Şirkətin muhasibat uçotunu, daxili (idarəetmə) uçotunu, ambar
uçotunu və umumiyyətlə işini avtomatlaşdıran proqramlar çoxdur.
Onların hamısının müxtəlif imkanları var və onlar
işin müxtəlif mərhələlərini əhatə edə bilərlər.
Ona görə Siz bu praqramlar arasında çaş-baş qalmamaq üçün,
çalışaq bu proqramları qruplara bölək. Amma bu qruplar şərtidir. Nəyə
görə? Ona görə ki bir çox proqramları bir neçə qrupa aid eləmək olar,
qrupların özləri isə bir-birilə bağlıdırlar.
Bu qruplar bunlardır:
- ödəmə tapşırıqlarının uçotunu aparan proqramlar
- "bank-müştəri" proqramları
- ambar uçotunu aparan proqramlar
- ticarətdə istifadə olunan proqramlar
- mühasibat proqramları
- gəlir/xərclər uçotunu aparan proqramlar
- pensiya fonduna olan tutulmaların uçotunu aparan proqramlar
- sifarişlərin uçotunu aparan proqramlar
- bir neçə qrupa və ya bütün yuxarıda göstərilən qrupları özündə cəmləşdirən proqramlar.
- xüsusi proqramlar.
Bu qruplar barədə daha ətraflı yazmağa çalışacam:
Ödəmə tapşırıqlarının uçotunu aparan proqramlar
Bu proqramlar ödəmə tapşırıqlarını daxil etmək
və çap etmək üçündür. Sonra çap olunan ödəmə
tapşırıqlarını banka aparırlar. Bu proqramda ödəmə
tapşırıqları məlumatlar bazasına daxil olunur və hər zaman
tarixinə görə və ya başqa göstəriciyə görə
istifadəçi məlumatlar bazasında axtarış aparıb ona lazım
olan ödəmə tapşırığını tapa bilər. Ödəmə
tapşırıqlarının uçotunu aparan sadə proramlardan başqa,
özündə başqa ödəmə əməliyyatların sənədlərinin
uçotunu aparan və çap edən (məs. kassa məxaric orderləri,
hesab-fakturalar, pensiya fonduna göndərilən ödəmə tapşırıqları
və s.) daha kompleks proqramlar da var.
"Bank-müştəri" proqramları
Bu proqramlar adətən bankda işləyən proqramçılar tərəfindən
yazılır və bankın müştərilərinə quraşdırılır. Bu proqramların qarşısında bir əsas məsələ durur - müştərinin banka gəlişini aradan qaldırmaq və bütün bank əməliyyatlarını istifadəçinin iş yerindən həyata keçirməkdir. Bu sözsüz iş prosesini çox rahatlaşdırır. Müştəri bu proqram vasitəsi ilə öz ofisindən və ya evindən hər zaman öz bank hesabında olan real qalığı öyrənə bilər və hesabdan ödəmələr və hesaba daxil olmalar barədə hesabat əldə edə bilər. Bir neçə qabaqçıl bankların "bank-müştəri" sistemləri bu məsələdə daha irəli gediblər. Elə ki, bu bankların müştəriləri bank tərəfindən onlara verilmiş "User"
və "Password" vasitəsi ilə bu məlumatları İnternetdən öyrənə
bilərlər.
Ambar uçotunu aparan proqramlar
Bu proqramların vəzifəsi onların adından görünür.
Bu proqramlar malların ambarda uçotunu, onların ambara mədaxilinin və
məxaricinin uçotunun aparılmasını təşkil edir. Bu proqramların
bir çoxu uçotu eynizamanda bir neçə ambarda aparmağa imkan verir.
Ambar proqramlarının əksəriyyətində ambar sənədlərinin
çap edilməsi imkanı var: mədaxil/məxaric sənədləri,
vəkələtnamələr və s.
Ticarətdə istifadə olunan proqramlar
Ticarətdə istifadə olunan proqramlar adətən mağazalarda istifadə olunur,
satışın və daxil olmaların uçotunun aparılması üçündür.
Bir çox vaxtlarda bu proqramlar özlərində ticarət və ambar əməliyyatlarını
cəmləşdirirlər. Əlbəttə ki, bu məntiqlidir ona görə ki
bu əməliyyatlar sıx bağlıdırlar. Bəzi ticarət proqramları
avtomatlaşdırılmış ticarət sistemləriin yalnız bir modulu olurlar,
yəni bu sistemlərin bir çox modulları var və bu da onların imkanlarını
artırır, məsələn kassa aparatları, ştrix-kod skanerləri ilə işləmək
modulu və s.
Mühasibat proqramları
Muhasibat proqramları barədə məncə hamının məlumatı
var, ona görə onlar barədə ətraflı yazmağ istəmirəm.
Bu proqramlardan bir nümunə "AzMUhasib" proqramıdır. Bu proqram ilk Azərbaycan
mühasibat proqramıdır. Bu proqram bir çox əməliyyatlar keçirməyə
imkan verir, demək olar ki mühasibat uçotunda olan bütün əməliyyatları
keçirmək olar. Bu proqram Azərbaycan Respublikasının mühasibat uçotu
qanunveriçiliyə uyğunlaşdırılıb və milli mühasibat uçotu
standartlarına cavab verir. Proqramın 3 dildə işləmək imkanı, bir
neçə şirkətin mühasibatlığının uçotunu aparmağa
imkan verir, tez bir zamanda öyrənilir və s. Bu proqram barədə saytımızdan
məlumat ala bilərsiniz.
Gəlir/Xərclər uçotunu aparan proqramlar
Bu proqram qrupunun adından göründüyü kimi, bu proqramlar şirkətin
gəlir və xərclərinin uçotunu aparmağa imkan verir. Bu proqramlar gəlir
və xərclər kitabının elektron variantıdır. Amma burada biz komputer
proqramlarına xas olan imkanlardan istifadə edə bilərik: gəlirin avtomatik
hesablanması, hər bir dövr üçün gəlir, xərclər,
borcların hesabatlarının avtomatik hazırlanması, vergi hesabatlarının
hazırlanması, gəlir və xərclər qruplarının uçotu və
analizi və s.
Pensiya fonduna olan tutulmaların uçotunu aparan proqramlar
Bu proqramlar :
- Pensiya fonduna olan ödənişlər üçün ödəmə tapşırıqları hazırlayır;
- Ödəmə tapşırıqlarına birləşdirilən siyahıları hazırlamaq imkanı verir. Bu siyahılarda şirkətdə çalışan işçilər barədə məlumatlar verilir.
Onu da qeyd etmək istərdim ki, belə proqramlar hal hazırda Rusiyada istifadə
olunur, və bu ölkənin Pensiya Fondu tərəfindən hazırlanıb.
Umid edərdim ki, belə bir proqram Azərbaycanda da tez bir zamanda istifadə
ediləcək.
Sifarişlərin uçotunu aparan proqramlar
Bu proqramlar 3 variantda ola bilərlər:
- malların və onların daşınmasa olan sifarişlərin uçotunun aparılması
- müxtəlif işlərin yerinə yetirilməsinə olan sifarişlərin uçotu
- mallara və işlərin yerinə yetirilməsinə olan sifarişlərin uçotu
Qeyd etmək istərdim ki, belə proqramlar sifarişlərnən işləyənlər üçün əvəzsiz ola bilər, xüsusilə də müştərilərin müxtəlif sifarişləri yerinə yetirən firmalar üçün.
Bu proqramlar bir neçə funksiya yerinə yetirə bilərlər:
- sifarişin qəbulu və qeydiyyata alınması;
- sifarişin yerinə yetirilməsi üçün lazım olan məlumatların daxil olunması (sifarişi yerinə tetirən şəxs barədə məlumat, istifadə olunacaq avadanlıq barədə məlumat və s.)
- sifarişin yerinə yetirilməsinin nəzarətdə saxlanılması (sifarişin vaxtının sona çatması barədə avtomatik mesajlar göndərməklə)
- sifariş sənədlərinin tərtib olunması (hesab-faktura, yerinə yetirilmiş işlərin aktı, naryadlar və s. )
- müştərilərin uçotu
- işçilərin və yerinə yetirilmiş işlərin uçotu
- malsatanların (kontragentlərin) uçotu
- müxtəlif hesabatların tərtib olunması: yerinə yetirilmiş və ya bitməmiş sifarişlərin siyahısı, müştəriyə və ya işçilərə görə sifarişlərin yerinə yetirilməsi hesabatları və s.
Bir neçə qrupa və ya bütün yuxarıda göstərilən qrupları özündə cəmləşdirən proqramlar.
Bu qrupa aid edilən proqramlar şirkətin işinin bir neçə
mərhələsini (və ya işinin bütün mərhələlərinin)
avtomatlaşdırmağa imkan verirlər. Nümunə kimi burada "AzMuhasib", "1C",
Günəş, Link, Logo, və ya ERP proqramlarını gətirmək olar.
Bu proqramlar, demək olar ki, şirkətin maliyyə ilə bağlı
bütün əməliyyatlarını əhatə edə bilərlər:
mühasibat, idarəetmə, ticarət, anbar uçotu, gəlirlər/xərclər
uçotu, pensiya fonduna olan ayırmaların, odəniş
tapşırıqlarının və başqa ödəniş
sənədlərinin tərtib edilməsi, "bank-müştəri" tipli proqramlar
ilə birlikdə işləmə və s.
Xüsusi proqramlar.
Xüsusi proqramlara şirkətin spesifik sahələrini avtomatlaşdıran
proqramlar aiddir. Burada qeyd etmək istərdim ki, şirkətlərin işlərinin
elə mərhələləri var ki, bunlar bütün növ şirkətlərə
aid edilə bilər (müştərilər ilə iş, satış,
mühasibatlıq), amma şirkətlərdə elə bir mərhələ ola
bilər ki, bu mərhələ yalnız bu tip şirkətə və bu tip
sənayeyə aid edilə bilər. Məsələn, fotosalonlarda olan
fotoşəkillərin çəkilməsi və çapı əməliyyatları,
rabitə, energetika, su, qaz sənayesində olan abonentlərin uçotunun aparılması
və s. Şirkətlərin belə xüsusi mərhələlərini xüsusi
yazılmış proqramlar ilə avtomatlaşdırıla bilər.
Mənbə:
|