Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 21.01.17
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər
      Qeydiyyat  |  Daxil ol

Maliyyə hesabatlarını dərc etdirmək məcburiyyətini qoydu

2014-12-25 | Audit | Baxılıb: 232 dəfə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Nizamnaməsi"ndə dəyişikliklər edilməsi haqqında, "Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə, "Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə və "İxtisaslaşdırılmış çek investisiya fondları haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə Fərmanlar imzalayıb.

Fərmana görə, Dövlət Neft Şirkəti illik maliyyə hesabatları ilə yanaşı, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib etməli, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hesabat dövrü başa çatdıqdan sonra növbəti il iyun ayının 30-dan gec olmayaraq internet səhifəsində və dövri mətbu nəşrdə dərc etdirməli, hesabat dövrü ərzində şirkət və ya onun törəmə cəmiyyətləri dövlət zəmanəti ilə kredit aldıqda və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak etdikdə, həmçinin onlara büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrıldıqda isə eyni zamanda, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməlidir.

Həmçinin Şirkət, "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mühasibat uçotu aparmalı, illik maliyyə hesabatlarını, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatlarını və "Rəsmi statistika haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları tərtib və təqdim etməlidir.

Digər Fərmana görə, Dövlət Neft Fondu illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hesabat dövrü başa çatdıqdan sonra növbəti il aprel ayının 30-dan gec olmayaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, habelə internet səhifəsində və dövri mətbu nəşrdə dərc etdirməlidir.

Çek investisiya fondu isə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hesabat dövrü başa çatdıqdan sonra növbəti il aprel ayının 30-dan gec olmayaraq Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə və təsisçiyə (təsisçilərə) təqdim etməli, habelə dövri mətbu nəşrdə və fondun internet səhifəsində (varsa) dərc etdirməlidir.

Çek investisiya fondu illik maliyyə hesabatlarını "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tərtib edilməli, uçot siyasəti və izahlı qeydlərdə isə əlavə olaraq "Fondun investisiyalarının siyahısı və onun açıqlaması (səhmlərin sayı, növü və hesabat tarixinə bazar qiyməti

Mənbə: http://marja.az




Son Audit xəbərləri

2015-12-11 | Nəhəng auditor "Azərkosmos" ilə müqavilə imzaladı
2015-11-14 | Azərbaycanda kənar auditorlara dair tələblər müəyyənləşib
2015-11-02 | Auditorlara şad xəbər
2015-10-16 | ABŞ-ın beynəlxalq konsaltinq şirkəti Azərbaycanda
2015-01-23 | Auditorlar and içəcək
2015-01-12 | Auditorların reytinqi hazırlanacaq
2014-12-25 | Maliyyə hesabatlarını dərc etdirmək məcburiyyətini qoydu
2014-09-22 | Turqay Teymurov: EY şirkətinin əsas nailiyyəti bütün işçilərə bərabər imkanlar yaradılmasıdır
2014-01-25 | Məcburi auditdən yayınanlara qarşı sanksiya tətbiq ediləcək
2013-12-21 | Auditorlar Palatası: Azərbaycanın iqtisadi inkişafı hesabatlılığın beynəlxalq standartlarının tətbiqini əhəmiyyətli edir


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:



   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar


   Bilirsinizmi?
Dünyada ilk dəfə Aptek Bağdad şəhərində təxminən eramızdan 1000 il əvvəl açılıb.

Mühasib
Financial Analyst
Accounting Manager
Mühasib
Auditor
Mühasib (regionlar üzrə)
Accounting Manager

 :: Forumda yeni mövzular
 :: Sual - Cavab
Lisenziyaların uçotu
Anti-virus proqramlarının uçotu.

Bütün suallar

Yeni kitablar

Əlaqə: admin@muhasib.az
2010-2016. Saytdakı materiallardar istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!