Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 24.01.17
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər
      Qeydiyyat  |  Daxil ol
   

      Maliyyə menecmentinin əsasları



Maliyyə menecmenti müəssisənin pul dövriyyəsinin, maliyyə ehtiyatlarının formalaşmasının və istifadəsinin idarə olunması prosesidir ki, onun vasitəsilə təsərrüfat subyekti strateji, taktiki və cari məqsədlərinə daha tez nail olur.

Maliyyə menecmentinin səmərəli fəaliyyətini qurmaq üçün idarəetmə strategiyası və taktikası həyata keçirilməlidir.

Maliyyə menecmentinin strategiyası dedikdə, müəyyən qaydaların və məhdudiyyətlərin toplusu vasitəsilə qarşıya qoyulmuş hədəfə çatmaq üçün maliyyə resurslarının ümumi istiqamətlənməsi və istifadəsi üsulları nəzərdə tutulur. İşlənib hazırlanmış strategiya sayəsində, müəssisə öz imkanlarını müəyyən edilmiş məqsədin ziddinə olmayan bütün həll variantları üzərində cəmləşdirir. Qarşıya qoyulan vəzifəyə nail olduqdan sonra bu strategiya müəssisənin inkişafının yeni hədəflərinə uyğun olaraq təshih edilir.

Maliyyə menecmentinin taktikası konkret şəraitdə qarşıya qoyulmuş məqsədə nail olmaq üçün xüsusi üsulların və fəndlərin məcmusunu ifadə edir. Hər bir təsərrüfat situasiyasında ən optimal qərarın qəbul edilməsi və idarəetmə metodlarının seçilməsi maliyyə xidmətinin ən mühüm taktiki vəzifəsidir.

Maliyyənin idarəedilməsi prosesi aşağıdakı məqsədlər sisteminə söykənir:

  • müəssisənin bazar dəyərini maksimallaşdırmaq;
  • sabit artım templərini təmin etmək;
  • mənfəəti maksimum həddə çatdırmaq;
  • maliyyə sabitliyini qoruyub saxlamaq;
  • əmtəə və xidmətlərin satışı həcmini artırmaq;
  • rəqiblərlə mübarizədə liderlik etmək.

Təsərrüfat subyektinin maliyyəsinin idarəedilməsi sistemi maliyyə planlaşdırılmasından, maliyyə uçotu və təhlildən, idarəetmə qərarlarının qəbul edilməsindən ibarətdir.

Digər idarəetmə sistemlərinə rəğmən, maliyyə menecmentini iki altsistemin - idarə edən (idarəetmə subyekti) və idarə olunan (idarəetmə obyekti) - qarşılıqlı təsiri və qarşılıqlı əlaqəsi kimi təqdim etmək olar.

Maliyyə menecmenti həyata keçirilərkən idarəetmə obyekti qismində ilk növbədə maliyyə ehtiyatları, onların əmələ gəlmə mənbələri və istifadə istiqamətləri, eləcə də təsərrüfat subyektinin pul daxilolmaları və ödənişlərin fasiləsiz axınını əks etdirən pul dövriyyəsi çıxış edirlər. Müəssisənin pul fondlarının hər bir xərc istiqaməti müvafiq olaraq hər hansı bir mənbə ilə uyğun gəlməlidir. Bu mənbələrə istehsala investisiya edilən və aktivlər formasını alan xüsusi kapital və passivlər aiddir.

Bazar iqtisadiyyatı şəraitində maliyyənin idarə edilməsi prosesində hər bir təsərrüfat subyekti maliyyə bazarlarında qiymətli kağızların investoru və emitenti, borc alan və borc verən kimi müxtəlif rollarda çıxış edir. Bu halda baş verən əlaqələrə üç qrupa bölünən aşağıdakı müxtəlif maliyyə alətləri vasitəsilə xidmət edilir:

  • pul vasitələri (xəzinədə, hesablaşma və digər hesablarda olan pullar);
  • kredit alətləri (istiqraz vərəqələri, müqavilələr, zərbəçi kontraktlar);
  • təşkilatın nizamnamə kapitalında iştirakının müxtəlif üsulları (səhmləri, paylar, şərikli iştirak və s.).

İdarə olunan obyektə təsir çoxsaylı üsullar və fəndlər vasitəsilə həyata keçirilir. Bunların əsas qrupunu dövlətin mərkəzləşdirilmiş qaydada iqtisadiyyatın idarə olunmasına yönəldilmiş üsulları təşkil edir. Bu üsullar ümumiqtisadi xarakter daşıyır və onlara vergiqoyma, kreditləşdirmə, amortizasiya ayırmaları, kassa və hesablaşma əməliyyatları, sığorta, qiymətyaranma sistemləri daxildirlər.

Son illər ölkəmizin ayrı-ayrı firma və şirkətlərinin təcrübəsində maliyyənin idarəedilməsinin faktorinq, françayzinq, selenq və incinerinq kimi xüsusi üsulların elementləri tətbiq edilməyə başlanmış dır.

İdarəetmə subyekti müəssisənin maliyyə xidmətində cəmlənmiş mütəxəssislər qrupudur. Bu xidmət müəssisənin likvidliyinin və ödəyicilik qabiliyyətinin yüksəldilməsinə, daha çox mənfəət əldə edilməsinə yönəldilmiş strateji və taktiki məqsədləri işləyib hazırlayır və həyata keçirir.

Beləliklə, maliyyə xidməti işçilərinin əsas vəzifəsi təsərrüfat hesabı və özünümaliyyələşdirmə prinsipi əsasında maliyyə funksiyalarının tam reallaşdırmasına nail olmaqdır. Bu isə hər şeydən əvvəl rentabelliyin yüksəldilməsi, əmək məhsuldarlığını artırmaqla mən- fəətin çoxaldılması, keyfiyyət göstəricilərinə xələl gətirmədən məhsulun (işin, xidmətin) maya dəyərinin aşağı salınması, elmi-texniki tərəqqinin nailiyyətlərinin tətbiqi hesabına müəssisənin maliyyə vəziyyətinin yaxşılaşdırılması deməkdir. Öz növbəsində ayrı-ayrılıqda hər bir müəssisənin maliyyəsinin möhkəmləndirilməsi ümumdövlət maliyyəsinin sabitləşməsinə xidmət edir.

Təşkilatların maliyyəsinin möhkəmləndirilməsinin əsas yolları onların istifadə etdikləri pul vəsaitləri həcmlərinin optimallaşdırılması və onların qıtlığının aradan qaldırılması ilə bağlıdır.

Müəssisələrdə maliyyə işinin təkmilləşdirilməsinin üstün istiqamətləri aşağıdakılardır:

  • təsərrüfat fəaliyyətinin sistemli- fasiləsiz təhlili;
  • maliyyə sabitliyini təmin etmək məqsədilə cari tələblərə uyğun olaraq dövriyyə vəsaitlərinin təşkili;
  • dəyişkən və sabit qruplara ayırmaqla təşkilatın xərclərinin optimallaşdırılması və “məsrəflər-pul gəliri-mənfəət” həlqəsindəki amillərin qarşılıqlı təsiri və qarşılıqlı bağlılığın müəyyənləşdirilməsi;
  • mənfəətin bölüşdürülməsinin optimal variantının tapılması və daha səmərəli dividend siyasətinin seçilib həyata keçirilməsi;
  • pul vəsaitləri mənbələrinin ən əlverişli parametrlərinin seçilməsi və bank sisteminə təsiri artırmaq məqsədilə kommersiya kreditinin, veksel dövriyyəsinin daha geniş tətbiqi;
  • istehsalı inkişaf etdirmək məqsədilə lizinq münasibətlərindən geniş istifadə;
  • balansın qeyri-qənaətbəxş struktura malik olmasına imkan verməmək üçün əmlakın tərkibinin və onun mənbələrinin formalaşmasının təkmilləşdirilməsi;
  • müəssisənin strateji maliyyə siyasətinin hazırlanması və həyata keçirilməsi;


Yumor
Diş ağrısı.

Deyirlər ki, Mollanın çox tez-tez dişi ağrıyarmış. Həftələrlə üzünü-gözünü sarıyıb ufuldaya-ufuldaya gəzərmiş, amma qorxudan gedib çəkdirməzmiş.
Bir gün yenə də üzünü böyük bir dəsmalla bağlayıb gedirmiş, dostlarından birisi görüb deyir:
- Ay Molla, bir diş çəkdirmək nədi ki, sən belə qorxursan? Əgər sənin o dişin mənim ağzımda olsaydı, mən elə bu saat gedib çəkdirərdim.
Molla deyir:
- Sənin ağzında olsaydı, elə mən də çəkdirərdim. Dərd orasındadı ki, mənim öz ağzımdadı.


Mühasib
Baş Mühasib
Mühasib
MALİYYƏ MENECERİNİN KÖMƏKÇİSİ
1C OPERATOR
Chief Accountant
ФИНАНСОВЫЙ МЕНЕДЖЕР

 :: Forumda yeni mövzular
 :: Sual - Cavab
Lisenziyaların uçotu
Anti-virus proqramlarının uçotu.

Bütün suallar

Yeni kitablar



Şərhlər Mesaj

Adınız: 

E-poçt:

Mövzu:
Mətn:


Əlaqə: admin@muhasib.az
2010-2016. Saytdakı materiallardar istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!