Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 29.03.24
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

      AzMuhasib - Mətbuat


AzMuhasib-Mətbuat.

“AzMuhasib-Mətbuat” proqramı - qəzet və jurnalların əhaliyə, müəssisə və təşkilatlara yayılması ilə məşğul olan metbuat yayımı müəssisələri üçün nəzərdə tutulmuşdur.

Sifarişçilərlə (əhali,müəssisə,təşkilat) bağlanmış müqavilələr əsasında proqramda qabaqcadan «Sifarişlər» hazırlanır.

Qəzet və jurnallara olan sifarişlər poçt şöbələri üzrə qruplaşdırılan sifarişçilərin hər biri üçün ayrı-ayrılıqda işlənilir. Redaksiyalardan müxtəlif günlərdə faktiki qəbul edilmiş qəzet və jurnallar proqramda mədaxil edilir. Mədaxil edilmiş qəzet və jurnalların sayına müvafiq olaraq sifarişlərə düzəlişlər etmək mümkündür. Düzəlişlər edildikdən sonra sifariş təsdiq edilir və qəzet-jurnallar avtomatik məxaric olunub qalıqdan silinir. Təsdiq olunmuş sifarişə uyğun olaraq aparılan məxaric əməliyyatı nəticəsində hər bir sifarişçi üçün ayrı-ayrılıqda (poçt şöbəsi, ünvanı və s. göstərilməklə) qəzet və jurnalların miqdarı, qiyməti və məbləği haqqında məlumat əks olunan qaimələr çap edilir. Qaimələr 2 formada: satış və abunə formalarında çap olunur.

Məxaric edilmiş qəzet və jurnalların məbləğləri avtomatik olaraq sifarişçilərin hər birinin borc jurnalında əks olunur. Borcları hesabatlarda poçt şöbələri üzrə də qruplaşdırmaq mümkündür.

Borcların bağlanması proqramda kassa mədaxil orderləri vasitəsi ilə həyata keçirilir. Bu zaman mədaxil edilmiş pul hər bir poçt şöbəsi və ya sifarişçinin borcunun azaldılmasına yönəldilir, eyni zamanda kassada (bankda) pul vəsaitinin hərəkətində əksini tapır.

Borcların tənzimlənməsi eyni ilə redaksiyalar (malgöndərənlər) üzrə də aparılır. Bu zaman mədaxil olunmuş qəzet və jurnalların məbləği avtomatik olaraq redaksiyalar üzrə borcların yaranmasına , məxaric orderi ilə ödənilmiş pul vəsaitləri isə bu borcların azaldılmasına yönəldilir. Eyni zamanda kassada (bankda) pul vəsaitlərinin uçotu aparılır, qalıq çıxarılır.

Proqramda müxtəlif sayda anbarlar və kassalar (bank hesabları) üzrə ayrı-ayrılıqda uçot aparmaq mümkündür. Anbarlar arasında qəzet və jurnalların, kassalar (bank hesabları) arasında isə pul vəsaitlərin yerdəyişməsi mümkündür.

Proqramda mədaxil olunmuş və sifarişçilərə paylanmış qəzet və jurnalların hərəkəti və qalığı haqqında, borclar haqqında , kassada (bankda) olan pul vəsaitlərinin hərəkəti və qalığı haqqında müxtəlif formalarda və müxtəlif tələblərə uyğun cədvəllər və analitik hesabatlar almaq mümkündür.

Proqramın strukturu:

Proqramın interfeysi 2 dildədir (azərbaycan və rus).

Proqram Windows əməliyyat sisteminin bütün versiyalarında işləyir.

Proqramın stabil işləməsinə, iş prosesində rahatlığına və kompüterdə iş təcrübəsi az olan istifadəçilər tərəfindən asanlıqla mənimsənilməsinə zəmanət verilir.

Proqramı işlətmək üçün mühasibatlıq biliyi tələb olunmur. Müəyyən qədər kompüter təcrübəsi və müəssisənin iş strukturuna bələd olan istənilən şəxs bu proqramı çox qısa bir müddətdə tətbiq edə bilər.


   Baş səhifə
   AzMuhasib
   1C
      1C:Предприятие 8.3 Tədirs versiyası
   Günəş
   MS Excel
   Uçot siyasəti
   Kalkulyatorlar
   Məqalələr
   Kitablar
   
               Şəxsi kabinet


İstifadəçini yadda saxla.
Avtomatik giriş.

      Qeydiyyat  | Şifrəni unutmusunuz?

Powered by Jasper Roberts - Blog



Şərhlər
Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!