Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 24.01.17
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər
      Qeydiyyat  |  Daxil ol

     Şirkətlərdə kompüter proqramları nə üçün lazımdır ?


2013-08-25 | Accountsoft | Baxılıb: 584 dəfə

Demək olar ki, orta və böyük şirkətlərin əksəriyyətində mühasibat şöbələrində mühasibat proqramları istifadə edilir. Bununla da şirkətin iş prosesində proqramlardan istifadə bitir (Word və Excel proqramlarını nəzərə almıram, çünki onlar hər kəsdə vardır). Və bu şirkət rəhbərlərinin çoxu heç bilmir və ya fikirləşmir ki, nəinki mühasibat uçotunu həm də şirkətin işinin digər mərhələlərini də xüsusi proqramlar ilə avtomatlaşdırmaq olar.

Yuxaridakı abzasdan əsas fikrimi diqqətinizə çatdırmaq istərdim: ŞIRKƏTIN IŞININ BÜTÜN MƏRHƏLƏLƏRINI, HƏR HANSI BIR ŞÖBƏSININ BÜTÜN TEXNOLOJI PROSESLƏRINI vahid proqram kompleksində birləşmiş xüsusi proqramlar ilə AVTOMATLAŞDIRMAQ MÜMKÜNDÜR.

Belə bir vahid proqram kompleksin bir neçə imkanları vardır:


  • şirkətə daxil olan və çixan korrespondensiyasının (sənədlərinin) kompyuter uçotunu apara bilər - sənədləşmə;
  • proyektlərin və sifarişlərin qeydiyyatı və s., yəni şirkət çalışdığı işlərin qeydiyyatını apara bilər (malların tədarükü və ya xidmətlərin yerinə yetirilməsi, müxtəlif proyektlərin hazırlanması və s.);
  • şirkətdə sənədlərin qeydiyyatını aparmaq - müqavilələr, aktlar, ödəmə tapşırıqları və s.;
  • kadrlar uçotu;
  • müştərilərin uçotu;
  • müxtəlif işləri, məsələləri və görüşləri planlaşdırmaq;
  • marketinq araşdırmalarını avtomatlaşdırmaq əv s.

Beləliklə, bu proqram vasitəsi ilə yığılan məlumat şirkət rəhbərliyi üçün çox yararlı ola bilər. Şirkət rəhbərliyinin əlində bir neçə imkanlar olur:

  • şirkətin işi barədə operativ (hər zaman) hesabatlar almaq və onları təhlil etmək - satılmış mallar, yerinə yetirilmiş işlər və s.;
  • müxtəlif mallara/xidmətlərə olan təlabatı öyrənmək;
  • reklamın effektivliyini təhlil etmək;
  • müxtəlif malların/xidmətlərin satışını proqnozlaşdırmaq;
  • işçilərin işini qiymətləndirmək - işçi tərəfindən yerinə yetirilmiş işlərin və ya satılmış malların ümumi miqdardan faizini hesablamaq;
  • ünvanlı (müəyyən müştəri üçün) reklam aksiyaları keçirtmək;
  • şirkətin avadanlığına və müxtəlif məsrəflərə nəzarət etmək;
  • müştərilərlə və təchizatçılarla hesablaşmada yaranan səhfləri düzəltmək üçün sərf olunan vaxtı aradan qaldırmaq;
  • şirkətdə işlərin getməsi barədə operativ məlumatı əldə etmək;
  • cari işlərin, proyektlərin, sifarişlərin və s. yerinə yetirilməsinə nəzarət etmək.

Belə bir proqramın istifadəsi şirkətin işini tezləşdirər, müştərilərə olan xidmətin keyfiyyətini artırar və s. Avtomatlaşdırmanın faydası barədə çox danışmaq olar, lakin bu işin, hər bir işdə olduğu kimi, çətinliklərindən də bir neçə dəlil gətirmək olar. Çalışım onlara o saat cavab verim.

Birinci - belə proqramlar çox bahalıdırlar. Bu həmişə belə olmur. Proqramın qiyməti onun imkanlarından asılıdır. Proqramın imkanlarını da artırmaq və ya azaltmaq olar. Kompleks proqramlar uşaq konstruktoruna oxşayır, əvvəl bir modulunu alıb şirtkətdə tətbiq edirsən (bir prosesi və ya şöbəni avtomatlaşdırırsan, məs. mühasibatlıq, alqı-satqı şöbələri), sonra proqramın ikinci modulunu alıb birinci modul ilə birləşdirib işə salırsan, və s. ehtiyac olduqca başqa modulları da işə salırsan. Beləliklə proqramın bütün modullarını yox, yalnız ehtiyac olan modullarını alırsan və pula qənaət edirsən. Bir də ki, kiçik, orta və böyük şirkətlər üçün adətən proqram yazan şirkətlər müvafiq qiymət cədvəlləri tərtib edirlər.

İkinci - belə bir proqramlar ilə işləmək üçün o proqramları uzun müddət öyrənmək lazımdır. Əslində bu da belə deyil, bu yanlış fikirdir. Burada biz adamlarda olan bir fikirlə rastlaşırıq ki kompyuter və proqramlar – çox qəliz məsələdir, və hər kəs onlarla işləməyi bacarmaz. Yenədə təkrar edirəm ki bu yanlış fikirdir. Bu gün yazılan proqramların əksəriyyəti elə hazırlanırlar ki, onlarda işləməyi bacarmaq üçün bir-iki dərs bəs eləyir, hətta kompüterdə işləməyi bacarmayan işçilər üçün dərslər (treninqlər) təşkil edirlər. Əlavə olaraq proqram hazırlayan şirkətlər proqramın servis xidmətini təmin edirlər və müştərilərin suallarını yerində və ya telefonla cavablandırırlar, müxtəlif konsultasiyalar verirlər. Proqramda hər hansı bir yeniliklər olanda onlar müştərilər üçün güzəştli və ya pulsuz olur.

Mənbə:



Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:


   Baş səhifə
   Mühasibat uçotu
   Vergilər
   İdarəetmə uçotu
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   İqtisadiyyat


   Hikməti-nur
Arxadır insana onun kamalı,
Elmdir insanın dövləti, malı

Nizami Gəncəvi


Mühasib
Baş Mühasib
Mühasib
MALİYYƏ MENECERİNİN KÖMƏKÇİSİ
1C OPERATOR
Chief Accountant
ФИНАНСОВЫЙ МЕНЕДЖЕР

 :: Forumda yeni mövzular
 :: Sual - Cavab
Lisenziyaların uçotu
Anti-virus proqramlarının uçotu.

Bütün suallar

Yeni kitablar

Əlaqə: admin@muhasib.az
2010-2016. Saytdakı materiallardar istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!