Ana səhifə İş elanları CV Bankı Sual-Cavab Forum Bu gün: 19.04.24
      Mühasibat uçotu Vergilər Kadr işi İdarəetmə uçotu Hüquq IFRS Audit Accountsoft Maliyyə menecmenti Financial English
      Xəbərlər Məqalələr Qanunvericilik Kitabxana Sertifikasiyalar Referatlar Tədris İstirahət Linklər Trenajor
      Qeydiyyat  |  Daxil ol

      Accountsoft - 1С:Комплексная автоматизация 8.3


1С:Комплексная автоматизация 8.3; Konfiqurasiya "MAK-Az KA"

1C: Konfiqurasiya "MAK-Az KA"- proqram təminatı müəssisədə idarəetmə və uçotun əsas xüsusiyətlərini özündə əks etdirən proqram təminatıdır.

Proqramın fəaliyyət konsepsiyası aşağıdakı kimidir:

Ticarətin idarə olunması

Proqram təminatı ticarərət əməliyyatlarına nəzarət etməyə analiz etməyə köməklik edir:

  • Alışların və satışların planlaşdırılması
  • Müştərilərlə münasibətlərin idarə olunması (CRM)
  • Kontragentlərlə hesablaşmaların idarə olunması
  • Pul vəsaitlərinin idarə olunması
Pul vəsaitlərinin idarə olunması

Proqram təminatı pul vəsaitlərinin idarə olunmasının avtomatlaşdırılmasını təmin edir:

  • Bank hesablarında, kassada pul vəsaitlərinin operativ uçotu
  • Pul vəsaitlərinin daxil olmasının və xərclənməsinin operativ planlaşdırılması
Pul vəsaitləinin idarə olunmasının funksionallığına həmçinin operativ maliyyə planının –ödəniş təqviminin olmasıdır. Bu da ödənişlərin planlaşdırılmasına imkan verir.

İstehsalın idarə olunması

Proqram təminatında istehsal prosesinin uçotu avtomatlaşdırılmışdır:

  • İstehsal prosesinin materialların istehsala verilməsindən hazır məhsulun anbara verilməsinə qədər avtomatlaşdırılması
  • Operativ və etibarlı nəticə əldə edilir
  • Hazır məhsul istehsalının planlaşdırılması və uçotu
  • Xammal və mal-materialların uçotu
  • İstehsalatda zayın uçotu
  • İstehsalat məsrəflərinin uçotu və analizi, plan və faktiki maya dəyərinin hesablanması
Mühasibat uçotu

Proqram təminatında aşağıdakı sahələr üzrə mühasibat uçotu həyata keçirilir:

  • Bank və kassa
  • Əsas vəsaitlər və qeyri-maddi aktivlər
  • Materialların, malların uçotu
  • Valyuta əməliyyatları
  • Müəssisələrlə hesablaşmalar
  • Təhtəlhesab şəxslərlə hesablaşmalar
  • İnsan resursları ilə hesablaşmalar
  • Büdcə ilə hesablaşmalar
  • Tikinti əməliyyatlarının uçotu
Proqram təminatında yuxarıda adların sadalanan əməliyyatlar üzrə müxabirləşmələrin verilməsi 90% avtomatlaşdırılmış şəkildədir.

İnsan resurslarının idarə olunması və kadr uçotu

"İnsan resurslarının idarə olunması" müəssisənin kadr siyasətinin avtomatlaşdırılmış alətidir:

  • Hər bir işçinin professional effektivliyini qiymətləndirməyə imkan verir
  • Daha çox perspektivli işçiləri müəyyən edir
  • Effektiv Stimullaşdırma və əməyin ödənişinin ədalətli sisteminin yaradılmasına imkan verir.
Proqram təminatı insan resurslarının idarə olunmasının aşağıdakı sahələrini avtomatlaşdırır:
  • İnsan resurslarına tələbatın planlaşdırılması
  • Məşğulluğun və məzuniyyət qrafikinin planlaşdırılması
  • Kadr uçotu və kadr heyətinin analizi
  • Kadr axıcılığının səviyyəsinin və səbəbinin analizi
İnsan resurslarının idarə olunmasının avtomatlaşdırılması aşağıdakı imkanlar verir:

Rəhbərə

  • Baş verənlərə tam nəzarət
  • Tam və etibarlı informasiya əsasında idarəetmə qərarlarının verilməsinə kömək
  • Analitik hesabatlar

Kadrlar xidmətinə

  • Cari işlərin avtomatlaşdırılması
  • Müxtəlif filterləmə və çeşidləmə formalarından istifadə etməklə hesabatların tərtib edilməsi
Müəssisənin işçiləri üçün
  • İşçilərə lazım olan informasiyanın tez bir zamanda əldə edilməsi
Proqram təminatı aşağıdakı informasiyaların saxlanmasını təmin edir:
  • İşçilər haqqında məlumat
  • İşçilərin vəzifələri və struktur bölmələri
  • İş nömrələri, elektron ünvanları, digər kontakt məlumatları
İşçilər haqqında məlumat toplandıqdan sonra müxtəlif hesabatlar tərtib etmək mümkündür:
  • İşçilərin siyahısı haqqında məlumat
  • İşçi axımı əmsalı və işçilərin orta siyahı sayı
  • Kadrların hərəkəti
  • Kadrların statistikası
  • Məzuniyyət üzrə hesabatları və s.
Proqram təminatında kadr uçotu üzrə hər bir işçi üzrə bütün dəyişikliklər qeyd olunur:
  • İşə qəbul prosesindən başlayaraq
  • Daxili yerdəyişmələr, məzuniyyətlər və ezamiyyətlər...
  • İşdən azad edilənədək
Əmək haqqının hesablanması

Proqram təminatı əmək haqqının və onunla əlaqədar olan vergilərin və digər məcburi tutulmaların avtomatik hesablanmasını təmin edir. Əmək haqqının hesablanması və onunla əlaqədar olan əməliyyatlar avtomatik mühasibat uçotunda əks olunur.


   Baş səhifə
   AzMuhasib
   1C
      1C:Предприятие 8.3 Tədirs versiyası
   Günəş
   MS Excel
   Uçot siyasəti
   Kalkulyatorlar
   Məqalələr
   Kitablar
   
               Şəxsi kabinet


İstifadəçini yadda saxla.
Avtomatik giriş.

      Qeydiyyat  | Şifrəni unutmusunuz?

Powered by Jasper Roberts - Blog



Şərhlər
Adınız: 

E-poçt:

Mövzu:
Mətn:

2010-2018. Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!