Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 21.01.17
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər
      Qeydiyyat  |  Daxil ol

Samir Şərifov: "Bəzi vergi güzəştləri məhdudlaşdırıla və yaxud tam ləğv edilə bilər"

2015-10-03 | İqtisadiyyat | Baxılıb: 217 dəfə

"Bu, büdcə-fiskal siyasətinin əsas prioritetlər sırasına daxil olan tədbirlər olacaq"

Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə vergi və gömrük ödənişləri üzrə tətbiq olunan vergi güzəştləri yenidən baxılaraq məhdudlaşdırıla və yaxud tam ləğv edilə bilər.

"APA-Economics"in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi Siyasət, Aqrar Siyasət, Təbii Ehtiyatlar və Energetika, Sosial Siyasət, Təhlükəsizlik və Müdafiə Komitələri tərəfindən keçirilən 2016-cı il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı deyib.

"2016-cı il və sonrakı 3 il ərzində qeyri-neft gəlirlərinin büdcə gəlirlərində xüsusi çəkisinin artırılması, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin tədricən azaldılması, iqtisadiyyatın müxtəlif sahələrinə vergi və gömrük ödənişləri üzrə tətbiq olunan vergi güzəştlərinə yenidən baxaraq onların məhdudlaşdırılması və yaxud tam ləğv edilməsi, eyni zamanda ictimai iaşə, ticarət, inşaat sektorunda tətbiq edilən vergilərin, mövcud vergilərin sadələşdirilməsi və bunun hesabına sahibkarlığın fəallığına əlavə təkan verərək dövlət büdcəsinə gəlirlərin artırılması kimi tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bu, büdcə-fiskal siyasətinin əsas prioritetlər sırasına daxil olan tədbirlər olacaq. Eyni zamanda, dövlət əmlakının özəlləşdirilməsi, dövlət büdcəsinə daxilolmaların artırılması hesabına əlavə tədbirlərin görülməsi dövlət büdcəsinin gəlirləri üzrə müəyyən edilmiş siyasətin həyata keçirilməsinə yardım edəcək", - deyə nazir vurğulayıb.

Mənbə: http://az.apa.az/news/399265




Son İqtisadiyyat xəbərləri

2016-12-27 | Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı artırılıb
2016-12-24 | Prezident "Nağdsız hesablaşmalar haqqında" qanunu imzaladı
2016-12-24 | "Elektron ticarət haqqında" qanuna dəyişikliklər qəbul olundu
2016-12-24 | Muflis olanların siyahısı acıqlanacaq
2016-12-23 | Nağdsız hesablaşmalar haqqında qanun layihəsi
2016-12-01 | Yaşayış minimumu 19 manat artırılır
2016-10-26 | Vergilər Nazirliyinə yeni səlahiyyət verildi
2016-10-02 | 2017-də büdcə-vergi siyasəti üzrə bu tədbirlər görüləcək
2016-07-08 | Kiçik və orta sahibkar meyarları dəyişib
2016-06-24 | Azərbaycanda borc vermək qaydası dəyişir


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:



   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar


   Bilirsinizmi?
Bal xarab olmayan yeganə qidadir.

Mühasib
Financial Analyst
Accounting Manager
Mühasib
Auditor
Mühasib (regionlar üzrə)
Accounting Manager

 :: Forumda yeni mövzular
 :: Sual - Cavab
Lisenziyaların uçotu
Anti-virus proqramlarının uçotu.

Bütün suallar

Yeni kitablar

Əlaqə: admin@muhasib.az
2010-2016. Saytdakı materiallardar istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!