Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 20.01.17
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər
      Qeydiyyat  |  Daxil ol

Azərbaycanda pensiya islahatları aparılacaq

2014-12-24 | Kadr işi | Baxılıb: 214 dəfə

Yeni pensiya islahatları konsepsiyası ilə həyata keçiriləcək islahatlar nəticəsində pensiyaların baza hissəsinin strukturu dəyişdiriləcək. Trend xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu gün jurnalistlərə açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, bu gün vətəndaşın 12 il iş stajı varsa və pensiya yaşına çatıbsa, onun ilk növbədə baza hissəsinə hüququ yaranır. Amma bundan sonrakı mərhələdə belə olmayacaq: "Bu gün insanların ödədikləri sosial sığorta haqlarının yarısı onların fərdi hesablarına yığılır. Amma pensiya islahatlarından sonra onların tam məbləğdə ora yığılması nəzərdə tutulur. Belə olan halda onlar pensiyaya çıxanda öz hesablarına yığdığı vəsaiti pensiyaları üçün istifadə edəcəklər. Həmin şəxsin tez və ya gec pensiyaya çıxması vəsait baxımından heç nəyi dəyişməyəcək. Sadəcə vaxtında və ya daha gec çıxarsa, yığılan məbləğ daha aşağı rəqəmə bölünəcək və pensiya məbləği böyük olacaq, amma daha az müddətə. Lakin pensiyaya tez çıxarsa, yığılan məbləğ daha çox müddətə bölünəcək və pensiyanın məbləği az olacaq".

S.Müslümov əlavə edib ki, hazırda bununla bağlı araşdırmalar davam edir və bir neçə ölkənin təcrübəsi öyrənilir. Son ümumiləşdirmədən sonra isə ortaya qoyulacaq təkliflər Prezident İlham Əliyevə təqdim ediləcək.

Mənbə: http://az.trend.az/azerbaijan/society/2347223.html




Son Kadr işi xəbərləri

2016-12-16 | Azərbaycanda 2017-ci il üçün yaşayış minimumu və ehtiyac meyarı artırılır.
2016-12-16 | 2017-ci ilin iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib
2016-07-03 | İstehsalatda bədbəxt hadisələr zamanı işçilərə hansı halda kompensasiyanın ödənildiyi açıqlanıb
2016-06-16 | İşsizlərə sığorta ödənişi veriləcək.
2016-05-27 | Uşaqlarını təkbaşına böyüdən valideynlərə şad xəbər
2016-04-22 | Azərbaycanda Baş Kollektiv Saziş
2016-03-02 | Uşağını təkbaşına böyüdən işçilərin əmək müqaviləsinin ləğv edilməsi qadağan edilir
2015-12-30 | 2016-ci ilin istehsalat təqvimi və iş vaxtı norması
2015-12-14 | Orta aylıq əmək haqqı nə qədərdir?
2015-12-07 | 2016-cı il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi müəyyən olundu.


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:



   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar


   Bilirsinizmi?
Dünyada ən uzun ömürlü İslam dövləti Şirvanşahlar dövləti olmuşdur.

Mühasib
Financial Analyst
Accounting Manager
Mühasib
Auditor
Mühasib (regionlar üzrə)
Accounting Manager

 :: Forumda yeni mövzular
 :: Sual - Cavab
Lisenziyaların uçotu
Anti-virus proqramlarının uçotu.

Bütün suallar

Yeni kitablar

Əlaqə: admin@muhasib.az
2010-2016. Saytdakı materiallardar istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!