Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 21.01.17
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər
      Qeydiyyat  |  Daxil ol

Azərbaycan Prezidenti Tarif Şurasının benzin və dizel yanacağının qiymətinin qaldırılması ilə bağlı qərarını ləğv edib

2015-01-14 | İqtisadiyyat | Baxılıb: 177 dəfə

Azərbaycan Respublikası prezidentinin tapşırığına uyğun olaraq, 14 yanvar 2015-ci il tarixində Tarif (qiymət) Şurasının növbədənkənar iclası keçirilib.

Şuradan "APA-Economics"ə verilən məlumata görə, iclasda neft məhsullarının qiymətlərinə yenidən baxılıb və tariflərin tənzimlənməsi barədə yeni qərar qəbul edilib.

Qərara əsasən, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının "Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə" 12 yanvar 2015-ci il tarixli 1 nömrəli Qərarı ləğv edilib.

Ölkə ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən avtomobil benzini, dizel yanacağı və maye qazın hər litri üzrə 2 qəpik yol vergisi şirkətdaxili tariflərin azaldılması hesabına tətbiq edilməklə, əvvəl olduğu kimi "Aİ-92" markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən edilib.

Həmçinin, maye qazın topdansatış qiyməti 1 ton üçün 300 manatdan 263,6 manata endirilib və yol vergisi ilə birlikdə topdansatış qiyməti 1 ton üçün 300 manat müəyyənləşdirilib.

Qərar 15 yanvar 2015-ci il tarixindən qüvvəyə minəcəkdir. Qərarın tam mətni Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının rəsmi internet səhifəsində (www.tariff.gov.az) yerləşdirilib.

Mənbə: http://az.apa.az/news/369019




Son İqtisadiyyat xəbərləri

2016-12-27 | Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı artırılıb
2016-12-24 | Prezident "Nağdsız hesablaşmalar haqqında" qanunu imzaladı
2016-12-24 | "Elektron ticarət haqqında" qanuna dəyişikliklər qəbul olundu
2016-12-24 | Muflis olanların siyahısı acıqlanacaq
2016-12-23 | Nağdsız hesablaşmalar haqqında qanun layihəsi
2016-12-01 | Yaşayış minimumu 19 manat artırılır
2016-10-26 | Vergilər Nazirliyinə yeni səlahiyyət verildi
2016-10-02 | 2017-də büdcə-vergi siyasəti üzrə bu tədbirlər görüləcək
2016-07-08 | Kiçik və orta sahibkar meyarları dəyişib
2016-06-24 | Azərbaycanda borc vermək qaydası dəyişir


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:


   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar

   Maraqlı şəkillər

Mühasib
Financial Analyst
Accounting Manager
Mühasib
Auditor
Mühasib (regionlar üzrə)
Accounting Manager

 :: Forumda yeni mövzular
 :: Sual - Cavab
Lisenziyaların uçotu
Anti-virus proqramlarının uçotu.

Bütün suallar

Yeni kitablar

Əlaqə: admin@muhasib.az
2010-2016. Saytdakı materiallardar istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!