Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 16.04.24
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

     Əmək müqaviləsinə işcilərin sayı və ya ştatların ixtisar edilməsi zamanı xitam verilməsi.


2015-09-26 | Kadr işi | Baxılıb: 14538 dəfə

İşçilərin sayının azaldılması və ya ştatların ixtisarı həyata kecirilərilməsi AR Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndində nəzərdə tutulan əmək müqaviləsinə işəgotürən tərəfindən xitam verilməsinə əsasdır. Bunun üçün müvafiq sənədlər hazırlanmalıdır. Azad edilən işçilər üçün qanunvericilikdə müəyyən təminatlar nəzərdə tutulub.

Müəssisə işcilərin sayının azaldılması və ya ştatların ixtisarına bir neçə səbəbə görə gedə bilər: istehsalın avtomatlaşdırılması, yeni texnologiyaların tətbiqi, iqtisadi böhran və s. Lakin, bəzən, işçini işdən çıxartmaq üçün, işəgötürən ştatın ixtisarından sonra, başqa bir eyni funksiyaları həyata keçirən ştat yaradırsa, bu cür hallar məhkəmədə, adətən, işçinin xeyrinə həll edilir.

Qeyd edək ki, işçilərin sayının azaldılması və ştatların ixtisarı oxşar prosedurlardır, lakin, eyni deyillər. Belə ki, işçilərin sayının azaldılması zamanı vəzifələr(ştatlar) ixtisar edilmir, yalnız bu vəzifələrdə çalışan işçilərin sayı azaldılır. Bəzən, həm ştatlar ixtisar edilir, həm də işçilərin sayı azaldılır.

AR Əmək Məcəlləsinn 71-ci maddəsinə əssən işcilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata kecirilərkən işəgotürən bu Məcəllə ilə muəyyən edilmiş tədbirlər görür.

İlk növbədə işəgöturən bu Məcəllənin 70-ci maddəsi ilə muəyyən edilmiş əsasların hər hansı biri ilə əmək muqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

Sənədləşmə.

Hər bir halda əmək müqaviləsinə xitam verilmə əmrin tərtib olunmasından başlayır. AR Əmək Məcəlləsinin 83 maddəsinə görə əgər işci ilə bağlanmış əmək muqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə muəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda işəgoturən tərəfindən əmək muqaviləsinin ləğv edilməsi işəgoturənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək muqaviləsinə xitam verilməsi barədə işəgoturənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və muəssisənin mohuru ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işcinin əmək kitabcası və işəgoturənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə gorə pul əvəzi, işciyə odənilməli əmək haqqı və digər odəmələr) ilə birlikdə sonuncu iş gunu işciyə verilməlidir.

Əmrin forması və məzmunu AR Əmək Məcəlləsinin 84-cü maddəsində verilib.

Əmək muqaviləsinin ləğv edilməsi haqqında işəgoturənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar gostərilir:

  • muəssisənin adı, huquqi unvanı, əmrin (sərəncamın, qərarın) sıra nomrəsi, tarixi və onu imzalayan işəgoturənin vəzifəsi, adı, atasının adı və soyadı;
  • işcinin adı, atasının adı və soyadı;
  • əmək muqaviləsi uzrə işcinin vəzifəsinin (peşəsinin) adı;
  • əmək muqaviləsinin ləğv edilməsinin əsası;
  • həmin əsasla əmək muqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin muvafiq maddəsi, hissəsi və bəndi;
  • əmək muqaviləsinin ləğv edildiyi gun, ay və il;
  • əmək muqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi ucun əsas hesab olunan rəsmi sənədlər.
Yuxarıda qeyd edilən məlumatlardan hər hansı biri və ya bir necəsi gostərilməyən əmr (sərəncam, qərar) əmək mubahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək muqaviləsinin ləğv edilməsi barədə işəgoturənin əmri (sərəncamı, qərarı) yalnız bu yuxarıda gostərilən məlumatlar olan sadə formada, həmcinin normativ huquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar gostərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər.

İxtisar keçirilən zaman aşağıdakı hallar nəzərə alınmalıdır:

  • Əmr təxmin edilən ixtisar tarixindən 2 ay əvvləl tərtib edilməlidir ki, işçilər vaxtında məlumatlandırılsın
  • Əmr tərtib olunandan sonra müəssisə rəhbəri öz niyyəti barədə mütləq həmkarlar ittifaqını məlumatlandırmalıdır
  • İşçinin işdən azad edilməsi yalnız ştat cədvəlinin dəyişdirilməsindən və oradan ştatın çıxarılmasından sonra həyata keçirilə bilər.

Təminatlar.

İşcilərin sayı azaldılması və ya ştatların ixtisarı həyata kecirilərilməsi zamanı AR Əmək Məcəlləsinin 77-ci maddəsinə görə işçilərə təminatlar verilir.

  1. İşəgoturən əmək muqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işcini rəsmi xəbərdar etməlidir.
  2. Xəbərdarlıq muddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işci azı bir iş gunu əmək funksiyasının icrasından azad edilir.
  3. Əmək muqaviləsi işcilərin sayı və ya ştatları ixtisarı ilə ləğv edilərkən işcilərə:
    • orta əmək haqqından az olmamaqla işdəncıxarma muavinəti;
    • işdən cıxarıldığı gundən yeni işə duzələn gunədək ikinci və ucuncu aylar ucun orta əmək haqqı odənilir.
  4. İşəgoturən xəbərdarlıq muddətləri əvəzinə işciyə onun razılığı ilə azı iki aylıq əmək haqqını bir dəfəyə odəməklə muvafiq əsasla əmək muqaviləsinə xitam verə bilər.
  5. Ücuncu bənddə nəzərdə tutulan orta əmək haqqı AR Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyi tərəfindən işciyə verilən muvafiq arayışlar əsasında odənilir. Həmin arayış işdən cıxan gundən bir ay muddətində AR Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyi qeydiyyata alınan şəxslərə verilir. Bu odəmələr işəgoturən, muəssisə ləğv edildikdə isə onun əmlakının yeni mulkiyyətcisi (əmlakın operativ idarəciliyini həyata kecirən huquqi, fiziki şəxs) tərəfindən odənilməlidir. Bu qayda muəssisəni satın alan yeni mulkiyyətciyə, o cumlədən bu maddənin dorduncu hissəsində nəzərdə tutulmuş hala şamil olunmur.
  6. Kollektiv muqavilələrdə, əmək muqaviləsində işcilərin işə duzəldiyi dovr ərzində daha uzun muddətə orta əmək haqqının saxlanılması, habelə bu maddənin ucuncu və yeddinci hissələrində gostərilmiş odəmələrin daha yuksək məbləğdə verilməsi nəzərdə tutula bilər.
  7. İşəgoturənlər iş yerlərinin ixtisarı ilə əlaqədar işdən azad olunmuş "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial mudafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə muəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaq, habelə onların arasından olan şəxs hesab edilən işciləri sonradan həmin muəssisədə və ya digər muəssisədə işə duzəltmək ucun oz vəsaiti hesabına zəruri yeni peşə hazırlığına cəlb edirlər.
Ödənişlərin vergi uçotu.

İşcilərin sayı və ya ştatların ixtisar edildilməsi zamanı AR Əmək Məcəlləsində nəzərdə tutulan ödənişlərin növləri onlardan vergilərin hesablanmasını müəyyən edir.

AR Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə görə işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti Orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır.

Onu qeyd etmək lazımdır ki, müəvinətlər gəlir vegisindən azaddır, lakin işəgoturən xəbərdarlıq muddətləri əvəzinə işciyə onun razılığı ilə azı iki aylıq əmək haqqını bir dəfəyə odəməsi ümumi qaydada gəlir vergisinə cəlb olunur.

İşcilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər

  1. Müvafiq hallarda işcilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən muəyyən vəzifələr uzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşənin) və peşəkarlıq səviyyəsinin daha yuksəyinə malik olan işçilər işdə saxlanılır. İşcinin peşəkarlıq səviyyəsini işəgoturən muəyyən edir.
  2. İşəgoturən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir:
    • şəhid ailəsinin uzvlərinə;
    • müharibə iştirakcılarına;
    • əsgər və zabitlərin arvadlarına (ərlərinə);
    • öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara;
    • həmin muəssisədə əmək şikəstliyi almış və ya peşə xəstəliyinə tutulmuşlara;
    • məcburi köçkün, onlara bərabər tutulan şəxs və qacqın statusu olan şəxslərə; (5)
    • kollektiv muqavilələrdə və ya əmək muqavilələrində nəzərdə tutulan digər şəxslərə.
Əmək muqaviləsinin ləğv olunması qadağan edilən işcilər və hallar

İşəgoturən tərəfindən:

  • hamilə, habelə uc yaşınadək uşağı olan qadınların, uc yaşınadək uşağını təkbaşına boyudən kişilərin;
  • yeganə qazanc yeri işlədiyi muəssisə olub məktəb yaşına catmamış uşağını təkbaşına boyudən işcilərin;
  • əmək qabiliyyətini muvəqqəti itirən işcilərin;
  • işcinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə gorə;
  • həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın uzvu olması motivinə gorə;
  • ohdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya I qrup əlil ailə uzvu olan işcilərin;
  • məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi muddət ərzində işcilərin bu Məcəllənin 70-ci maddəsi ilə muəyyən edilmiş əsaslarla əmək muqaviləsinin ləğv edilməsi qadağandır.

Mənbə: www.muhasib.az



Şərhlər
Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

   Baş səhifə
   Mühasibat uçotu
   Vergilər
   İdarəetmə uçotu
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   İqtisadiyyat
2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!