Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 24.01.17
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər
      Qeydiyyat  |  Daxil ol

     Ezamiyyə xərcləri


2015-01-22 | Vergilər | Baxılıb: 3835 dəfə

Ezamiyyə xərclərinin məbləği işçinin vergiyə cəlb olunan gəlirinə aiddirmi?

Vergi Məcəlləsinin 98.3-cü maddəsinə əsasən, faktiki ezamiyyə xərclərinin, habelə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş dəniz nəqliyyatında ezamiyyə xərcləri əvəzinə üzücü heyətin üzvlərinə sutkalıq ödənişlərin və ya digər işgüzar xərclərin əvəzinin ödənilməsi muzdlu işlə əlaqədar alınan gəlirə daxil deyildir.

Vergi Məcəlləsinin 102.1.14.1-ci maddəsinə əsasən, iş vaxtı daimi yolda olan və ya işi gediş-gəliş (səyyar) xarakteri daşıyan, çöl təşkilatlarında işləyən işçilərə gündəlik ezamiyyə xərclərinin əvəzində verilən əlavə vəsaitin, habelə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş dəniz nəqliyyatında ezamiyyə xərcləri əvəzinə üzücü heyətin üzvlərinə sutkalıq ödənişlərin qanunvericiliklə nəzərdə tutulan məbləği gəlir vergisindən azaddır.

Vergi Məcəlləsinin 102.1.14.2-ci maddəsinə əsasən, Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilmiş ezamiyyə xərclərinin məbləğləri gəlir vergisindən azaddır. Nazirlər Kabinetinin "Ezamiyyə xərclərinin normaları haqqında" qərarına əsasən, ölkə ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 65 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 50 manat, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 45 manat müəyyən edilmişdir.

Həmin qərara əsasən, daimi iş vaxtı yolda keçən və gediş-gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) müəssisə, idarə və təşkilatların işçilərinə ezamiyyə xərcləri əvəzinə hər gün üçün 10 manat əlavə vəsait verilir.

Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda ezamiyyə xərcləri onlara bu məqsəd üçün büdcədə nəzərdə tutulan vəsaitlər dairəsində, digər təşkilatlarda isə onların öz vəsaitləri hesabına ödənilir.

Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlar istisna olmaqla, digər təşkilatlar ezamiyyə xərclərinin ödənilməsi üçün öz sərəncamlarında qalan mənfəət hesabına müəyyən edilmiş normalardan əlavə vəsait ayıra bilərlər.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin qərarı ilə təsdiq edilmiş "İşçilərin ezamiyyə Qaydaları"na əsasən, ezamiyyə xərclərinə gündəlik, mehmanxana, rabitə, şəhərdaxili nəqliyyat və digər xidmətlərlə bağlı xərclər daxildir.

Gündəlik xərc - işçiyə ezamiyyətdə olduğu müddətdə hər təqvim günü üçün (yolda olduğu müddət nəzərə alınmaqla) ödənilir.

Mehmanxana xərcləri - işçiyə ezamiyyətdə olduğu müddətdə hər təqvim günü üçün (yolda olduğu müddət nəzərə alınmadan) ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsi daxilində müvafiq təsdiqedici sənədlər əsasında, təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda isə ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50%-i miqdarında ödənilir.

Nəqliyyat xərclərinə - ezamolunma yerinə getmək və qayıtmaq, ölkədaxili nəqliyyat xərcləri (taksidən istifadə istisna olmaqla, yaşayış məntəqəsindən kənarda yerləşən vağzala, limana (bərəyə), təyyarə meydanına və ölkə ərazisində digər məntəqələrə getmək) daxildir və bu xərclər təqdim edilən sənədlər əsasında ödənilir.

Dəniz nəqliyyatında ezamiyyə xərcləri əvəzinə üzücü heyətin üzvlərinə sutkalıq ödənişlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 4 may tarixli 75 nömrəli Qərarı ilə tənzimlənir. Həmin Qərarın əlavəsində gəmilərin qrupları nəzərə alınmaqla müvafiq vəzifələr üzrə sutkalıq ödənişlərin məbləği müəyyən edilmişdir.

Mənbə: www.vergiler.az



Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:



   Baş səhifə
   Mühasibat uçotu
   Vergilər
   İdarəetmə uçotu
   Kadr işi
   Hüquq
   IFRS
   Audit
   Accountsoft
   Maliyyə menecmenti
   İqtisadiyyat


   Bilirsinizmi?
Bal xarab olmayan yeganə qidadir.

Mühasib
Baş Mühasib
Mühasib
MALİYYƏ MENECERİNİN KÖMƏKÇİSİ
1C OPERATOR
Chief Accountant
ФИНАНСОВЫЙ МЕНЕДЖЕР

 :: Forumda yeni mövzular
 :: Sual - Cavab
Lisenziyaların uçotu
Anti-virus proqramlarının uçotu.

Bütün suallar

Yeni kitablar

Əlaqə: admin@muhasib.az
2010-2016. Saytdakı materiallardar istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!