar çıxarılmalıdır. Bu, həm sahibkarlıq subyektlərində nəticəsiz yoxlamalara yol verilməməsi, vergi ödəyicilərinin ciddi əsaslar olmadan yoxlanılmasının aradan qaldırılmasını, həm də vergi orqanlarının inzibati və insan resurslarından daha səmərəli istifadə olunmasını təmin edəcəkdir", - deyə F. Məmmədov vurğulayıb.

F. Məmmədov illik dövriyyələri 120 min manatdan aşağı olan və sadələşdirilmiş qaydada vergi ödəyən sahibkarlıq subyektlərində səyyar vergi yoxlamalarının və operativ nəzarət tədbirlərinin (əmək müqavilələrinin bağlanmasına və aksizli məhsulların satışı zamanı aksizlərin tətbiqinə nəzarət və dövriyyənin müəyyənləşdirilməsi üçün xronometraj metodu ilə müşahidələrin aparılması istisna olmaqla) keçirilməsinin müvəqqəti dayandırılması haqqında göstəriş verib ki, bu da obyekti olan 70 minə yaxın vergi ödəyicisini əhatə edəcək. Cari ilin 9 ayı ərzində bu qəbildən olan nəzarət tədbirlərinin sayı 20 mindən çox olub.

F. Məmmədov bildirib ki, maliyyə əməliyyatlarının şaffalığının təmin edilməsi və nağd ödənişlərin məhdudlaşdırılması məqsədilə müasir elektron ödəniş xidmətlərinin daha da genişləndirilməsinə dair ölkə başçısının tapşırığına uyğun olaraq, cari ilin 9 ayı ərzində 13 minə yaxın POS-terminal quraşdırılaraq onların ümumi sayı 85 minə çatdırılıb, elektron qaimə-fakturaların tətbiqi ilə bağlı qanunvericiliyə dəyişikliklərlə bağlı layihələr hazırlanaraq hökumətə təqdim edilib.

Cari ilin birinci yarısının yekunlarına həsr edilmiş kollegiya iclasında qəbul edilmiş qərarların və Tədbirlər Planının icra vəziyyətinə toxunan nazir bu sahədə pozitiv nəticələrin olduğunu, 2015-ci ildə vergi daxilolmalarının təmin edilməsi məqsədilə Tədbirlər Planında nəzərdə tutulan işlərin uğurla həyata keçirildiyini qeyd edib. Bildirilib ki, 2015-ci ilin 9 ayında dövlət büdcəsinə daxil olmuş vəsaitin 600 milyon manatını vergi nəzarəti tədbirləri nəticəsində toplanmış vəsait təşkil edir. Əldə olunmuş nəticələrə baxmayaraq, hələ də vergi orqanlarının fəaliyyətində bir sıra ciddi nöqsanların olduğunu xatırladan F.Məmmədov vergi orqanları əməkdaşlarının etik davranış məsələlərinə nəzarətin artırılması, daxili nəzarət tədbirlərinin gücləndirilnməsinin vacibliyini vurğulayıb. Vergilər naziri korrupsiya və vəzifəsindən sui-istifadə etmə hallarına yol verən əməkdaşlar barədə daha sərt tədbirlərin görülməsi, fəaliyyətində korrupsiyaya cəhd elementləri aşkar edilmiş əməkdaşlara münasibətdə intizam tədbirləri görülmədən onların dərhal işdən azad edilmələri barədə tapşırıq verib.

Vergi ödəyicilərinə xidmət sahəsində fəaliyyətin fəallaşdırılmasının zəruriliyini qeyd edən F. Məmmədov biznes mühitinin yaxşılaşdırılması, vergilərin ödənilməsi sahəsində sahibkarların qarşılaşdığı bütün problemlərin aradan qaldırılması üçün vergi ödəyiciləri ilə əməkdaşlığın aktivləşdirilməsi, kiçik və orta biznesə göstərilən ünvanlı xidmətlərin genişləndirilməsi, vergi ödəyicilərinin vaxtında məlumatlandırılması, xüsusilə regionlarda çalışan sahibkarlara vergi öhdəliklərinin yerinə yetirilməsində hüquqi, texniki və əməli köməkliklərin göstərilməsi, partnyorluq münasibətlərinin dərinləşdirilməsi, bu işlərə "vergi dostları"nın daha geniş cəlb edilməsi barədə xidmət strukturlarına müvafiq göstərişlər verib.

Dövlət büdcəsinin icrası ilə yanaşı, sahibkarlığın inkişafının, xüsusilə kiçik və orta biznesin fəaliyyətinin genişlənməsinın vergi orqanlarının qarşısında duran əsas vəzifələrdən biri olduğunu xatırladan nazir kiçik dövriyyəyə malik sahibkarlıq subyektlərinə münasibətdə vergi xidmətinin nəzarətedici orqan kimi yox, daha çox tərəfdaş kimi çıxış etməli olduğunu, sahibkarlara bir addım daha yaxın olmağı, kiçik məbləğli cərimələrin tətbiqinə yol açan halların aradan qaldırılıması üçün ilk növbədə vergi orqanlarının xidmət strukturlarının daha fəal işləməli olduğunu vurğulayıb.

Dövlətdən sosial yardım alan vətəndaşların bəyannamə təqdim etməməsi kimi hallara görə cərimələnməsinin yolverilməz olduğunu bildirən nazir bəyannamələrin vaxtında təqdim olunmasına köməklik göstərilməsi yolu ilə xidmət rəhbərlərindən belə halların tamamilə aradan qaldırılmasını tələb edib.

Ölkə regionlarının inkişafı ilə bağlı iki dövlət proqramının uğurla yerinə yetirildiyini xatırladan vergilər naziri regionların iqtisadi inkişafda artan roluna diqqət çəkərək, regionlarda sahibkarlığının inkişafı üçün vergi orqanlarının səlahiyyətləri çərçivəsində onlara hərtərəfli köməklik göstərilməsinin və regionların vergi daxilolmalarının artımında iştirak payının yüksəldilməsinin vacibliyini vurğulayıb.

F. Məmmədov ölkə prezidentinin 30 min iş yerinin bağlanması ilə bağlı iradlarına toxunaraq bildirib ki, iş yerlərinin bağlanması səbəbləri vergi orqanları tərəfindən də ciddi araşdırılmalı və iş yerlərinin bağlanmasının qarşısını almaq üçün üzərlərinə düşən bütün vəzifələri yerinə yetirməli, digər tərəfdən işçilərin müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb edilməsi, vergidən yayınmaq məqsədilə iş yerlərinin sayının süni surətdə azaldılması halları aşkar edildikdə buna qarşı sərt tədbirlər görülməlidir.

F. Məmmədov bildirib ki, vergi orqanları üçün gələn ilin büdcə sənədlərində müəyyənləşdirilmiş proqnozların icrası ən vacib hədəfdir və ölkə iqtisadiyyatının mövcud vəziyyəti, onun stabil və dayanıqlı olması büdcənin cari xərclərinin tamamilə ödənilməsində Vergilər Nazirliyinin payının artırılmasına nail olmağa imkan verir. Bu məqsədlə vergi orqanları öz səylərini daha da artırmalı, gücləndirilmiş iş rejimində çalışmalıdır.

Kollegiya iclasında Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayında sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrlə bağlı iclasında verilmiş tapşırıqların və 2016-cı ilin dövlət büdcəsinin icrası məqsədilə Tədbirlər Planın hazırlanması barədə qərar qəbul edilib.

Mənbə: http://az.apa.az/news/402228




Son Vergi xəbərləri

2017-02-21 | Hansı malların ƏDV-si qaytarılacaq?
2017-02-07 | Elektron ticarət qaydasında vergi tətbiq ediləcək iş və xidmətlərin - SİYAHISI
2017-01-27 | Sadələşdirilmiş vergi üzrə sabit verginin ödənilməsi haqqında ilk patent təqdim edilib
2017-01-25 | E-ticarət yolu ilə alınan mallardan vergi necə tutulacaq?-Rəsmi
2017-01-20 | Vergilər Nazirliyi bəyannamə formalarına dəyişiklik edib
2016-12-30 | Bu gün vergi amnistiyası olacaq
2016-12-29 | Nazir müavini: "Vergi qanunvericiliyində dəyişiklik zəruridir"
2016-12-25 | Azərbaycanda vergi öhdəliklərinin əvvəlcədən müəyyənləşdirilməsi mexanizmi tətbiq ediləcək.
2016-12-25 | Prezidentdən Vergilər Nazirliyinə tapşırıqlar
2016-12-24 | Vergi Məcəlləsinə qəbul edilən bütün dəyişikliklər.


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:


   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar


   Hikməti-nur
Ölçüdə və çəkidə düz olun. İnsanların heç bir şeydə haqqını əskiltməyin. Yer üzündə gəzib fitnə-fəsad törətməyin

(Quran, Hud, 84-85)


Tax Manager
Accountant
Accountant
Accountant
Tax Accountant
Chief Accountant
Chief Accountant

 :: Forumda yeni mövzular
 :: Sual - Cavab
Lisenziyaların uçotu
Anti-virus proqramlarının uçotu.

Bütün suallar

Yeni kitablar

Əlaqə: admin@muhasib.az
2010-2016. Saytdakı materiallardar istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!