Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 20.01.17
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər
      Qeydiyyat  |  Daxil ol

İcbari tibbi sığorta əmək haqlarının leqallaşdırılması işlərini çətinə salmayacaq?

2014-10-22 | Kadr işi | Baxılıb: 243 dəfə

Azərbaycanda icbari tibbi sığorta (İTS) sistemi, deyəsən artıq ölü nöqtədən tərpənmək üzrədir. Bir sıra hökumət nümayəndələrinin açıqlamaları belə qənaətə gəlməyə əsas verir. Həmçinin, İTS sisteminin fəaliyyətə başlama mexanizminin bəzi detalları təqribən məlum olub.

İndiyədək İTS-lə bağlı ölkədə bütün zəruri hüquqi-normativ baza yaradılsa da və zəruri maliyyə vəsaitlərinin mənbələri dəqiq göstərilsə də, hər şey kağız üzərində qalır. Aydındır ki, hər hansı bir işin "nəzəriyyəsi" onun hələ reallaşması demək deyil, bunun üçün müvafiq şərait olmalıdır. Yəni, İTS-in tətbiqi üçün hər cür hüquqi baza mövcud olsa da, iqtisadi şərait yoxdur.

Azərbaycanda bu sahəyə cavabdeh olan ayrıca orqan - Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi də yaradılmışdır. Ancaq bu orqanın səlahiyyətləri məlum deyil.

Ən ciddi sual isə maliyyə mənbələri ilə bağlı yaranırdı.

Qanunla İTS sisteminin maliyyələşdirilməsi üçün 3 mənbə - dövlət büdcəsi, işəgötürənlər və işçilərin tərəfindən həyata keçiriləcək ödənişlər nəzərdə tutulsa da, bunlardan yalnız birinci üzrə problem yoxdur. Digər ikisi üzrə sözügedən ödənişlərin necə həyata keçiriləcəyi isə məlum deyildi.

Bizdə büdcədən maliyyələşən təşkilatlarda çalışanların əksəriyyətinin əməkhaqqısı aşağı səviyyədə olduğundan, onlardan tutulan fiziki şəxslərdən gəlir vergisi ilə sosial ayırmaların özü kifayət qədər "ağır yük" təşkil edir. Bunu hələ özəl sektor üçün demirik.

Üstəlik, sosial ayırma üzrə işəgötürənlə işçilər arasında ödənişin bölünmə nisbəti 22+3% təşkil etdiyindən birincilərin yükü daha ağırdır ki, bu da işçilərlə əmək müqavilələrinin bağlanmasına əngəl törədir.

Odur ki, İTS sistemi işə düşdüyü təqdirdə işəgötürənlərə əlavə tibbi sığorta üzrə rüsumların da tətbiqi əmək haqlarının leqalaşdırılması, həmçinin müqavilələrin bağlanması tədbirlərinə mənfi təsir edə bilər.

Qeyd etdiyimiz kimi, bu sahədə bəzi detallar ilkin olaraq məlumdur. Rəsmi açıqlamalara görə, işəgötürənlər üzrə İTS əməkhaqqı fondundan təqribən 2-2,5% ödəniş tətbiq ediləcək. İcbari tibbi sığorta sisteminin maliyyələşdirilməsinin üçüncü mənbəyi hesab olunan işçilərə isə maaşlarının təxminən 1-2%-i qədər rüsum tədbiq olunacaq.

Hökumət hesab edir ki, hər kəs İTS ödənişində iştirak etməyə hazır olmalı və əmək haqlarının 1-2%-i qədər rüsum ödəməkdə heç nə itirməyəcəklər, əksinə, qazanacaqlar.

Ancaq bunu işəgötürənlər üçün demək olarmı? Başqa sözlə, işəgötürənlərin üzərinə əlavə olaraq tibbi sığorta ödənişlərinin də tətbiqi artıq qeyd etdiyimiz kimi, əmək haqlarının leqallaşdırılması və müqavilələrinin bağlanması işlərini bir az da çətinə salmayacaq ki?

Burada bir məqam da var. Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən ölkədə pensiya məbləğlərinin yüksəldilməsinin həmişə yalnız sosial sığorta daxilolmaların həcmindən asılı olduğu deyilir. Eyni zamanda, əmək haqlarının leqallaşdırılması və işçilərin qeydiyyatı sahəsində aparılan işlər də nə qədər tez səmərə verərsə, bunun da geniş imkanlar açacağı bildirilir.

Bilavasitə "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkisafına dair Dovlət Proqramı"na əsasən isə, sosial sığorta üzrə ödənişlərin həcmini yüksəltmək, əmək haqqlarını leqallaşdırılmaq və işçilərin qeydiyyatı sahəsində aparılan işləri səmərəli etmək qarşıya mühüm vəzifə olaraq qoyulmuşdur və məcburi sosial sığorta ödəmələri üzrə real pay səviyyəsini də dəyişdirmək vacib sayılır. Belə ki, işəgötürənlə işçi arasında hazırki 22+3% nisbətini ilkin mərhələdə müvafiq olaraq 20+5%-lə əvəz etmək nəzərdə tutulur.

İşəgötürənlər üzrə 20%-ə endirim müsbət nəticə verəcək, ancaq işçilərin maaşlarından ayırmanın 5%-ə qaldırılması eyni nəticəni göstərməyə bilər.

Odur ki, ölkədə il ərzində yığılan ümumi vergi məbləğində fiziki şəxslərdən gəlir vergisi məbləğini yüksəlmək üçün qeyd olunan nisbəti 17+3% nisbətində etmək daha məqsədəuyğun ola bilər.

Məsələnin kökündə həm də əmək müqavilələrinin bağlanması, həm də fərdi gəlirlərin gizlədilməsi və ikili əməkhaqqı sistemini aradan qaldırmaq dayandığından, bu, dövlət büdcəsinə və DSMF-ə gəlirləri artmaq üçün də əlavə imkan yaradar.

Hazırki 22+3% fonunda İTS-yə dair təxminən 2+1% əlavə rüsumun da tətbiqi müsbət nəticə verə bilərmi? Şübhəsiz ki, yox.

Doğrudur, ölkədə son vaxtlar mövcud vergi siyasəti təkmilləşdirilməklə yanaşı, bir sıra stimullaşdırıcı və inzibati tədbirlər vasitəsilə əmək haqlarının gizlədilməsi, eləcə də işəgötürənlə işçilər arasında müqavilələrin bağlanmamasına qarşı nəzarət gücləndirilib.

Ancaq hökumət dərəcələri təkmilləşdirməkdən əlavə vergi mədəniyyətinin də təşəkkül tapmasının qayğısına qalmalıdır ki, bu zaman başlıca məqsəd gəlirləri gizlətməyə şərait yaradan amilləri ləğv etmək olmalıdır.

Bəs, İTS sisteminin maliyyələşdirilməsi üçün işəgötürənlər ilə işçilər üzrə rüsumların ödəniş nisbətini necə müəyyən etməyə var?

Fikrimizcə, İTS-ya dair ödəniş dərəcələrinin müəyyənləşdirilməsi siyasəti sosial sığorta ayırmaları mexanizmi ilə uzlaşdırmalı, daha dəqiqi, eyni çərçivədə həyata keçirilməlidir. Məsələn, sosial sığorta ayırması üzrə 22+3% nisbətin işəgötürənlər üzrə düşən pay səviyyəsinin 2%-ni icbari tibbi sığorta ödənişinə ayırmaq daha məqsədəuyğun olardı. O cümlədən, yerdə qalan 3 faizin 1 faizini də işçilərə şamil etmək şərtilə...

Qeyd edək ki, bu proses inkişaf etmiş ölkələrdə də asan başa gəlməyib. Keçən il təkcə ABŞ-da yeni ilə dair federal büdcənin qəbulu ilə əlaqədar Konqresdə yaranmış vəziyyəti xatırlamaq kifayətdir.

Yeri gəlmişkən, uşaqlar, pensiyaçılar, əlillər icbari tibbi sığorta ödəmələrindən azad sayılacaq. Bu, təxminən 3-3,5 milyon insan deməkdir. Bu da problem deyil. O baxımdan ki, dövlət büdcəsi hesabına bu, kompensasiya olunacaq...

Pərviz Heydərov, Ekspress qəzeti

Mənbə: http://www.marja.az




Son Kadr işi xəbərləri

2016-12-16 | Azərbaycanda 2017-ci il üçün yaşayış minimumu və ehtiyac meyarı artırılır.
2016-12-16 | 2017-ci ilin iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib
2016-07-03 | İstehsalatda bədbəxt hadisələr zamanı işçilərə hansı halda kompensasiyanın ödənildiyi açıqlanıb
2016-06-16 | İşsizlərə sığorta ödənişi veriləcək.
2016-05-27 | Uşaqlarını təkbaşına böyüdən valideynlərə şad xəbər
2016-04-22 | Azərbaycanda Baş Kollektiv Saziş
2016-03-02 | Uşağını təkbaşına böyüdən işçilərin əmək müqaviləsinin ləğv edilməsi qadağan edilir
2015-12-30 | 2016-ci ilin istehsalat təqvimi və iş vaxtı norması
2015-12-14 | Orta aylıq əmək haqqı nə qədərdir?
2015-12-07 | 2016-cı il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi müəyyən olundu.


Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:



   Baş səhifə
   İqtisadiyyat
   Mühasibat uçotu
   Vergilər
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   Sertifikasiyalar


   Bilirsinizmi?
Dünyada ən uzun ömürlü İslam dövləti Şirvanşahlar dövləti olmuşdur.

Mühasib
Financial Analyst
Accounting Manager
Mühasib
Auditor
Mühasib (regionlar üzrə)
Accounting Manager

 :: Forumda yeni mövzular
 :: Sual - Cavab
Lisenziyaların uçotu
Anti-virus proqramlarının uçotu.

Bütün suallar

Yeni kitablar

Əlaqə: admin@muhasib.az
2010-2016. Saytdakı materiallardar istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!